Azərbaycanın sabiq baş prokuroru və səfiri, hazırda DTX təcridxanasında olan Eldar Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə məktub yazıb.
Bu barədə Axar.az-a Eldar Həsənovun vəkili Adil İsmayılov məlumat verib.
E.Həsənov məktubda Qələbə münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.
“İşğal edilmiş tarixi ərazilərimizin Sizin rəhbərliyinizlə qətiyyətlə mənfur düşməndən təmizlənməsi, mədəniyyət beşiyimiz qədim Şuşanın azad edilməsi, millətimizin zədələnmiş qürurunun özünə qaytarılmasındakı gərgin, cəsarətli və şərəfli fəaliyyətinizin uğurlu nəticələrinə görə Sizi – Böyük Qayıdışın Sərkərdəsini səmimi qəlbdən təbrik edirəm.
Doğulub boya-başa çatdığım Kəlbəcər artıq işğaldan azad olunmaq ərəfəsindədir. Sizə bir kəlbəcərli və Azərbaycan vətəndaşı olaraq dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Gücüm gecə-gündüz Sizə və müzəffər ordumuza dualar etməyə çatır”, - məktubda bildirilib.
Comments