top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Azərbaycanın idman dövləti kimi dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir – Millət vəkili



Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı vacib məsələləri əhatə edib. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. Ölkəmizi təmsil edən idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb. Onlardan 300-ə yaxını qızıl medaldır. Sözsüz ki, hazırda dünyada idman sahəsində rəqabət artır. Artıq yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələr göstərmək, idman sahəsində öz gücünü təsdiqləmək asan olmur.



Kalbajar.com xəbər verir ki, bunu siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O hesab edir ki, bütün bunların fonunda dünya, Avropa çempionatlarında Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edib: “Təbii ki, beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci yerə yüksəlmişdi. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində 56 ölkə arasında keçirilən yarışlarda da ölkə idmançıları 99 medalla 4-cü yerə layiq görüldü”.

Deputat qeyd edib ki, Azərbaycanda yetişən gənc idmançılar hər zaman olduğu kimi bundan sonra da ölkəmizin idman şöhrətini yüksəklərdə saxlayacaq: “Bu zərurətdən də gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Bu sahədə artqı daha məqsədyönlü fəaliyyət mövcuddur. Xüsusilə seleksiya işləri gedir. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq. Məhz bu məqsədlərə xidmət edərək son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilib. Bu siyasət həm idman uğurlarını şərtləndirir, eyni zamanda, gənclər, yeniyetmələr, uşaq yaşlarından idmana cəlb edilir ki, bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Təbii ki, idman həm fiziki gücdür. Fiziki cəhətdən güclü insan mənəvi cəhətdən də sağlam olur. Ona görə də, idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnəkdir. Eyni zamanda idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparır və idman arenalarında qazanılmış uğurları adi həyatda təsdiqləyirlər”.

Millət vəkili bildirib ki, bu gün ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var: “Azərbaycanın bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib gənclərin, idmançıların istifadəsinə verilib. Bu proses indi də davam etdirilir. Bununla yanaşı Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunur ki, bu da idmana sağlam həyat tərzinə olan marağaın daha da artmasına yol açır. Ona görə də, 2023-cü il ölkəmiz üçün bir çox parametrlər üzrə həlledici il olacaq. Bu il ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək. Əvvəllər ölkəmizdə Olimpiya Oyunlarının təsnifat turnirləri keçirilib. Gələcəkdə də bu cür yarışların ölkəmizdə keçirilməsi istisna deyil. Artıq Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsidir. Azərbaycanın idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətlərinin əsas istiqaməti məhz buna yönəlib. Çünki Azərbaycan idamn ölkəsi kimi Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməlidir”.

Aqil Məmmədov vurğulayıb ki, artıq azad edilmiş ərazilərdə də ötən il bir neçə beynəlxalq idman yarışı keçirilib: “Bunun sözsüz ki, çox böyük tarixi əhəmiyyəti var. Çünki indi azad edilmiş ərazilərdə böyük bir canlanma var, həyat, insanlar o bölgələrimizə qayıdır. Bu mənada azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün azad edilmiş şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq. Burada idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bu sırada Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Eyni zamanda keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Çünki Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdı. Ancaq Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılması ilə bağlı zəruri işlər görülür. Atılan bu addımlar Azərbaycanın dünyada güclü idman dövləti kimi təsdiqləməsini və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmlənməsi ilə xarakterizə olunur. Tarixi Zəfər hər bir azərbaycanlı, vətəndaş, dünya azərbaycanlıları üçün qürur mənbəyi idi. Yetişməkdə olan nəslin vətənpərvər ruhda formalaşmasını II Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyətinin gənclər olması bir daha təsdiq etmiş oldu”.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page