QAÇQINLIQ MARAFON YARIŞI DEYİL Mən aşan zirvənin aşrımı sərtdi Diz yoran yoxuşun, enişi olmur. Ürəyim dərd dolu elə hücrədi Ora hər yetənin girişi olmur. Bir üzü vətəndən olan çadırın, Öləndən, itəndən olan çadırın, Divarı çətəndən olan çadırın İçi darısqaldı, genişi olmur. Həsədim o yurda köçən köçədi, Bu dərdə əl edib keçən köçədi. Mənim köç etdiyim keçən gecədi- Qərib yuxusunun günəşi olmur. Yurd küsüb, nazlanan yar işi deyil, Bu uşaq küsüsü, barışı deyil. Qaçqınlıq marafon yarışı deyil, Köçkün atletlərin finişi olmur.
Elməddin Nicat. 19.09.2017.
コメント