Nəcəf Kərim oğlu Nəcəfov 1940-cı ildə Kəlbəcərin Aşağı Ayrım kəndində anadan olub. Mahir balabançı kimi tanınıb. 1965-ci ildən Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evi Xalq aşıqlar ansamblının fəal üzvlərindəndir. 1987-ci ildə Sankt-Peterburqda keçirilən on beşinci Ümumittifaq Xalq Yaradıcılığı Festivalının və Azərbaycan aşıqlarının dördüncü qurultayının iştirakçısı olub və diplom, fəxri-fərmana layiq görülüb. Sözü balabanda qandıran ustad hərdən aşıq şeri formalarında qələmini də sınayır. 1999-cu ildə “Qaş qaraldı, göz görmədi” kitabı işıq üzü görüb.
Comments