top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Bir gün sonra"- POEMA



Tanınmış şair Elşən Əzimin "Bir gün sonra" poemasını təqdim edirik . Proloq Dünən el köçüb bu kənddən, Bu gecə mərmilər yağıb. Evləri odlar yalayıb, Evləri tüstülər boğub. Bu gecə ulduzlar sönüb, Ay qaçıb buluda girib. Bu gecə Novruzgülünü Sərsəri güllələr dərib. Küləklər də qorxusundan


Büzüşüb tir-tir əsibdi. Tumurcuqlu budaqların Yel nəfəsini kəsibdi. Yaralı sərv ağacının əyilib beli, qaməti. Çöküb bu kəndin üstünə Bir əbədi bulud kimi, Bir əbədi sükut kimi Bu gecənin zülmətində İtən səhərin həsrəti. Qaranquşun qayıdışı Bir qaranquş yuvasına Qayıdır, yuva nə gəzir?! Dağ həmin dağ, düz həmin düz, O el, o oba nə gəzir?! Bu dil hansı dildir, görən, Qulağı səslər eşidir. Qonur telefon simlərinə, Ayağı səslər eşidir. Yuva qurduğu eyvanın Ortada qalıb bir tağı, Qalıb dar ağacı kimi. Çöküb pəncərə üstünə, Evlərin kömür çardağı, Bir dəlinin gözü üstə Səpələnmiş saçı kimi. Bu kənd qaranquş önündə


