Sarıyev Bəhram Bahadur oğlu, 1932-ci ildə Kəlbəcər rayonunun Sınıqkilsə kəndində anadan olmuşdur. 1949-cu ildə Kəlbəcər şəhər orta məktəbini bitirdikdən sonra, Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə qəbul olunmuşdur. 1955-ci ildə universiteti qurtarıb iki il təyinat ilə Kəlbəcər rayonunda, 1957-ci ildən 1959-cu ilə kimi Mirbəşir rayonunda (indiki Tərtər) həkim-cərrah işləmişdir. Bəhram həkim 1959-cu ildə Tibb Universitetinə dəvət edilmişdir və 1966-cı ildə Cərrahiyə fakültəsində aspiranturaya qəbul edilmiş, 1968-ci ildən həmin kafedranın asistenti seçilmişdir.
B.B.Sarıyev 1971-ci ildə tibb elmlər namizədi alimlik dərəcəsi almaq üçün, müvəffəqiyyətlə dissertasiyasını müdafiə etmiş, tibb elmlər namizədi adına layiq görülmüşdür. 1988-ci ildən Ümumcərrahiyə kafedrasına konkursdan keçməklə dosent seçilmişdir. O, 25 elmi əsərin və bir neçə səmərələşdirici elmi təklifin müəllifidir.
B.B.Sarıyev dissertasiyasının və elmi əsərlərinin əsas mövzuları qalxanvari vəzin xəstəliklərinin tədqiqinə və müalicəsinə həsr edilmişdir. Onun şəfalı əlləri 10 mindən çox mürəkkəb və ağır cərrahiyə əməliiyatı apararaq xəstəliyə tutulmuş insanlara şəfa vermişdir.
B.B.Sarıyev həmdə gənc həkimlərin yetişdirilməsində, əhaliyə tibbi-cərrahiyə xidmətin aparılmasında öz fəaliyyətinin bir pedaqoq kimi davam etdirir.
B.B.Sarıyev Kəlbəcər mahalında möhtərəm sayılan Kərbəlayi Sarının nəvəsi, el ağsaqqalı Bahadur kişinin oğludur. Bu nəsil həmişə xeyriyyəçi, halal Allah adamı, qan barışdıran el ağsaqqalları olduğundan Bəhrama da bu xüsusiyyətlər nəsillərindən keçmişdir. O, Məkkə ziyarətində olmuş, müqəddəs “Qara daşa” üz söykəmiş, hacı tituluna nəsib olmuşdur. KALBAJAR.COM olaraq,Allahdan dəyərli ziyalımıza rəhmət ,ailəsinə dərin hüznlə başsağlığı veririk.
Comments