top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

CƏFƏROV TƏYYAR ABBAS OĞLU


Cəfərov Təyyar Abbas oğlu, 1932-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində ruhani ailəsində anadan olmuşdur. O, 1941-ci ildə kənd orta məktəbinə daxil olmuş, 1951-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

T.A.Cəfərov orta məktəbi bitirəndən sonra o, 1951-ci ilin sentyabr ayında Zallar kəndində təşkil edilmiş azsavadlılar kursuna müəllim təyin edilmiş və 1952-ci ilin mart ayına kimi həmin vəzifədə işləmişdir. 1952-ci ilin mart ayından 1954-cü ilin sentyabr ayına qədər hərbi xidmətdə olmuşdur və savadlı olduğuna görə hərbi hissədə yazar vəzifəsində çalışmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 1955-ci ildə AKTİ-nun zootexnik fakültəsinə daxil olub, 1960-cı ildə oranı müvəffəqiyyətlə başa vurmuşdur. 1960-61-ci illərdə Şəmkir rayonunun Qapanlı kəndində böyük zootexnik vəzifəsində işləmişdir. 1961-ci ilin sentyabrından 1964-cü ilin dekabrına qədər AZKTİ-nin maldarlıq və atçılıq kafedrasında asistent vəzifəsində işləmiş və həmin müddətdə nümunəvi işinə görə 3 il ərzində hər il rektorluğun təşəkkürünə layiq görülmüşdür.


T.A.Cəfərov 1965-ci ilin yanvar ayında AZKTİ-nun imtahan verərək, aspiranturaya daxil olmuşdur. 1967-ci ilin dekabrında aspiranturanı müvəffəqiyyətlə qurtarmışdır. O, 1968-ci il namizədlik dissertasiyası müdafiə edərək, kənd təsərrüfatı üzrə elmlər namizədi alimlik dərəcəsi almışdır.


T.A.Cəfərov 3 illik aspirant hazırlığı dövründə çoxlu müxtəlif elmi ədəbiyyatı oxuyub təhlil etmiş, dəqiq hazırladığı metodika əsasında müxtəlif variantlarda 10 minə qədər laboratoriya təhlilləri aparmış və nəticədə camış südündə zülal faizini təyin etmiş, ekspres metodunu işləyib hazırlamışdır. Həmin metodla bir iş günündə bir nəfər 100 başdan çox camışın südünün zülal faizini təyin edə bilər. Bu işin sürətinin, əmək məhsuldarlığının 10 dəfədən çoz artmasına səbəb olur. Həmin metodun köməyi ilə camış südünün orta illik zülal, yağ və ümumi quru qalıq faizinin hesablamağın əmsallarını işləyib hazırlamışdır. Bu əmsalların köməyi ilə 10 aya görülən işi 1 günə görmək mümkündür.


T.A.Cəfərov aspirant olduğu müddətdə 4 dəfə Zaqafqaziya institutlararası Elmi Konfranslarda elmi məruzələr ilə çıxış etmişdir.


T.A.Cəfərovun 10 səhifəlik bir elmi məqaləsi xalqlararası materialları ilə birlikdə “Genetika və südlük mal cinslərinin seleksiyası” kitabında nəşr edilmişdir. Həmin kitab ingilis, alman, fransız və s. dillərdə də nəşr edilərək, dünyanın bir çox olkələrinə yayılmışdır. Bir neçə elmi məqalələri də mərkəzi jurnallarda nəşr edilərək bir çox xarici ölkələrə göndərilmişdir.


T.A.Cəfərov aspiranturanı qurtardıqdan sonra, 1967-70-ci illərdə AZKTİ-də baş metodist, 1971-ci ildə Azərbaycan Elmi Tətqiqat Heyvandarlıq İnstitutunda elmi katib, 1972-ci ildən bəri isə Gəncə Kənd Təsərrüfatı Texnikumunda müəllim vəzifəsində çalışmışdır. O, 30-a qədər elmi əsərin ,4 dərsliyin və dərs vəsaitinin müəllifidir. Hal-hazırda Gəncə Kənd Təsərrüfatı Texnikumunda və Ekologiya İnstitutunda müəllim işləyir.

Comentários


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page