boyun büküb suçlu kimi. Bu daş evlər ayaq açıb Daş ürəkli sakinlərin Arxasınca yolçu kimi. Çaya bax, intihar edib, Qalıb qayadan asılı. Evlər yaralı əsgərdi, Ölür səngərə qısılıb. Səs qırılır şüşə kimi, Ün itir, hay sınır burda. Qaranquş elə çırpınır, Elə bil vaysınır burda. Sükutun peyzajı Sükut ayağını sürüyür Kəndin ortasıyla, Atasının ayaqqabısını Geyinmiş uşaq kimi. Sükut üşüdür divarları Qəfil gələn sazaq kimi. Dolaşır küçələri Ac yalquzaq kimi. Sükutun ayaq səsləri Daşlara dəyib qırılır. Bu səssizlik içində O qaranquş yorulur. Qonur telefon simlərinə. Yenidən Yad səslər duyur ayağı. Yenə telefon simləriylə Daşınır yad ölkələrə Bu kəndin səsi, sorağı. Bilmir bu dili qaranquş, Anlayır sükut dilini, Dinləyir sükut səsini. Çırpınaraq havalanır qaranquş, Dövrə vurur səmasını o kəndin. Hara uçsun, hara getsin, yermi var? Halqasından çıxa bilmir kəməndin. Çay yuxarı bir sahibsiz at qaçır, Çay daşından od qoparır nalları. Özünü gah çaya vurur, gah daşa, Dolaşdırıb tanıdığı yolları. Aradabir geri baxıb döyükür, Tərpənişir sinəsinin dərisi. Qapı yox gedib döyəsi, Şahı yox boyun əyəsi... Hanı bu atın yiyəsi, Hanı bu atın yəhəri? Dağdamı, kənddəmi qalıb, Bərədə, bənddəmi qalıb? Açılıb yurddamı qalıb, Hanı bu atın yəhəri? Qəlbindən qan sızan gedir, Dərd içində üzən gedir. Qəm ölümə üzəngidir, Hanı bu atın yəhəri? Çardaq altda itdən alçaq Qalıbdı qazağı yəhər. At belinə qoyanı yox, Olubdu göz dağı yəhər. *** Yol üstündə bir tay uşaq çəkməsi, Körpə tale düyün düşüb bağında. İndi hanı o çəkmənin yiyəsi, Bir ayağı donub Murov dağında. Çanağından güllə keçib bir sazın, Sızım-sızım sızıldayır telləri. Bəlkə, qalıb pərdələrin yadında, Barmaqların şirin-şirin “gülləri”. Bir ayrı cür cırıldayır cəhrə də, Əyirdiyi fikirdimi, ipdimi? Dükcə-dükcə sarıdığı qəmləri, Əlçim-əlçim gözlərinə təpdimi? Divar boyu quruludur hanası, Yarımçıqdır o naxışlar, ilmələr. Naxış vuran o əllərin dalınca, Naxış mələr, çiçək mələr, gül mələr. Düşüb qalıb o hananın yanında, O xalının son HƏVƏsi, kirkidi. Bu da alın yazısıdır, naxışdır, Hər ilməsitək Allahın görküdür. O çeşnidə neçə gülün rəngi var, Neçə ilmə bir naxışda toplaşar. Ağır elin qəflə-qatır köçünü Sığdır görüm, yüz xurcuna, mafraşa. *** Yaz ayıdır, ildırımlar hönkürər, Hər qayadan daş oynayar, sel gələr. Sel gələndə dalaşardı qonşular, Məhlə-məhlə yaranardı bölgələr. Çəpərləri süpürləyib yıxardı, Sel gələrdi sığışmazdı selaba. İki qonşu arasından yol tapıb, Sel gedərdi, barışmazdı qonşular, ən axırda sel gələrdi insafa. Sel də daha başıpozuq axar da, Sahibi yox bu məhlənin, həyətin. O sel yazıq dözüb-dözüb axırda ləzzətini indi çəkir azadlığın, həyatın. Elə dartır o alabaş zənciri, Elə bil ki, bir yiyəsiz dəlidi. Yollar atın quyruğuna bağlanıb, Sürütlənib yolda qalmış ölüdü. O buludlar pərdəsidi bu kəndin. O qayalar türbəsidi bu kəndin. O bulaq son nəfəsidi bu kəndin, Son sözünü söyləyəcək dilidi. O bulağın üstə səhəng qalıbdı. O səhəngə qısılıb bir dolça da. Dəstəyinə dəyməyəcək o əllər, Götürəni olmayacaq dolsa da. O sal daşın üstə tütək qalıbdı, O tütəyə elə baxır o quzu, Sanki bilir bir də gəlməz o çoban, Tütək çalıb ta kövrəltməz o qızı. O divarın üstə tüfəng qalıbdı. Ayaqdadı, açılacaq gülləsi. Açılacaq Qayaların üzünə Şığıyanda şimşəklərin şilləsi. Sac üstündə fətir çörək qalıbdı, Kömür olub tüstüləyir dünəndən. Evlər özü ocaq olub, od alıb Evlərdəki od-ocaqlar sönəndən. O torpağın üstə ürək qalıbdı, Yağışlarla, dolularla döyülür. O qaranquş nə bilsin ki, o ürək Bu şairin sinəsində döyünür. Qaranquş yuva qurur Qaranquş çöp daşıyır dimdiyində yenə də. Qaranquş yuva qurur, O dağılmış divarda, O dağlanmış sinədə. Qaranquş yuva qurur, O dağın o üzündə. Qaranquş yuva qurur Şüşəsi çiliklənmiş Bir pəncərə gözündə. İndi o pəncərənin Gözləri yol çəkər də. Yolun tozu-torpağı Gözlərinə çökər də. Pəncərədən od yağar, Pəncərədən daş gələr. Pəncərə gözlərindən Damla-damla yaş gələr. Qaranquş nə bilsin ki, Bir də o pəncərədən Bir kimsə baxmayacaq. Gecələr işıq seli, O pəncərə gözündən Süzülüb axmayacaq. Yoxdur dəcəl uşaqlar, Yollarından sapanda O yuvanı tuşlayıb Daş qoyalar sapanda. İndi daha böyüklər Ətəyinə daş yığıb. O dəcəl uşaqların Yuvasına daş yağıb. Qaranquş yuva qurur, Hər il gəldiyi yerdə. Yolunu-yolağını Yaxşı bildiyi yerdə. Epiloq əvəzi, yaxud o dağın bu üzündə Bu elat öz keçmişini, Üzünə tutub yaşayır. Yollarda yuxusun alıb, Doyunca yatıb yaşayır. Düratı, Qıratı varmış, Müjdəsi, baratı varmış. Bir atım barıtı varmış, Onu da atıb yaşayır. Baş açan yox imanından, Yəqinindən, gümanından. Oxdur çıxıb kamanından, Günaha batıb yaşayır. Dağ var imiş kürəyində, Güc var imiş biləyində. Fala çıxıb, ürəyində Bir arzu tutub yaşayır. MANERA.AZ

Opmerkingen


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page