Elməddin Nicat Bir gün əlimin sığalıyçün Saçlarının darıxmağı baş qaldırsa Başını köksümə söykə Barmaqlarını dodağıma... Bir gün dilinin ucunda adım göynəsə Ürəyin köksündə atlı kimi çapsa. Gözünə görünsə ulduzlar birtəhər, Göy nəsə Özünü mənə yetir Əgər darıxmaqdan macal tapsan... Əlindən bərk yapış ürəyinin Gözümün içindən yapışdığın kimi... Qoru alnındakı öpüş yerimi. Qəfil ömrümə gəldiyin kimi. Bir gün sübh azanından axşam günbatanına, Dilinin ucunda adım darıxsa, bir misram ayə əvəzinə dodağında səyrisə Kəssə amanını "bəlkə"... "Nə isə"... Tanrı duası bil sənə yazdığım şeirləri...
Comments