top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

''Bu günə kimi Murov əməliyyatındakı xəyanət və itkilər barədə xalqa dəqiq məlumat verilməyib''


Bu günlərdə 1994-cü ilin fevral ayında Murov əməliyyatı kimi tarixə düşən faciənin 26-cı ili tamam oldu. Həmin əməliyyatı hazırlayaraq, Azərbaycan Ordusunun böyük bir korpusunu ermənilərə "hədiyyə" göndərən kim idi? 20-ci əsrin əvvəllərindəki Sarıqamış faciəsinin təkrarlanmasını istəyən Azərbaycan rəhbərliyinin yuxarı eşalonunda kim idi? Bu xain kim idisə, bilirdi ki, əgər Azərbaycan Ordusu bu gücdə, bu tərkibdə 1994-cü ilin yazına çıxsa, onda Kəlbəcərdəki Ermənistan ordusunu fəlakətli məğlubiyyət gözləyir. Ermənistanı bu fəlakətdən qurtarmaq üçün Azərbaycan Ordusunu qışın yanvar və fevral aylarında Murova yeridib, onun dəqiq koordinatlarını Ermənistana vermək lazım idi və bunu etdilər, daha sonra isə Murovun Kəlbəcər üzünə keçmiş ordunun ərzaq və döyüş sursatı təchizatını kəsdilər. Xəyanətkar 2 məqsəd güdürdü: 1.Azərbaycan xalqının torpaqları işğaldan azad etmək qətiyyətini sındırmaq 2.Azərbaycan Ordusunun döyüş əzmini məhv etmək,onda qələbəyə inam ruhunu öldürmək. Nəticədə, Ermənistanın işğal etdiyi torpaqların əbədi işğalda qalmasına şərait yaratmaq. Xəyanət aydın idi. Mən adi bir sovet zabiti kimi bu əməliyyat barədə ilk dəfə eşidən kimi, dedim ki, yox, bu çox səhv qərardır, qışın bu zamanı Murovda hücum əməliyyatı mümkün deyil, hərbi cəhətdən çox ciddi riskdir, səhvdir. Hələ bu günə kimi həmin xəyanətin sirləri açılmayıb. Hətta Murov əməliyyatında itkilər barədə xalqa dəqiq məlumat verilməyib. Murov əməliyyatı Kəlbəcərə çox baha başa gəldi. Kəlbəcər rayonunun ən say-seçmə igid oğlanları məhv edildi. Təkcə Başlıbel kəndindən mənim əmim oğlu Salahov Elşad İsa oğlu, yaxın qohumlarım Əmralıyev Habil Xəlil oğlu, əziz uşaqlıq dostum, sinif yoldaşım Səmədov Tahir Yusif oğlu, Cəfərov Şövqü Məhəmməd oğlu Murovda soyuqdan donaraq şəhid oldular, Süleymanov Bəhmən Ələkbər oğlu itin düşdü. Qardaşım Salahov Natiq Sadıq oğlu və yaxın qohumlarım Əzimov İlham Balakişi oğlu, Əzimov İslam Mehdi oğlu yaralandılar. Azərbaycan xalqı heç zaman bu xəyanətin üstünün basdırılması faktı ilə barışa bilməz. Biz bu əməliyyatın diqqətlə araşdırılması üçün xalqın, o cümlədən şəhid ailələrinin iştirakı ilə mötəbər komissiya yaradılmasını tələb edirik. Keçən 26 ildə Azərbaycan Respublikasının hüquq mühafizə, hərbi prokurorluq, Müdafiə Nazirliyi və digər səlahiyyətli dövlət orqanlarının 1994-cü ildə Murov əməliyyatını hərtərəfli araşdıraraq, günahkarları aşkara çıxarmamaları, onların cəzasız qalmaları və Azərbaycan xalqına dəqiq məlumat verməmələri xalqımız arasında əsaslı suallar yaradır. Yusif Salahov, Kəlbəcərdən olan məcburi köçkün (moderator.az)


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page