top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Cavid Qurbanov kəlbəcərli gənclərlə görüşdü - FOTOLAR

Updated: Mar 9, 2019


2 fevral - Gənclər günündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin gənc üzvləri ilə görüşüb.


Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olan Kəlbəcər rayonunundan və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin fəaliyyətindən bəhs edən video-rolikə baxdılar.

Ölkənin ictimai-siyasi həyatında gənclərin rolundan danışan C. Qurbanov bildirib ki, bu gün Azərbaycanda həyat keçirilən gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Gənclər Azərbaycanın ictimai - siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Ondan bir il sonra 1997-ci il fevralın 1-də isə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzaladı. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda Gənclər gününün təsis olunması dövlətimizin gənc nəslə diqqət və qayğısının bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaxtaşırı müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərlə görüşür, gənclərə etimad göstərib onları mühüm dövlət postlarına təyin edir.


"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Birliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu təşkilatın əsas məqsədi milli mədəniyyətimizi, adət-ənənələrimizi, aşıq sənəti, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırılmasına yardımçı olmaq, eləcə də Aşıq Şəmşir yaradıcılığının öyrənilməsi, onun irsinin qorunması istiqamətində layihələr həyata keçirməkdən ibarətdir.


Birlik Ulu öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı da silsilə tədbirlər keçirir. Yarandığı gündən etibarən İctimai Birlik yeddi yüzə yaxın müxtəlif səpgili layihələr, yerli və beynəlxalq əhəmiyyətli konfranslar, xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bir sıra layihələr reallaşdırmışdır. İctimai Birliyin beynəlxalq fəaliyyəti də çox uğurla davam və inkişaf etdirilir.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi torpaq ağrısının yaratdığı bir təşkilatdır. Ən böyük sevgi Allah sevgisi, Vətən sevgisidir. İctimai Birliyi əsas hədəflərindən biri də bu gün düşmənin soyuq baxışları altında olan Kəlbəcər rayonunun tarixi, mədəniyyəti haqqında araşdırmlar aparmaq, Azərbaycan ozan sənətinin azman nümayəndəsi Dədə Şəmşir yaradıcılğını təbliğ edərək yaşatmaq və gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

Mədəniyyət Ocağıının üzvləri ölkəmizin tanınmış ziyalılarıdır və onların ətrafında yüzlərlə gənçi birləşdirir. İctimai Birliyin bir missiyası da yurd-yuvasından didərgin düşmüş istedadlı gənclərə yardım etməkdən ibarətdir. Bu gəncləri öz ətrafında toplayan Birliyin əsas məqsədlərindən biri də gənc nəsilin vətənpərvər ruhda böyüdülməsidir.

Mədəniyyət Ocağı ölkə başçısı İlham Əliyevin və birinci vitse-Prezident Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı və çiçəklənməsi naminə həyata keçirdikləri işləri təbliğ etmək üçün Kəlbəcər gənclərinin Prezidentə dəstək qrupu yardılıb. Yeni yaradılmış bu qrup bu gün sosial şəbəkənin ən aktiv qruplarındandır. Sosial şəbəkələrdə onların paylaşımları yüz minlərlə insanı əhatə edir.



















Kəlbəcərli gənclər hər zaman dövlət və dövlətçiliyə sədaqətli olublar. Ölkəmizdə keçirilən seçkilərdə yüksək aktivlik göstəriblər. Möhtərəm Prezidentimizin ətrafında sıx birləşiblər və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyən xəyanətkar müxalifətə qarşı hər zaman öz kəskin mövqelərini bildirirlər.

Görüşdə iştirak edən gənclər ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alternativsiz siyasi kursuna daim sadiq olacaqlarını bildiriblər.



Commentaires


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page