top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

“Dövlətimiz bu cinayət növü ilə kəskin mübarizə aparır” - Məşhurların həbsi ilə bağlı açıqlama


İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev son günlər həbs olunan şou nümayəndələri ilə bağlı AZXEBER.COM-a müsahibə verib.


Həmin müsahibəni təqdim edirik: - Son zamanlar şou biznes nümayəndələrindən bir neçə şəxs insan alveri ilə məşğul olduqlarına görə həbs olundu, sizin fikirinizcə bu cür həbslər davam edəcəkmi? İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsi artıq şou-biznes sahəsində bu cinayətkarlıqla məşğul olanlara qarşı hərəkətə keçib?

- Əvvəla onu deyim ki, insan alveri anlayışı ilə əxlaqsızlığa cəlbetmənin anlayışı fərqlidir ona görə ki, insan alveri ağır cinayət növlərinə aiddir və 144-cü maddə ilə təsbit olunub, cinayət məcəlləsində, əxlaqsızlığa cəlbetmə isə 243-cü maddə ilə təsbit olunub. Yəni insanlarımız bir çox saytlarda yazılan xəbərlərdən elə başa düşür ki, ölkəmizdə insan alveri baş alıb gedir ,ancaq əslində tam əksinədir, çünki dövlətimiz bu cinayət növü ilə kəskin mübarizə aparır və hüquq mühafizə orqanları qətiyyət nümayiş elətdirir. Bunu bir çox beynəlxalq təşkilatlar ölkələlərin insan alverinə qarşı mübarizəsinə dair hesabatında qeyd edirlər və bizim dövlətimizin bu sahədə atdığı addımları təqdirə layiq hesab edirlər və bir çox ölkələrə nümunə göstəririlir. O ki, qaldı sizin sualınıza cavab olaraq bildirmək istərdim ki, kimlərinsə həbs olunmasına bu cür reaksiyanın olması doğru deyil və hesab edirəm ki, bu cür ajiotaja ehtiyac yoxdur, çünki bu cür həbslər məhkəmənin qərarı ilə olur və məhkəmənin də verdiyi qərarı biz müzakirə edə bilmərik. Onu deyə bilərəm ki, hər birimiz ilk öncə bir vətəndaşıq və həç bir vətəndaşımızın həbs olunmsını arzulamarıq və istəmərik. Hansı sahədə də kimlərin həbs olunmsı o demək deyil ki, bu həbslər o sahədə fəaliyyət göstərən insanlarln hamısına şamil olunur, ya da ki, o sahədə çalışanların hamısı pakdır yalnız bu həbs olunanlar günahkar idilər və bununla da o sahədə heç kim məsuliyyətə cəlb olunmayacaq, bu cür desək əlbəttə doğru olmazdı. Bu cür həbslər hər il olur və yenə də olacağını düşünürəm ancaq əlbəttə ki, biz arzulamarıq ki, kimlərsə hakim qarşısına çıxsın və həbs olunsun. Hər kəs bilməlidir ki, hüquq mühafizə orqanlarının işi hansısa sahəyə müharibə elan etmək yox, cəmiyyətimizin təhlükəsizliyini qorumaqdır ki, onu da bizim hüquq-mühafizə orqanları edirlər. - Sizcə insan alveri ilə bağlı maarifləndirmə işləri hansı səviyyədə aparılır? - Cənab Prezident tərəfindən İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin olunub, cənab Prezidentin insan alverinə qarşı mübarizəyə dair təsdiqlədiyi tədbirlər planı və bu sahəyə aid vermiş olduğu fərmanlar Milli Koordinatorun rəhbərliyi və nəzarəti ilə həyata keçirilir. Hər il DİN-nin İnsan Alverəni Qarşı Mübarizə Baş İdarəsi Vətəndaş Cəmiyyətinin üzvləri ilə birlikdə demək olar ki, bütün regionlarda və təhsil ocaqlarında maarifləndirmə tədbirləri təşkil edir. Eyni zamanda Azerbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Vətəndaş Cəmiyyəti nümayəndələri hər il insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri təşkil edirlər. Demək olar ki, qonşu dövlətlərin heç birində insan alverinə qarşı mübarizə ilə bağlı bu cür tədbirlər təşkil olunmağında dövlət orqanları maraqlı olmurlar. Bizdə isə qeyd etdiyim kimi dövlət orqanları özləri bu maarifləndirmə tədbirlərinə dəstək olurlar və təşkil edirlər. Ölkəmizdə fəaliyyət göstərən KİV-də də daima bu cinayət növü ilə bağlı çıxışlar olur və bu da insanlarımızı məlumatlandırmaq üçün böyük bir vasitədir. sonda isə onu deyim ki, bütün cəmiyyət bu cinayətkarlıqla mübarizə aparmalıdır.


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page