top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

“Azərbaycan səhiyyəsi ciddi inkişaf yolundadır” – Dr. Afət Həsənova


Ulu Öndər Heydər Əliyevin 2001-ci il tarixli fərmanı hər il iyunun 17-də Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Statistik göstəricilərə istinadən deyə bilərik ki, bu gün Azərbaycanda 40 minə yaxın həkim fəaliyyət göstərir və əhalinin sağlamlığının qeydinə qalırlar. Bu sıraya tibb sahəsində çalışan digər işçiləri də əlavə etsək, onların sayı ikiqat artır. Koronavirus pandemiyası dövründə çətin şərtlər altında çalışan tibb işçilərinin şüacəti isə danılmazdır.

Azərbaycan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Afət Həsənova SOSİUM.az-a müsahibəsində ölkə səhiyyəsinin mövcud durumundan, bu sahədə qayğılardan və əldə edilən nailiyyətlərdən danışıb.

– Afət xanım, 20 ildən artıqdır ki, 17 iyun Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycanın dövlət müstəqilliyi əldə etdiyi bu 30 ildə ölkə səhiyyəsi hansı inkişaf yolunu keçə bilib?

– Sovetlər İttifaqının tərkibindən ayrılan və müstəqil dövlət kimi keçid dövrünü yaşayan ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinin də inkişafına daim xüsusi önəm verilib. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü addımlar atıldı, islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar işlənib hazırlandı. Məhz onun rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına zəmin yaradırdı. 17 iyun Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması ilə bağlı ümumilli lider Heydər Əliyevin fərmanı da ölkə səhiyyəsinə olan etimadın göstəricisi idi. Çox sevindiricidir ki, bu siyasət günümüzdə uğurla davam etdirilir.

Azərbaycanda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına əsaslı təkan verib. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir. Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin bu gün ən müasir standartlara uyğun səviyyədə inkişaf etdiyini göstərir.

Təbii ki, müasir səhiyyə ocaqlarının inkişafı ilə yanaşı, kadr bazasının təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılır. Xaricdə təhsil almış, ixtisas artırmış və XXI əsrin qızıl standartı sayılan – Avropa protokolları ilə çalışan peşəkar həkimlərin sayında xüsusi artım var. Bütün bunlar göstərir ki, 30 il müddəti üçün Azərbaycan səhiyyəsi ciddi inkişaf yolu keçib və bu tibb ictimaiyyətinin nümayəndələri olaraq həm bizi sevindirir, həm də qarşımızda geniş imkanlar açır. Ölkəmizin koronavirus sınağından minimum itkilərlə çıxması da bunun təzahürüdür.

Bu məqamda qeyd edim ki, tibb elmləri doktoru, professor Cəmilə Qurbanovanın rəhbərliyi altında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu da son illərdə böyük inkişaf yolu keçib. İnsitutumuz müasir diaqnostika, müalicə və doğuş imkanları ilə hər gün yüzlərlə pasiyentə etibarlı və keyfiyyətli tibb xidməti göstərir.

Fürsətdən istifadə edib, insanlara şəfa bəxş edən, ömrünü müqəddəs bir missiyaya – insanların sağlamlığının qorunmasına həsr edən bütün tibb işçilərini mən də peşə bayramı günü münasibətilə təbrik edirəm.

– Adətən deyirlər ki, müasir diaqnostika və müalicə imkanları artdıqca, xəstəliklər də çoxalır. Doğrudanmı belədir və bu təzadı doğuran səbəblər nədir?

