Cəmilə Çiçək 8 sentyabr 1979-cu ildə Kəlbəcər rayonunda anadan olub. Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Kiçik yaşlarından poeziyaya maraq göstərib. Pedaqoji fəaliyyətlə yanaşı, dövri mətbuatda ədəbi, vətənpərvər ruhlu yazıları, yurd həsrətli şeirləri və elmi-publisistik məqalələrilə tanınıb. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Zəka işığında” milli dəyərlərin təbliğinə yardım içtimai birliyinin təsisçisi və sədridir. 2016-cı ildə Prezident təqaüdünə layiq görülüb.
“Ədalət”, “Şərq”, “Respublika” qəzetlərində işləyib, “Kəlbəcər harayı”, “Təhsil” jurnalı, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Vətən səsi”, “Türküstan”, “İki sahil” və digər tanınmış nüfuzlu qəzet və jurnallarla əməkdaşlıq edib. 2007-ci ildən “Möcüzə yaradan əllər” jurnalının redaktoru, “Milli Zəka” beynəlxalq elmi, ictimai-siyası, hüquqi jurnalının təsisçisi və baş redaktorudur. Oxucularımıza hər nömrәsini tәqdim etdiyi “Milli Zәka” elmi, ictimai-siyasi, hüquq dәrgisini çap etmәkdә mәqsәdi xalqımızın zәngin mәnәviyyatının güzgüsü olan elmimizin ümumi mәnzәrәsinin tәhlilini vermәk, yeni elmi mәqalәlәrin, araşdırmaların işıq üzü görmәsinә, müzakirә olunub, layiqli qiymәtini almasına şәrait yaratmaq, o cümlədən, Azərbaycanda və regionda baş verən ictimai-siyasi, ədəbi-mədəni, sosial-iqtisadi proseslərə ayna tutmaqdır.
“Milli Zәka”nın ilk nömrәsinin ilk səhifəsinin Azәrbaycanın birinci xanımı, UNESCO vә ISESCO-nun xoşmәramlı sәfiri, Heydәr Əliyev Fondunun prezidenti, millәt vәkili Mehriban xanım Əliyeva ilә bağlı yazıyla açılması da simvolik mәna daşıyır. Elm vә tәhsilimizin, mәdәniyyәt vә zәngin dәyәrlәrimizin dünya sәviyyәsindә dәstәklәnmәsi, himayә olunması, tәbliği Mehriban xanımın tәqdir edilәn xidmәtlərindəndir.
Onun “Kəlbəcərin saz qalası” (ön sözün müəllifi xalq yazıçısı Anar), “Arı çiçəyə gəlib” (ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov), “Sən dağlardan ayrılmadın” (ön sözün müəllifi akademik Vasim Məmmədəliyev), “Sazımız ağlayır dağlar başında” (elmi redaktoru akademik İsa Həbibbəyli) kitabları ustad sənətkarımız Aşıq Şəmşirin yaradıcılığından, o cümlədən, bütövlükdə Kəlbəcər ədəbi mühitindən bəhs edir. “Səməd Vurğun–Aşıq Şəmşir” dastanı adlı (beşinci kitabı (elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat)) filoloji-elmi araşdırmasında XX əsr Azərbaycan poeziyasının iki qolu – peşəkar yazılı ədəbiyyat və aşıq sənəti müqayisəli təhlilə cəlb olunur, orijinal mətn verilir. Bu dastanın toplanıb sistemləşdirilərək nəşrə hazırlanması ideyası akademik İsa Həbibbəyli tərəfindən irəli sürülmüşdür. Sayca altıncı kitabı olan “Əyyub və Sənəm dastanı” miniatür kitabı (elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat)) da AMEA Folklor İnstitutu Elmi Şurasının 25 noyabr 2015-ci il tarixli qərarı (protokol № 6) ilə yaxın günlərdə işıq üzü gördü. “Əyyub və Sənəm dastanı” yazılı ədəbiyyatla folklorun qovşağında yaranan yeni folklor nümunələrindəndir. Ölçüsü 45x55 mm olan 168 səhifədən ibarət “Milli Zəka” jurnalının redaksiyasında çap olunan bu kitab formatına görə adı Ginnesin rekortlar kitabına düşüb. Dastanda gənclərin sevgi münasibətlərindən, onların bir-birinə inamından, etibar hissindən, həya, ar, əxlaq kimi mənəvi dəyərlərdən bəhs olunur. Eyni zamanda təmiz münasibətlərə yersiz valideyn müdaxiləsinin necə bir faciəyə yol açması da diqqətə çatdırılır. Bu kitabın işq üzü görməsilə bağlı ilk yazını Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AzərTAc-ın baş direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medalı, “Vətənə xidmətə görə” ordeni, “Şöhrət” ordeni, “TÜRKSOY-un 20 illiyi” yubiley medalı, “Həsən bəy Zərdabi”, “Qızıl qələm”, “Ali Media” mükafatları laureatı Aslan Əhməd oğlu Aslanov yazdı.
