Bu köçkün evinin buz dəhlizində, Yemmi axtarırsız a boz sərçələr. Nədən danışırsız öz dilinizdə Mənə də anladın bir az, sərçələr. Hər dili bilirsiz qu quşu kimi, Anladın anlayım dərdimin dilin. Cik-ciklə ötürsüz su quşu kimi Çəkdiyim beşdimi, birdimi bilim. Tez uçun, tez uçun başımın üstən Ulduzu sayrışmaz gecə kimiyəm. Evim yuvanızdan deyil ki, isti, Görmürsüz üşümüş sərçə kimiyəm. Qaçmayın, bir ovuc dən atacağam Doğma yuvanızda aparıb yeyin. Deyəsən bu yaz da yas tutacağam Getsəniz yuvama salamlar deyin Elməddin Nicat
コメント