top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

AĞAKƏRİMOV İSLAM MƏMMƏDHÜSEYN OĞLU


Ağakərimov İslam Məmmədhüseyn oğlu, 1954-cü ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olmuşdur. 1970-ci ildə Zar kənd orta məktəbini bitirib, elə həmin il Sumqayıt Politexnik texnikumuna daxil olmuşdur.

1974-cü ildə texnikumu bitirəndən sonra, ordu sıralarına çağrılmışdır. O, 1976-cı ildə ordudan tərxis olunmuş, hərbi hissənin göndərişi ilə M.F.Axundov adına APRD institutunun hazırlıq şöbəsinə daxil olmuşdur. İ.M.Ağakərimov 1982-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, bundan sonra öz doğma rayonunun Zar kəndinə müəllim gondərilmişdir. Elmə böyük həvəskar olan Arif müəllim işləyə-işləyə institutla əlaqəsini kəsməmiş, nəhayət, institutun professoru mərhum Həbib Babayevin qayğısı nəticəsində 1983-cü ildə institutun dissertantı təsdiq edilmişdir. Dissertantlıq müddətində o, Respublika və Moskva jurnallarında bir sıra elmi məqalələrlə cıxış etmişdir. 1987-ci ildə “Voprosi literaturi” jurnalının səhifələrində Moskva alimləri İslam müəllimin elmi məqalələrinə yüksək qiymət vermişdilər.


İ.M.Ağakərimov kənd müəllimi olmasına baxmayaraq, tədqiqat işləri zamanı o vaxtkı Sovet İttifaqının mərkəzi arxivlərindən və elmi kitabxanalarından istifadə etmişdir. Nəticədə, 1987-ci ildə “Demyon Bedni və Azərbaycan” mövzusu üzrə dissertasiyasını tamamlamış və Elmi Şuranın qərarı ilə İslam müəllimə pedaqoji elmlər namizədi alimlik dərəcəsi verilmişdir.

Çox böyük vətənpərvər olan İslam müəllim alimlik dərəcəsi aldıqdan sonra, iki il də öz doğma kəndi Zarda müəllimlik etmişdir. Sonra, dəvət edilərək M.F.Axundov adına APİ-də müəllimliyə başlamışdır. Eyni zamanda institutun dosenti seçilmişdir. Tərcümə nəzəriyyəsi kafedrasında fəaliyyət göstərir.


İ.M.Ağakərimov hal-hazırda elmi fəaliyyətini, axtarışlarını davam etdirir. Onun “1920-1930-cü illər Rus və Azərbaycan dramaturgiyasında tarixilik problemləri” mövzusunda doktorluq dissertasiyası 1994-cü ildə Elmi Şuranın qərari ilə təsdiq edilmişdir. Həmin mövzu ətrafında İslam müəllim elmi işini davam etdirir. Artıq həmin mövzu üzrə yazdığı monoqrafiyanın əl yazması başa çatmışdır. Mövzuüzrə İslam müəllim Moskva, Saratov və Tbilisidə keçirilmiş elmi konfranslarda məruzə ilə çıxış etmişdir.


İ.M.Ağakərimovun 1984-1997-ci illər müddətində müxtəlif jurnal və məcmuələrdə 8 məqaləsi nəşr olmuşdur. 1994-cü ildə “Azərbaycan və Rus dillərində obrazlı sistemlərin tipoligiyası” adlı kitabı və 1993-cü ildə “Ali məktəblərdə tərcümə nəzəriyyəsi və praktikası”nın proqramını çap etdirmişdir.


Bunlarla yanaşı İslam müəllim “Kəlbəcərin el şairlərinin yaradıcılığı” mövzusunda təqdiqat aparır. Bu mövzuda kitab yazmaq planı vardır. İslam müəllimin ailəsində 4-cü və 5-ci sinif şagirdləri olan iki qızı böyüyür.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page