Cəfərov Zakir İlyas oğlu, 1940-cı ilin payızında Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olmuşdur. Atası Cəfərov İlyas Əli oğlu Kəlbəcər rayonunun uzunömürlülərindən olub. Eyni zamanda onu kənd içində “Yanşaqlı İlyas”, “Ovçu İlyas”, “İlyas əmi” kimi çağırarmışlar. Ovçuluqda əsas üç vacib xüsusiyyət vardır. Demək olar ki, onların üçü də İlyas əmidə cəmlənmişdir: “Gəzmək, görmək və ovlamaq...”
İlyas kişi ilə onun ömür-gün yoldaşı Xatın nənənin uğurlu toylarının 100 illik yubileyi Kəlbəcər rayonunda el şənliyi kimi qeyd edilmişdir. 119 il ömür eyləyən İlyas kişi 1992-ci ildə vəfat etmiş və öz kəndlərindəki el qəbristanlığında dəfn edilmişdir.
Z.İ.Cəfərov 1947-ci ildə Yanşaq kənd orta məktəbinə daxil olmuş və 1958-ci ildə məktəbi biritmişdir. 1961-ci ildən Susuzluq kənd kitabxanasında üç il müddətində müdir işləmişdir. 1961-ci ildə o, işləməklə yanaşı, S.M.Kirov asına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1967-ci ildə universiteti bitirmişdir. 1968-ci illərdə Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunda laborant, baş laborant, kimyaçı mühəndis, 1974-cü ilə qədər Bakı Yod Zavodunda qrup rəhbəri və laboratoruya müdiri işləmişdir. 1968-1971-illər ərzində akademik İzzət Orucovanın rəhbərliyi altında aspiranturanı qurtarıb, dissertasiya müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Z.İ.Cəfərov 1974-1977-ci illərdə Kalininqrad şəhərində Dövlət Universitetinin fiziki-kimya kafedrasına baş elmi işçi, 1977-1982-ci illərədə isə assistent işləmişdir. O, 1982-1987-ci illərdə Gəncə şəhərinndə S.Ağamalıoğlu adına AKTA-nın kimya elmi kafedrasında baş elmi işçi, assistent və dosent işləmişdir. Z.İ.Cəfərov neft-kimya məsələlərinə aid 80-dən çox elmi əsəri nəşr olunmuşdur, o cümlədən onun 16 elmi ixtirası vardır. Cəfərov Zakirin Rusiya Fedrasiyasında 30-dan çox elmi əsəri nəşr olunmuşdur. Bakıda, Kalininqradda və bir neçə şəhərlərdə keçirilmiş elmi konfranslarda məruzə ilə çıxış etmişdir.
Bir oğlu və bir qızı var.
Cəfərov Zakir 8 avqust 2001-ci ildə qəflətən vəfat etmişdir.
Comments