Kəlbəcər rayonundan məcburi köçkün ailəsinin 6 yaşlı üzvü Cavidin üzərində ağır cərrahiyyə əməlliyyatı həyata keçirilib. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən balaca Cavidin hər iki böyrəyi üzərində cərrahi əməliyyat aparılıb.
Kəlbəcər rayonundan seçilmiş deputat Aqil Məmmədov hazırda xəstəxanada müalicəsi davam etdirilən Cavidi ziyarət edib. Əməliyyat günü də Cavidə baş çəkən millət vəkili hazırda onun səhhətinin yaxşı olduğunu qeyd edib: “İnşallah, Cavid tezliklə tam sağlamlığına qovuşaq. Gələn il Cavid birinci sinifə gedəcək. Biz də həmin vaxt gəlib Cavidi təbrik edəcəyik, onunla məktəbə birlikdə gedəcəyik”.
Valideynləri Cavidə göstərdiyi diqqətə görə millət vəkili A.Məmmədova minnətdarlıqlarını bildiriblər.
Comments