top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Erməni Vəhşiliyini təsdiq edən faktlar -''Küllərin dəfni'' hekayəsindən



Foto : Ağdaban Soyqırımı zamanı fəryad edən ana

Kəlbəcər rayon Ağdaban kənd sakini , Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri Qəmbər Şəmşiroğlu " Küllərin dəfni " adlı hekayəsində Ağdaban Soyqırımında(08 aprel 1992) gördükləri haqqında yazır;


"Təsəvvür edin ki, ermənilər insanları diri-diri necə yandırmışdısa, tanınmırdı. Bəzilərini, məsələn, paltarının bir parçasından, saçlarından tanımışdıq. Bəkir əmimi ayaqqabılarından tanıdıq. Onun arvadı isə demək olar ki, tam kül olmuşdu.

Qulunu, Zeynəb arvadı, Fatmanı, Həyatı, Musanı həmin gün diri-diri yandırmışdılar. Körpə uşaqları süngülərə keçirmişdilər.


◾Ağdaban kəndini ermənilərdən qorumaq üçün postda keşik çəkən Məmmədov Ziyəddin Əlqəmə oğlu, Məmmədov Tural Qara oğlu, Hümbətov Qorxmaz Mustafa oğlu, Məmmədov İsfəndiyar Lətif oğlu, Qasımov Riayət, Hüseynov Hidayət Saleh oğlunu qətlə yetirmişdilər. Öldürülmüş cavanların ciyərini də çıxartmışdılar .

Xalam oğlu şair Əlqəmənin oğlu, "Saşa" ləqəbli Hidayəti öldürüb ürəyini çıxarıb, başını da kəsib aparmışdılar. Sonradan meyitini meşədə tapdıq.


◾ 28 yaşlı Musa şikəst, ruhi xəstə idi. Hay düşəndə evdən çıxıb. Məktəbin yanından keçəndə ermənilər onu çağırıblar: “Ara, hara gedirsən?”. Yazıq deyib ki, evə gedirəm də, siz burda nə sürükürsüz. Təsəvvür edin, o şikəst adamı vəhşilər ot tayasının üstünə atıb ayaqlarına daş bağlayıblar ki, tərpənib düşməsin. Sonra da od vurub yandırıblar. Yazıq uşaq, qışqıra-qışqıra diri-diri yanıb.


◾ Camal adlı əmi oğlunun 10-11 yaşlı Ülviyyə adlı xəstə qızı var idi. Hay düşən kimi arvadına, o biri uşaqlara deyir ki, siz qaçın, mən də Ülviyyəni qucağımda aparım. Amma uşaqla tez qaça bilmir. Ermənilər onu tutanda uşaq ermənilərin üzünə tüpürür. Camala peyinliyi qazdırıb, qızını diri-diri boğazınadək basdırıblar peyinə. Atası özünü uşağın üstünə atıb onları söyəndə onu da güllələmişdilər .


Bu faciədən xəbər tutan bir qrup Kəlbəcər sakini Almasov Tağı Sultan oğlu, Almasov Şahid Tağı oğlu, Qabilov Sədrəddin Qədir oğlu, Həsənov Natiq Məhəmməd oğlu, Bayramov Çingiz Xanlar oğlu, Bağırov Vidadi Yusif oğlu, Süleymanov Azad Cəmil oğlu, Abbasov İsgəndər Asif oğlu, Əliyev Misir Pənah oğlu bir yük maşınında Ağdaban və Çayqovşan kəndlərinin harayına gəlmiş, Ağdabanın yaxınlığında təpədən dırnağadək silahlı ermənilərlə rastlaşmış və gülləboran edilərək, öldürülmüşdülər. Qonşu Kərəmli kəndindən oraya gələn Məmmədov Məhəmməd Mamoy oğlu isə

Dədə Şəmşirin məzarı yaxınlığında qətlə yetirilmişdi ".


 

Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri Qəmbər Şəmşiroğlu " Küllərin dəfni " adlı hekayəsindən

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page