top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

QASIMOV CALAL CƏLİL OĞLU

Updated: Jun 29, 2018

Qasımov Cəlal Cəlil oğlu, 1952-ci ildə, aprel ayının 11-də Kəlbəcər rayonunun Kəbəcər şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Kəlbəcər şəhər orta məktəbinə daxil olan Calal Cəlil oğlu, həmin orta məktəbi 1969-cu ildə qurtarmışdır. O, 1970-ci ildən 1973-cü iə qədər Minsk şəhərində ordu sıralarında xidmət etmişdir.

C.C.Qasımov 1973-cü ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Sonra təhsilini 1974-cü ildən Slovakiyadakı Bratislava Texniki Universitetinin İnşaat fakültəsində davam etdirmişdir. O, Slovakiyaya Azərbaycan dövlətinin göndərişilə getmişdir. 1980-ci ildə həmin universitetin “Yerüstü və yeraltı qurğuların tikintisı” fakültəsini müvəffəqiyyətlə bitirmişdir.

Ali təhsil alandan sonra C.C.Qasımov təyinatla Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna gəlib, assistent işləməyə başlamış, 1983-cü ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1987-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vurmuşdur.


C.C.Qasımov 1987-ci ildə professor Bünyad Sərdarovun rəhbərliyi ilə “Bitum şlamı və polimer əsaslı idman meydançaları döşəmələrinin tərkibi yaradılmasının əsasları” dissertasiya müdafiə edib və texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. Müdafə Moskva İnşaat Mühəndisləri İnstitutunda keçirilmişdir.


C.C.Qasımov sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş müəllim və dossent işləmişdir. 1988-ci ildə həmin institutda Xarici tələbələr fakültəsinin dekanı seçilmişdir.

C.C.Qasımov 1992-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun doktoranturasına qəbul olub, həmin univeristetdə dossent işləmişdir. O, 1997-ci ildə Münhen Mühəndislər Akademiyasının akademiki Adolf Merkinin məsləhətçiliyi ilə “Polimer əsaslı tennis isman meydançalarının örtükləri” mövzusunda dissertasiya müdafiə edərək texniki elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.


Elmi fəaliyyətlərini davam etdirən C.C.Qasımov 4 müəlliflik şəhadətnaməsi almış, 35-dən çox elmi əsər yazıb nəşr etdirmişdir.


O, bir neçə dəfə Ankara Orta Şərq Texniki Universitetində, İstanbul Texniki Universitetində və Slovakiya İnşaat Universitetində mühazirələr oxumuşdur.

Qasımov evlidir,bir oğlu var.

Comentarios


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page