top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

CƏFƏROV ƏLƏMŞAH MƏDƏD OĞLU


Kəlbəcər dağlar diyarıdır. Bu səfalı diyarın var-dövləti vuqarla göylərə dayaq olan bəyaz köynəkli, duman örpəkli dağlarıdır. Muncuq kimi kimi dağ yamaclarına düzlən keyvir bulaqlar, şahin-şonqar qayaları, dəlisov dağ çayları, min dərdin dərmanı olan təmiz havasıdır. Bir də ürəyi həmişə süfrəsi kimi açıq olan qonaqpərvər insanları.

Cəfərov Ələmşah Mədəd oğlu, 1941-ci il dekabrın 8-də öz gözəlliyi ilə görəni heyran qoyan dünyanın Kəlbəcər adlı Cənnətməkan bu guşəsində dünyaya göz açıb. Ağcaqız dağlarının şimal yamaclarındakı ətrafı yaşıl meşəli, səfalı havası olan Qaracanlı kəndində. Kənddə Sovet-Alman müharibəsinin ağır illərinin insanların həyatına vurduğu təsiri hələ də aradan qalxmamışdı. Kənddə savadlı insanları barmaqla saymaq olardı. Məktəb yaşına çatanda Mədəd kişi təhsil alması üçün Ələmşahı gətirib Kəlbəcər qəsəbə orta məktəbinə qoydu. Ələmşah, dərslərinidə həmişə yaxşı oxuyurdu. O məktəbdə təhsil aldığı illərdə düşüncəsinə daima bir fikir hakim kəsilmişdi:-oxuyub həkim olmaq, ağ xalat geyinmək, kəndlərindəki xəstə insanları sağaltmaq.

Ə.M.Cəfərov həkim olmaq istəyirdi. Nə üçün məhz həkimlik peşəsi onu özünə belə cəlb etmişdi? Axı Kəlbəcər onsuzda uzunömürlülər diyarı kimi məşhur idi. Ələmşahdan bunun səbəbini soruşduqda, deyirdi:-O vatlar xalqımızın dövlət xadimi olmuş Nəriman Nərimanovun bir fikri ilə özümə həyat yolu seçmişdim, deyən Ələmşah, danışırdı ki, arzu edirdim ki, heç kəsdən asılı olmayım. Sonra elə oldu ki, bu arzunu... Nə isə... Kəlbəcərdə Qara Bəhmən adı ilə məşhur olan riyaziyyat müəllimi vardı. Xoşbəxtlikdən mənə də dərs deyirdi. Dəqiq elmlərə marağımı görüb, məsləhət bildi ki, bala, get texniki instituta gir. Lap istəyirsən inşaatçı ol! Xeyirxah peşədir. Bina tikib içində ocaq qalamaqdan müqəddəs savab iş yoxdur...

Ə.M.Cəfərov 1959-cu ildə orta məktəbi qızıl medalla bitirdi. Əlaçı olmaqla yanaşı, məktəb illərində özünü nizamlı və çalışqan bir şagird kimi göstərmişdir. Qızıl medal alması münasibəti ilə valideyinləri səfalı dağ kəndində, bulaq başında böyük bir məclis, şənlik təşkil etdilər. Qohum-qonşular, dostlar toplaşıb gözaydınlığına gəldilər, atası iki qoç ayırıb kəsdi. Məclisin daha gözəl olması üçün Ustad Aşıq Şəmşiri də dəvət etmişdilər. El aşığı bu xeyirxah işdən ötrü Ağdabandan Qaraçanlıya gəlməyi və təhsil uğurları ilə kənd camaatını sevindirən yeniyetmə oğlana öz ağsaqqal öyüdü, xeyir-duası verməyi özünə borc bilmişdi. Məclisə toplaşan ağsaqqallar, ağbirçəklər 17 yaşlı Ələmşaha məsləhətlər və xeyir-dualar verirdilər.

Ə.M.Cəfərov Bakıya gəldi. Sənədlərini Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə verdi. Qızıl medalçı imtiyazımdan istifadə etdi. İnstitutun əyani şöbəsinə imtahansız daxil oldu. Tələbə yoldaşlarına səfalı, təkrarolunmaz, saf havalı, sərin sulu Kəlbəcər və onun qonaqpərvər adamları haqqında həvəslə, qürurla danışırdı. Xüsusilə də atasının onun üçün təşkil etdiyi məclisə gələn Dədə Şəmşirin öyüd-nəsihətlərini yoldaşları ilə bölüşürdü.

