top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Ağdaban qətliamı, unutqanlıq mərəzi və erməni dəyirmanına su tökən vətənşivənlik...


Aprel ayı gələndə hər bir soydaşımızın ağlına ilk gələn 2016-cı ildəki 4 günlük Aprel döyüşlərində Azərbaycan əsgərinin misilsiz rəşadəti və və haqlı olaraq işğalçıya verilən "Aprel qulaqburması" adlandırdığımız hadisələr olur. Amma təəssüf ki, aprel ayı təkcə milli qürur və iftixar ayı kimi deyil, həm də hüzn və faciələr ayı kimi də millətimizin qan yaddaşına həkk olunub. Belə ki, bu hüznlü təqvim ayı həm də 1993-cü ilin 2 aprelində Kəlbəcərin işğalı və ondan da bir il əvvəl - 1992-ci ilin 8 aprelində Dədə Şəmşirin vətəni olan Kəlbəcərin Ağdaban kəndində törədilən soyqırımla da tarixə düşüb. 

📷

Biz Xocalı qətliamından ötən 27 ildə dövlət və millət olaraq bütün fürsətlərdən istifadə edərək erməni cəlladlarının mənfur xislətini və erməni millətinin gerçək sifətini dünyaya olduğu kimi çatdırmağa çalışmışıq və etiraf edək ki, buna qismən nail olmuşuq, irəlidə hələ görüləcək xeyli iş var. Amma gəlin razılaşaq ki, Ağdabanda baş verən dəhşətlərdən nəinki dünyada, yaxud müttəfiqlik münasibətlərində olduğumuz dövlətlərdə, heç Azərbaycan cəmiyyətinin özündə də yetərli məlumat yoxdur. Halbuki ermənilər Xocalıdan düz bir il öncə Ağdərənin Çapar kəndindən xain hücum təşkil edərək insanlığa sığmayan dəhşətlər törətməklə Ağdaban kəndini yer üzündən siliblər. Qadın, qoca, uşaq demədən dinc sakinlərin yandırıldığı Ağdaban faciəsi həm də mədəniyyət tariximizin itkisilə yadda qalıb. Yandırılan həm də Aşıq Ələsgərdən sonra şifahi xalq ədəbiyyatının ən görkəmli nümayəndəsi hesab olunan Aşıq Şəmşirin evi və zəngin arxivi idi.

📷

Məlumat üçün qeyd edək ki, Kəlbəcər rayonunun Ağdaban kəndi həmin dövrdə 130 evdən ibarət idi. 779 nəfər əhalisi olan Ağdaban aprelin 8-nə keçən gecə alovlara qərq olur. Ermənilər kəndi yandırmamışdan qabaq Ağdaban yalındakı gözətçi məntəqəsində qalxıb burda keşik çəkən 3 nəfəri qətlə yetirir. Bundan sonra kəndə hücum başlayır. Həmin gün 67 kənd sakini öldürülür, 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılır.

📷

Aprelin 8-də Ağdaban faciəsinin növbəti - 27-ci ildönümünü hüznlə qeyd edəcəyik. Təbii ki, bu münasibətlə mediada və telekanallarda çeşidli materiallar tirajlanacaq və beləcə daha bir qanlı olayın ildönümünü yola verməklə cəmiyyət olaraq işimizi bitmiş hesab edəcəyik. Əslində bu cür biganəlik və ruhumuza hopmuş unutqanlıq əsrlərlə millətimizi bir "mental badalaq" kimi qarabaqara izləyib. Yuxarıda da qeyd edildiyi kimi, cəmiyyət olaraq yaxın keçmişimizdə baş verən bir sıra qanlı hadisələri qan yaddaşımıza olduğu kimi həkk etdirə, yaşanan faciələrimizdən ibrətamiz nəticə çıxara bilməmişik. Bu dəfə səbəbi fitnəkar qonşularımızda və onların beynəlxalq havadarlarında axtarmağın yeri yoxdur. Etiraf edək ki, üzləşdiyimiz qanlı olaylarda və soyqırımlarda biz hələ də gerçək səbəbkarı - nankor qonşularımızın işğalçılığını deyil, bir-birimizi ittiham etmək mərəzindən qurtula bilməəmişik. Bu azmış kimi bəzən Azərbaycanda və ya müxtəlif səbəblərdən xaricdə yaşamaqla siyasi rəqiblərini və ya onunla eyni düşərgəyə mənsub olmayan şəxsləri qaralamaq, aşağılamaq kimi təxribatçı cəhdlərdə bulunan gerizəkalılarımız da tapılır və bu zavallılar bəlkə də fərqində olmadıqları davranışlarıyla erməni dyirmanına su tökdüklərini anlamırlar. Halbuki belə şəxslər sərhədlərimizin o tayında, yaşadıqları xarici ölkələrdə Qarabağ münaqişəsinin ayrı-ayrı epizodlarını, səhifələrini olduğu kimi yerli ictimaiyytə müxtəlif vasitə və alətlərlə çatdıra bilərlər. Elə götürək Ağdaban müsibətini. Aradan keçən 27 il ərzində dünyanın heç bir nüfuzlu ölkəsində və ya hansısa beynəlxalq təşkilat çərçivəsində həmin qətliamın ifşası istiqamətində tədbirlər keçirilməyib. Halbuki bu gün müxtəlif platformaslarda tribuna əldə edərək oradan Azərbaycana qarşı pafoslu bəyanatlar verməklə işğal tariximizin bəzi məqamlarını təhrif etmək niyyəti güdən bəzi soydaşlarımızın əlində maddi və təşkilati resurslar var ki, qeyd etdiyimiz ifşa siyasətini həyata keçirsinlər. Bütün bunlar yuxarıda da qeyd etdiyimiz mental natamamlıq kompleeksimizin fəsadlarıdır və buna üzülməmək olmur. Amma inanmaq istərdik ki, bütün bu səriştəsiz vurnuxmalar vicdanlı yanılmanın nəticəsidir və nəhayət, bizim vətəndaş, millət və dövlət olaraq yalnız bir düşmənimizin olduğumuzu dərk edərək bir yumruq kimi işğala, işöalçıya qarşı birləşmək istiqamətində düşünəcəyik...


Moderator.az

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page