top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Böyük ocağın böyük davamçısı – Qənbər Şəmşiroğlu...



Jalə Əliyeva: “Qənbər Şəmşiroğlu Dədə Şəmşir ocağının atəşini sönməyə qoymayan böyük bir dağdır

Dünən Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri olan Qənbər Şəmşiroğlunun anadan olmasının 85 illiyi sənətsevərlər, ədəbiyyat nümayəndələri, ziyalılar tərəfindən qeyd olundu.

Məlum olduğu kimi, Dədə Şəmşir ocağının yadigarlarından sayılan, aşıq poeziyasında, söz sənətində özünəməxsus yolu və rolu olan Qənbər Şəmşiroğlu, uzun illərdir ki, ədəbiyyatımızı bir-birindən maraqlı sənət nümunələri ilə zənginləşdirməkdədir. Təsadüfi deyildir ki, Qənbər Şəmşiroğlunun yaradıcılığı Azərbaycanla yanaşı, bir sıra türk dövlətlərində də maraqla təqdqiq edilməkdə, öyrənilməkdə və sevilməkdədir.

“Dədə Şəmşir türk dünyasının müasir Dədə Qorqududur”

Moderator.az-a açıqlamasında Qənbər Şəmşiroğlu yaradıcılığına diqqət çəkən millət vəkili Jalə Əliyeva, görkəmli sənətkarla bağlı arzu və istəklərini də dilə gətirib. Öncə Dədə Şəmşir faktoruna diqqət çəkən J.Əliyeva, onun bütün türk dünyasında sevildiyini, bir ozan, bir şəxsiyyət olaraq birmənalı şəkildə qəbul edildiyini bildirib:

“Mən öncə Dədə Şəmşir ocağı, bu ocağın yalnız ölkəmiz baxımından deyil, bütün türk dünyası baxımından əhəmiyyətinə diqqət çəkmək istəyirəm. Dədə Şəmşir “Dədə” adını çoxdan haqq etmiş bir şəxsiyyətdir. O, yalnız Azərbaycan söz sənətinin, Azərbaycan aşıq sənətinin deyil, bütün türk dünyasının Dədə Qorqudu qədər böyük nüfuza və mənəvi zənginliyə malikdir. Ona bu qiyməti sadəcə biz deyil, bütün türk dünyası verir.

Bir müddət bundan öncə ölkə başçısının sərəncamı ilə Dədə Şəmşirin 125 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Azərbaycandan kənarda da bu böyük gün yüksək səviyyədə qeyd olundu. Ölkəmizə digər türk ölkələrindən gələn nümayəndələr, sənət adamları da Dədə Şəmşir haqqında bir-birindən maraqlı fikirlər səsləndirdilər. Ümumilikdə isə onların gəldiyi nəticə bundan ibarət idi ki, Dədə Şəmşir müasir Dədə Qorqudumuzdur. Bu, iftixaredici bir qiymətdir”.

Böyük ocağın böyük davamçısı – Qənbər Şəmşiroğlu...

J.Əliyeva Qənbər Şəmşiroğlunun böyük bir ocağı uzun illərdir ki, layiqincə təmsil etdiyini vurğuladı:

“Qənbər Şəmşiroğlu, bizim Qənbər dayımız böyük bir söz-sənət ocağının, böyük insanpərvərlik məktəbinin davamçısıdır. Bu ocağın işığını sönməyə qoymayan böyük bir dağdır. Sadəcə, kəlbəcərlilər üçün deyil, torpağa, yurda bağlı olan hər bir insan üçün, sözün, sənətin qiymətini bilən hər bir azərbaycanlı üçün bu, belədir. Dədə Şəmşir ocağından güc alan Qənbər Şəmşiroğlunun fəaliyyətini, yaradıcılığı mühüm əhəmiyyətə malikdir.

Qənbər dayının dünən 85 yaşı tamam oldu. O, elə bir ocağın davamçısıdır ki, bu ocaq Azərbaycan ədəbiyyatına çox böyük simalar qazandırıb. Qənbər Şəmşiroğlu Abbas Tufarqanlıdan başlayaraq bu günə qədərki Azəbaycan söz sənətinə, aşıq sənətinə böyük nümayəndələr vermiş olan bir nəslin davamçısıdır”.

Millət vəkili Qənbər Şəmşiroğluna nə söz verib?

J.Əliyevanın dediyindən bəlli olub ki, millət vəkili hələ 5 il bundan öncə Qənbər Şəmşiroğluna maraqlı bir vəd verib:

“Mən Qənbər dayının 80 illik yubileyində belə bir arzu ilə çıxış etdim. Dedim ki, gün o gün olsun ki, torpaqlarımız işğaldan azad edilsin, o zaman Qənbər dayı və Diləfruz anaya Kəlbəcər dağlarının gül-çiçəklərini öz əllərimlə dərib onlara təqdim edəcəm.

Düşünürəm ki, bu arzumuz gec-tez həyata keçəcək. Torpaqlarımız işğaldan azad olacaq. Çünki cənab prezidentin apardığı məqsədyönlü siyasət buna hesablanıb. Əminik ki, 25-30 il bundan öncə olduğu kimi, yenə də doğma torpaqlarımızda əvvəlki kimi böyük bir şövqlə, böyük bir sevinclə dolaşacayıq.

Qənbər dayının qarşıdakı yubileylərini həmin torpaqlarda qeyd edəcəyik.

Mən Qənbər dayıya uzun ömür, cansağlığı arzu edirəm. Arzu edirəm ki, yeni yaradıcılıq uğurları ilə bizləri bundan sonra da sevindirsin”.

“Bu ocağın atəşi sönən deyil”

Qənbər Şəmşiroğlu ilə yanaşı, Cavid Qənbəroğlunun da yaradıcılığına diqət çəkən millət vəkili, Dədə Şəmşir ocağının atəşinin heç vaxt sönməyəcəyini bildirdi:

“Ümumiyyətlə, deyərdim ki, sadəcə Dədə Şəmşir deyil, onun davamçısı olan Qənbər Şəmşiroğlu, Qənbər Şəmşiroğlunun davamçısı olan bizim dəyərli həmkarımız Cavid Qənbəroğlu da, öz yaradıcılığında bu ocağın istisini daşıdıqlarını dəfələrlə isbat ediblər. Mən Qənbər dayı haqqında danışanda Cavid qardaşımız haqqında da danışmaya bilmirəm.

Cavid Qənbəroğlunun yaradıclığı haqqında yazdığımız silsilə məqalələrdə də qeyd etdiyimiz kimi, bu poeziya kökü ilə atalarına, dədələrinə və əlbəttə ki, doğma Azərbaycana bağlı bir poeziyadır. Bu poeziyada böyük bir sevgi tərənnüm edilir: vətənə sevgi, torpağa sevgi, prezidentə sevgi və böyük anlamda bütün insanlara sevgi...

Mən bir daha Qənbər Şəmşiroğlunu təbrik edir, ona yeni yaradıclıq uğurları arzulayıram”.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page