Ə.M.Cəfərov Kəlbəcər kimi füsünkar diyardan ayrılıb, səsli-küylü Bakı kimi nəhəng şəhərə düşmək ona qəribə gəlirdi. Xoşbəxtlikdən bu qəriblik onda nigarançılıq, qəribsəmə hissi deyildi. Çoxsaylı professor-müəllim heyəti və tələbə kontingenti olan institutun coşqun dəniz kimi qaynar həyatı çoxları kimi Ələmşahıda darıxmağa qoymurdu. Gənclər ittifaqı təşkilatlarında xeyirxah münasibət, tükənməz təşkilatçılıq bacarığı tələb edən ictimai vəzifələr, bir-birindən maraqlı mühazirələr və seminarlar, zəngin kitabxana, idman sarayı, çox saylı idman yarışları başını yaman qatmışdı.


Ə.M.Cəfərov kursdan-kursa keçdikcə günlər və aylar bir-birini əvəz edirdi. Adlı-sadlı alimlər Hüseynağa Muradxanovdan, Abuzər Əliyevdən, Arif Səmədovdan, xüsusilə də Rəxşəndə müəllimə kimi tikinti mütəxəssislərindən dərs almaq, inşaatın təşkili, texnologiyası, tikinti materiallarının keyfiyyəti və istehsalı ilə əlaqədar professor-müəllim heyətinin maraqlı, məzmunlu mühazirələri Ələmşahı özünə cəlb etmişdi.


Ə.M.Cəfərov Kəlbəcərdə təhsil aldığı illərdə məktəbin savadlı müəllimlərdən Bəhmən, Salman və Cəfər müəllim kimi adlı-sanlı şəxsiyyətlərdən dərs almışdı və təlim zamanı mövzu ilə bağlı diskussiya yaradan suallar verməyə adət etmişdi. Belə suallar təlim zamanı mövzunun şagirdlər arasında müzakirə olunmasına imkan verirdi. Ələlxüsus da riyaziyyat dərsində Bəhmən müəllim bilirdi ki, sinifdə teoremin isbatı, məsələlərin həlli zamanı şagirdlərdən kimsə ortaya müzakirə üçün bir problem, sual atacaqdır. Heç kəs bilməsə də, məktəbin direktoru Cəfər müəllim üçün bir məsələ gün kimi aydın idi ki, şagirdlərdən heç kəs dillənməsə də, Ələmşah mütləq əlini qaldırıb icazə ilə, ədəb-ərkanla ayağa qalxıb, müzakirə üçün yoldaşlarına mövzu verəcək. Salman müəllimin dərsində çox zaman gözləməyə ehtiyac qalmırdı. Hamıdan birinci Ələmşahın sualları orataya atılırdı. Elə ali məktəbdə də Ələmşahın bu xarakteri mühazirə, seminar, laborator məşğələ dərslərində həmyaşıdları arasında seçilməyinə səbəb olurdu. Professor Abuzər Əliyevin iki qoşa saatlıq dərsində oxuduğu mühazirələr zamanı mövzu ilə əlaqədar Ələmşah imkan düşən kimi bir-birindən maraqlı suallar verərdi. Professor elə adət etmişdi ki, auditoriyaya girən kimi başqalarından fərqli olaraq:-“Keçən mühazirəmizin məzmunu ilə əlaqədar kimin sualı var?”-əvəzinə-“Ələmşah bala, sənin sualın yoxdur ki?”-deyə, birbaşa ona müraciət edirdi. Ələmşahın müəllimi, texniki elmlər namizədi Telman Əliyev deyirdi ki:


-Əvvəla, tələbəmiz Ələmşah Cəfərovu çox ürəkli, qorxmaz gənc hesab edirəm. Eyni zamanda onun verdiyi suallar yalnız tələbə yoldaşlarını deyil, həm də müəllimlərini də düşündürürdü.


Ə.M.Cəfərov orta məktəbi qızıl medalla bitirdiyi kimi, 1964-cü ildə Politexnik İnstitutunu da fərqlənmə diplomu ilə başa vurdu. Onu ali məktəbdə saxlamaq istəsələr də, razı olmadı, nəhayət onu təyinatla Bakı Baş Tikinti İdarəsinin sərəncamına göndərdilər. Burada Baş İdarənin nəzdində olan 4 saylı tikinti idarəsinə yolladılar. Əvvəlcə, usta iş icraçısı işlədi. Çox keçmədi ki, işgüzrlığını nəzərə alıb onu sahə rəisi vəzifəsinə keçirdilər. Bir müddətdən sonra baş idarə rəisi təyin olundu.


