Ağdaban soyqırımı XX əsrin ermənilər və onları hərtərəfli dəstəkləyən qüvvələr tətəfindən törədilmiş mülki əhaliyə və günahsız insanlara qarşı ən qanlı terror və qanlı faciələrindən biridir. 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlardan atəş açmağa başladılar. Ermənilər planlı surətdə hərəkət edirdilər və tarixdə həmişə etdikləri soyqırımlar, qətliamlar, qarətlər, vəhşiliklər kimi bu qanlı faciədə də evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək əvvəlcədən müəyyənləşdiriliblər. Vəzuiyyətdən istifadə edərək 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə ermənilər hücum etdilər. Ağdaban qırğınının səhəri gün, aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşaraq "Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi" yaratdılar.
Ağdaban Faciəsi ilə əlaqədar AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının SİA-ya müsahibəsini təqdim edirik.
- Soyqırım nəticəsində nələr baş verdi?
- Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir. Bundan əvvəl də, tarixi nəzər saldıqda görürük ki, terrorist, daim xəyanətkar və quldur ermənilər 1990-cı il iyul аyının 11-də Аğdərənin Оtаqqаyа аdlаnаn ərаzisində Tərtər - Kəlbəcər mаrşrutu ilə gedən 150-yə yахın mаşındаn ibаrət kаrvаnın qаrşısını kəsərək, Dədə Şəmşirin qızı Çimnаz хаnımı, Şаhlаr Şükürоvu (Аzərbаycаnın Milli Qəhrəmаnı), Аslаn Хıdırоvu, İttifаq miqyаslı «İstisu» sаnаtоriyаsındа müаlicəyə gedən yüzlərlə dinc sаkini (əksəriyyəti isə хəstə və qоcаlаrdаn ibаrət) terrоr nəticəsində qətlə yetiriblər.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni qüvvələri tərəfindən tamamilə yandırılıb, kəndin 779 nəfər sakininə işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Faciə zamanı terrorist erməni qüvvələri tərəfindən Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olub, Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırıb, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələyib, özünü isə kartof quyusunda diri-diri basdırıblar. Həmçinin, erməni faşistləri Saşa Saleh oğlu Hüseynovun üz və bədən dərisini soya-soya qətlə yetirib, kənd sakinlərindən Musa Qara oğlu Mamedovu, Həyat Həsən qızı Mamedovanı, Fatma Qaraca qızı Hümbətovanı, Bakir Qurban oğlu Qocayevi, Zeynəb Məmməd qızı Qocayevanı, Qulu Sabir oğlu Qurbanovu diri-diri basdırıblar.
Erməni terroristləri hadisədə Qorxmaz Qaraca oğlu Hümbətovun ürəyini çıxarıb, Ziyəddin Əlqəmə oğlu Məmmədovu, İsbəndiyar Lətif oğlu Məmmədovu tikə-tikə doğrayıb, Rayət Behbud oğlu Qasımovun üzərindən isə BTR markalı ağır döyüş maşını keçirməklə onu tanınmaz hala salıb torpağa qarışdırıblar. Bununla da kifayətlənmən qəddarlar Qəmər İsa qızı Kərimovanın sinəsinə güllələrlə xaç şəkili çəkmişlər. Kəlbəcərin ilk şəhidliyi məhz bu kənddən bаşlаyıb. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunmuş və məhv edilib. Bundan başqa, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və onun oğlu olmuş ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılıb və talan olunub. Bu kənd həm Şаh Ismаyıl Хətаinin silаhdаşı оlаn Miskin Аbdаl оcаğının nəsil dаvаmçısı idi də Аğdаbаnlı Qurbаnın yurdu idi. Xalqımız Аğdаbаnın ikinci dəfə işğаlı Kəlbəcərin tаmаmilə Ermənistаn tərəfindən işğalı zamanı bu qanlı faciəni bir daha yaşayıb. İşğal zamanı Kəlbəcər hər tərəfdən mühаsirəyə аlınаrаq mаrt аyının 31-dən аprelin 2-dək tаmаmilə Ermənistаn silаhlı qüvvələri və xaric havadarları tərəfindən işğаl edilib.
- Ağdaban faciəsi ilə nələr edilib və edilməlidir?
Ermənilər tərəfindən törəldimiş bütün faciələr kimi, Ağdaban qətliamı da törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquqa görə soyqırım cinayəti aktı kimi qəbul olunmalı və Ağdaban kəndinin dinc əhalisinə qarşı erməni və digər silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırım cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalı, beynəlxalq və regional təşkilatlar tərəfindən soyqırım aktı kimi qəbul olunmalıdır.
Bununla bağlı 2014-cü il aprelin 2-də Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində Azərbaycanın Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri Kəlbəcər faciəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) ünvanladıqları müraciətdə 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndlərində, 1993-cü ilin aprelində Başlıbel kəndində erməni ordusu tərəfindən törədilən cinayətlərin Azərbaycan xalqına qarşı törədilmiş növbəti soyqırım aktı olduğu qeyd edilib.
Fikrimcə, xalqımıza qarşı törədilmiş bütün bu kimi faciələr həm yerli, həm xarici KİV-in, elmi ictimaiyyətin, beynəlxalq və regional təşkilatların nəzərinə çatırılmalı, bütün dövrlər faciələrlə bağlı yazılar, məqalələr, kitablar, xüsusilə də xarici dillərdə və xarici müəlliflərlə birgə yazılmalıdır. Bu sahədə diasporamız, elm adamlarımız, bu sahə üzrə müvafiq qurumlarımız, özəlliklə də, beynəxlalq hüquqa və haqqa söykənən davamızda Azərbaycan və Türkiyə birgə səylərini daha da artırmalı və bizə dəstək olanlarla fəaliyyət göstərməlidir.
Comments