Elmi fəaliyyəti
Cəmilə Çiçək AMEA Folklor İnstitutunun doktorantıdır. "Azərbaycan cəmiyyətində ağsaqqal institutunun yeri və rolu (Qarabağ köçkünləri arasında aparaılacaq sosial-kulturoloji araşdırma)", "“Səməd Vurğun və aşıq müasirlərinin yaradıcılığında vətən konseptinin öyrənilməsi və gənclər arasında vətənpərvərlik ideyasının təbliği”, “Milli öndər Heydər Əliyevin klassik irs və xalq dastanları haqqında fikirləri və onların tədris prosesinə cəlb edilməsi”, “Kəlbəcər əhalisinin ənənəvi mətbəx mədəniyyətinin öyrənilməsi” adlı layihələrin müəllifi, “Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları”, “Klassik məhəbbət dastanları və XX əsrdə yaranan müəllifi bəlli olan dastanlar”, “Məhəbbət dastanlarında ənənəvi motiv və tarixi ənənələrin ötürülməsi”, “Haqq aşiqliyi”, “Yeni yaranan məhəbbət dastanları”, “Obrazlar sistemi”, “Kitabi-Dədə Qorqud” dastanındakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili”, “Kitabi-Dədə Qorqud” dastanında qəhrəmancasına elçilik və Azərbaycanın müasir məhəbbət dastanları: oxşar və fərqli cəhətlər”, “Səməd Vurğun yaradıcılığında dastan motivləri və sovet dövrünün məhəbbət dastanları”, “Məhəbbət dastanlarında oyun elementləri” və xarici ölkələrdə rus, ingilis, türk dillərində işıq üzü görmüş bir sıra elmi məqalələrin müəllifi kimi beynəlxalq simpoziumlarda etdiyi dəyərli məruzələrə görə saysız təşəkkür bəlgələri ilə təltif edilibdir.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə 18 oktyabr 2008-ci i ildə Azərbaycan KİVHİ RH sədri, yazıçı-ilahiyyatçı mərhum Oqtay Salamzadə onu “Qızıl Qələm” media mükafatı laureatı diplomuna layiq görmüşdür. 2016-cı ildə Prezident təqaüdünə layiq görülüb.
Yaradıcılığı
Cəmilə Çiçəyin kitablarından Almaniyanın Marthin Luther – Universiteti tərəfindən sifariş edilmişdir. O, bu kitabları həmin universitetin kitabxanasına, kitabxana təmsilçisi vasitəsilə təmənnasız olaraq hədiyyə etmişdir. Bundan əlavə AMEA Mərkəzi Kitabxanasının vasitəsilə onun kitablarından türkdilli ölkələrin demək olarki bütün Universitetlərinə də göndərilmişdir.
Onun elmi təfəkkürü, elmi prinsipləri qavrama və təsdiqetmə bacarığı yüksəkdir. Bütün məqalələr boyu müəllifin elmi-nəzəri hazırlığı, gərgin axtarışları və tədqiqatçılıq qabiliyyəti özünü bariz şəkildə göstərir.
Cəmilə Çiçək eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub və olmaqdadır. Onun elmi-mətbu sahə ilə paralel olaraq, pedaqoji sahədə də kifayət qədər uğur və nailiyyətləri göz önündədir. Şagirdləri hər il yüksək göstəricilərlə ali məktəblərə qəbul olunur. Təkcə Kəlbəcər şəhər 13 №li tam orta məktəbin 2014-cü ildə 10 nəfər şagirdi yüksək balla müxtəlif ali məktəblərə qəbul olunub
Comments