Sən məni yaşayan xatirələrdə, Sən məni sağ qalan şəkillərdə sev… Boylan ürəyimin pəncərəsindən, Ömrü küçə-küçə çək illərdən…sev ! Saxla qar içində şəkillərimi, Adını “darıxmaq” sərgisi elə. Adımı dilinin ucunda unut, Qəfil unudulanlar cərgəsi ilə… Hardasan, gecikdin, ömür tələsir, Axşamdan sabaha ümid bir udum. Səni doya -doya içimə çəkdim, Səni şəkillərlə necə unudum?!!!
16.12.2018.
댓글