top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun bacısı Solmaz Səfərova qəflətən vəfat etmişdir!


21:05 | 12.09.2018


Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun sevimli bacısı, həkim ginekoloq Səfərova Solmaz Mədət qızı 11 sentyabr 2018-ci ildə 60 yaşında qəflətən vəfat etmişdir. Solmaz xanım 28 may 1958-ci ildə Kəlbəcər şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Hələ orta məktəbdə oxuyarkən 35 yaşlı gənc anasını itirmişdi. Böyük bacısı Pəri ailə qurduğundan Solmaz ailənin kiçik qızlarına analıq etməyə başladı. Dərd yükü ağır olmasına baxmayaraq, daima nikbin əhval-ruhiyyəsini qoruyub saxlamağa, qadaş-bacısının sevgi-məhəbbəti ilə ana dərdlərinə məlhəm etməyə çalışırdı. Kəlbəcər şəhəri 2 saylı orta məktəbi əla qiymətlərlə bitirib, Tibb Universitetinə qəbul oldu. Universiteti bitirdikdən sonra da, Bakıda yaşayaraq, tələbə qardaş-bacılarına analıq etməkdə davam etdi…

Xətai rayonunun 10 saylı qadın məsləhətxanasına həkim-ginekoloq işlədiyi illər ərzində, özünü bacarıqlı həkim, qayğıkeş insan, məsuliyyətli işçi və mehriban yoldaş kimi sevdirdi…

Qarabağda müharibə başlayanda kiçik qardaşı Sərdar Səfərov Şuşaya ezam olundu. Sərdarın şəhid xəbəri qəddini büksə də, təmkinini qorumaqda, qardaş-bacılarına dayaq olmaqda davam edirdi. Böyük qardaşı Məhəmmədə xörək bişirib aparar, əlləri ilə yedirtməsəydi, ürəyi rahatlıq tapmazdı. Çalışırdı ki, şirin söhbətləri, şux zarafatları ilə həkim qardaşı Məhəmmədin Sərdar dərdini çəkən ürəyinin yaralarının qaysaq bağlamasına yardım etsin. Nə qədər çalışsa da, Məhəmmədi dərdin, kədərin əlində ala bilmədi, əcəl macal vermədi…

Bir il öncə qardaşlarının dərdinə dözməyən bacısı Həqiqətin dünyasını dəyişməsi Solmazın təmkini pozdu, ürəyində qalaqlanan dərdləri ilə savaşmaqdan gücü tükənmişdi… 11 sentyabr 2018-ci ildə həkim-qnikoloq Səfərova Solmaz Mədəd qızı adəti üzrə işə getməyə hazırlaşırdı. Ailə üzvləri işdə idi…İllərlə xəstələrinə şəfa verən, anaları əcəlin əlindən alıb, övladlara sevinc bəxş edən bacarıqlı həkim özünə yardım etməyə qəfləti əcəl macal vermədi…Solmaz xanım 60 yaşında qəflətən dünyasını dəyişdi. Allah rəhmət etsin!.. Mirvari Verdiyeva ADPU-nun dosenti, fəlsəfə doktoru


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page