– Əslində o düşüncə yanlışdır ki, müasir diaqnostika və müalicə imkanları artdıqca xəstəliklər də çoxalır. Sadəcə son illərdə dünya ciddi inkişaf mərhələsinə qədəm qoyub və texniki tərəqqi əldə edib. Bu da öz növbəsində həm ekoloji tarazlığın pozulmasına, həm də həyat şəraitinin asanlaşması səbəbi ilə oturaq həyat tərzinin artmasına gətirib çıxarıb. Dövr hər nə qədər müasirləşsə də, yeniliklər həyatımıza daxil olsa da, insanlar üçün xarakterik olan ən sonda həkimə müraciət etmək vərdişi əsas etibarilə aradan qalxmayıb. Unutmaq lazım ki, əksər xəstəliklər yüngül əlamətlərlə başlayır və bəzən isə ilkin dövrlərdə heç bir əlamət törətmirlər. Bu mənada profilaktiki müayinələrin mühüm əhəmiyyəti var. Xüsusən müəyyən yaş dövründən sonra bir neçə ildən bir komleks müayinələrdən keçməkdə fayda var. Bir çox hallarda xəstələr gecikmiş mərhələdə həkimə müraciət edirlər ki, bu da öz növbəsində həkimlərin işini çətinləşdirir. Yaxşı olardı ki, pasiyentlər irsi və genetik faktorları, səhhətlərində yaranan hər bir problemi diqqətlə analiz etsinlər və vaxtlı-vaxtında həkimə müraciət etsinlər. Sizin də qeyd etdiyiniz kimi, əvvəlki dövlərlə müqayisədə artıq bir çox xəstəlikləri müayinə və müalicə etmək daha asandır və hər kəs bu imkandan yararlanmalı, öz həyatını təhlükəyə atmamalıdır.

– Konkret olaraq çalışdığınız sahədən bəhs edək. Bir ginekoloq-alim kimi qadınlarımızın sağlamlığına münasibəti sizi qane edirmi?

– Bundan öncəki suala verdiyim cavabda qeyd etdiyim kimi, xanımlar da vaxtaşırı müayinələrdən keçməli, öz sağlamlıqlarının qeydinə qalmalıdırlar. Xüsusən qadınlar üçün böhran yaşı hesab olunan 40 yaşdan sonra profilaktik müayinələrin sayı artırılmalıdır. Qeyd etmək lazımdır ki, son illər bu sahədə müsbət tendensiya müşahidə olunur. Yəni, qadınlar öz sağlamlıqlarına qarşı daha çox həssaslıq nümayiş etdirirlər və bu mənada əks-cinsin nümayəndələrindən sözün yaxşı mənasında fərqlənirlər. Lakin bununla yanaşı, bu gün də sağlığının qeydinə qalmayan xanımlarımız mövcuddur. Xüsusən regionlarda bu problem aktual olaraq qalmaqdadır. Hesab edirəm ki, maariflənmə səviyyəsi yüksəldikcə region xanımlarının da səhhətinə olan diqqəti artacaq. Məlumdur ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu ölkəmiz üçün yenidir və hesab edirəm ki, icbari tibbi sığorta tam oturuşandan sonra bu sahədə müsbət yeniliklərin şahidi olacağıq.

– Ginekoloqa müraciət zamanı qadınlarda əsasən hansı problemlər meydana çıxır?

– Mamalıq və ginekologiya geniş bir elmdir və burada ən müxtəlif problemlərlə bağlı həkimə müraciət edən pasiyentlər olur. Konkret olaraq qruplaşdırmaq olmaz ki, qadınlar əsasən hansı problemlərlə bağlı mütəxəssisə müraciət edirlər. Səbəblər də müxtəlifdir, xəstəliklər də. Əsasən hamiləlik, doğuş, sonsuzluq, aybaşı tsiklınin pozulması, qadınlıq şişləri ilə bağlı şikayətlər alırıq. Misal üçün, sonsuzluğu doğuran səbəblər sırasında qohum evlilikləri, irsi faktorlar, yumurtalığın disfunksiyasi, boru sonsuzluq faktoru, spermanın aşağı keyfiyyəti, zəif idarə olunan sistem xəstəlikləri, şəkərli diabet, iltihabi bağırsaq xəstəliyi və s. kimi faktorları göstgərmək olar. Digər xəstəliklər üçün də risk faktorlarını sadalamaq olar. Ancaq bir məqam var ki, bütün bunlara yalnız mütəxəssis qərar verməlidir. Bu mənada səhhətlə bağlı məsələlərdə özfəaliyyətdən çəkinmək və həkim nəzarəti altında hərəkət etmək mütləqdir. sosium.az

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page