Ə.M.Cəfərov S.A.Dadaşov adına Elmi-Tətqiqat Tikinti Materialları İnstitutunda elmi işçi kimi axtarışlar aparmış, aspiranturaya qəbul olmuçdur. Dissertasiya müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Dissertasiya işinin elmi rəhbəri Moskvalı görkəmli alim, Stalin mükafatı laureatı Sergey Andrianoviç Sementsov müdafiə zamanı disertant haqqında bunları söyləmişdir:


-Mən Ələmşah Cəfərovun simasında, Azərbaycan tikinti kompleksinin alimləri sırasında yeni bir ulduzun parıldadığını görürürəm .


Ə.M.Cəfərov elmi rəhbərlərindən biri olmuş Bakılı alim Əli Həsən oğlu Fiqarovun da Ələmşah haqqında öz fikirləri vardı:


-Ələmşah istehsalatda bişmiş adamdır. Onun gecəli-gündüzlü elmi axtarışları bu gün bəhrə verir. İnanıram ki, gənc alim gələcəkdə daha işgüzar, məhsuldar olacaqdır.


O vaxtdan bəri texniki elmlər namizədi Ələmşah Cəfərovun qələmindən 60-dan yuxarı elmi məqalə çıxıb, dərc olunub. O həm də istehsalat komandiri kimi çox böyük uğurlar qazanmış, ad-san, hörmət sahibi olmuşdur. 1990-cı illər 1 nömrəli Evtikmə kombinatının kollektivi böyük etimad göstərib, texniki elmlər namizədi Ə.M.Cəfərovu həmin kombinata rəis seçmişdilər.

Ə.M.Cəfərov kombinata rəis seçilənədək kombinatın məhsul göstəriciləri ilbəil aşağı düşürdü. Lakin atalar demişkən:

-“Çörəyi ver çörəkçiyə”.


Ələmşah Cəfərov kombinata rəis seçiləndən sonra kollektivin ustalıqla idarə olunması, işin elmi cəhətcə mütəşəkkil təşkili, gələcəyin düzgün, kompasvari istiqamətləndirilməsi kombinatın işlərində əsaslı dönüş yaratdı. Elə buna parlaq misaldır ki, Azərbaycan Kütləvi İnformasiya Vasitələri işçiləri həmkarlar İttifaqının Rəyasət Heyəti milli mətbuatımızın təsisçilərinin və himayədarlarının ilk dəstəsinin siyahısını tərtib edib, 1993-cü ilin senytabr ayında H.Z.Tağıyev adına fəxriyyə diplomuna layiq görəndə, 1 saylı evtikmə kombinatının direktoru Ələmşah Cəfərovun adı da ilk laureatlar sırasında olmuşdur. Bu münasibətlə ona təqdim olunmuş fəxri mükafat sənədində yazılmışdır:


-“H.Z.Tağıyev cənabları adına sponsor fəxriyyə diplomu №-c.4 Azərbaycan kütləvi informasiya vasitələri işçiləri Həmkarlar İttifaqının 31 avqust 1993-cü il 09 saylı qərarı ilə söz və mətbuat azadlığı yoluna qədəm qoymuş Azərbaycan Respublikası nəşrləri çərçivəsində öz şərəfli yerini arayan “Zaman” qəzetinin təşəkkülündə görkəmli xeyriyyəçi fəaliyyətinə görə Ələmşah Cəfərova təqdim edilmişdir”. O, həm də “Zaman” qəzetinə sponsurluq edir.

Neçə ildir ki, Respublikanın əməkdar inşaatçısı fəxri adını almış alim Ələmşah Cəfərov Azərbaycan İnşaat Mühəndislər Universitetində ixtisası üzrə dövlət imtahan komissiyasına sədirlik edir, gənc kadrların- gələcək inşaatçı mütəxəssislərin yetişdirilməsində yaxından iştirak edir.


Ə.M.Cəfərov gözəl ailə başçısıdır.

Böyük qızı, Sevil N.Nərimanov adına ATU-nun ginekologiya kafedrasının əməkdaşıdır.

Qızı Səadət müalicə komissiyasında dəri həkimidir.

Qızı Tünzalə hal-hazırda Bakı şəhəri Qaradağ rayonunda həkim-ginekoloq vəzifəsində işləyir.

Oğlu Anar M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin Hüququ fakültəsinin tələbəsidir.

Həyat yoldaşı, Çiçək xanım müəllimdir.


留言


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page