top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Arxamca döşünə döyməsin ölüm,Dünyadan könüllü köçürəm daha " - SÜCAƏT


Sücaət Yunus oğlu Əhmədov 4 iyun 1943-cü ildə Kəlbəcərdə dünyaya göz açıb. 7 noyabr 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat edib. Məzarı Göygöl rayonundadır. 


Kəlbəcər el-oba məhəbbəti qazanan bir çox söz xiridarı yetirib. Dədə Şəmşir, Bəhmən Vətənoğlu, Qəmkeş Allahverdi və başqa şairlər Kəlbəcər yurdunun yetirməsidirlər. Onların irsi zəngin və şaxəlidir. Bunlarla bərabər, şair Sücaətin yaradıcılığı da fəlsəfi-bədii yükü ilə seçilir. Sağlığında şöhrəti pərvazlanan şair olub. Şairin şeirləri bədii-poetik məzmuna malikdir. O, şeirləri ilə geniş oxucu kütləsi qazanıb. Şairin yaradıcılığı gələcək nəsil və tədqiqatçıların daim diqqət mərkəzində olacaq. El şairləri haqqında yazmaq insandan böyük məharət tələb edir. Çünki onların yaradıcılığı vərəqlərdə yox, daha çox elin, obanın ürəyində cəmlənib. Xalq sevdiyi şairi həmişə yaşadır. Belə şairlər xalqın dərdinə, qubarına, kədərinə şərik olurlar. Bir sözlə, xalqın görən gözü, danışan dilidir. Sücaət də belə əsrarəngiz şair idi. 2008-ci ildə şairin şeirlərinin cəmləndiyi və millət vəkili Cavid Qurbanovun “Ön söz”ü ilə çap olunan “Sücaəti unutma sən...” kitabı Sücaətsevərlərin ixtiyarına verilərək şairin yaradıcılığını əbədiləşdirdi. Vətən mövzusu yaradıcı insanın ən həssas nöqtəsidir. Dərdin, qubarın, qüssənin meydana gətirdiyi Vətən həsrəti bütün şairləri narahat edib. Vətənsiz şair olmaz. Şairi yaşadan Vətən və xalqdır. Əgər Vətən yağı tapdağındadırsa, şairlər gecəli-gündüzlü intizarda olarlar. Onlara bu əzab, zülm aman vermir. Sücaət də Vətən həsrəti ilə yaşayan, çırpınan şair olub. Bəlkə, onu daha çox tanıtdıran və oxucuya sevdirən bu həsrət idi. Kəlbəcər nisgili Sücaəti hər zaman narahat edib. Bunu şairin yaradıcılığında müfəssəl şəkildə görürük. Şairin “Qalıbdı”, “Yadıma düşübdü”, “Kəlbəcəri hardan alım”, “Çağırır” və s. Vətən mövzulu şeirləri oxucuların dillərində nəsildən-nəslə ötürülərək yaşadılır. 

Mən fəxr edirəm ki, kəlbəcərliyəm, Şairlər yetirən elim var mənim. Xalqımın incilər xəzinəsində, Aşıq Şəmşir kimi ləlim var mənim.

Sücaətin şeirləri içərisində Vətən həsrətini daha müfəssəl ifadə edən, ürək ağrısı və naləsi ilə dilindən ağ kağıza köçürdüyü “Viran olmuş gülşənim ooy...” şeri daha çox diqqəti cəlb edir. Şeirdə Vətənində yağıların tapdağında ağır günlər keçirdiyini vurğulayır və bu ayrılıq qarşısında dözümsüzlüyünü ifadə edir.

Yağıların ayağının altında, İnildəyən torpağım ooy... dağım ooy... Sızım-sızım sızıldayan bulağım, Viran olmuş gülşənim ooy... bağım ooy... Danışmağa sözü hardan alım mən, Ağlamağa gözü hardan alım mən? Qürbət eldə sizi hardan alım mən, O dağlarda sevinc dolu çağım ooy... Sücaətəm, təpiyifdi dodağım, Sinəm üstən silinərmi bu dağım? Yad əllərlə silkələnən budağım, Tapdalanmış bostanım ooy... tağım ooy...

Vətən mövzusu ilə paralel olaraq məhəbbət mövzusu da şairlərin yaradıcılığında xüsusi bir çəkiyə malikdir. Məhəbbət, sevgi şairin ilham qaynağıdır. Onlar sevgidən güc alıb bəhrələnirlər. Sevgisiz şairi təsəvvür etmək çətindir. Sücaət Vətən şairi olmaqla yanaşı, həm də məhəbbət şairidir. Onun şeirlərində məhəbbətin ülviliyi, aliliyi hər zaman hiss olunur. Həmçinin şeirlərində məhəbbətin alovlu közü görünür. Sücaət elə bir şairdir ki, o məhəbbətin ülviliyi və alovunu bir bənddə cəmləyə bilirdi.

O yar ürəyimi dağlayan kimi, Fələk də çalışsa, dağlaya bilməz. Həsrət ürəyimdə çağlayan kimi, Sellər də, sular da çağlaya bilməz.

Şair deyərkən haqqın, ədalətin carçısı göz önünə gəlir. Şair xalqın susmaz dilidir. Sücaət yaradıcılığında haqqın ucalığı, ədalətin tarazlılığı hər zaman qorunub. Şair oxucuları da bu ənənəyə sadiq olmağa səsləyib. “Yaşa ha...” şerində ehtiyatlı ömür sürməyin vacibliyini xatırladaraq yazır:

Beş-on günlük imkan düşüb əlinə, Aman könül, ehtiyatlı yaşa, ha! Pul-hörməti, əqidəni, məsləki, Bu dünyada çox vurubdu daşa, ha!

“Olub” şeirində şair öz həyatının haqq-ədalət yolunda keçdiyi ömrü təsvir edib. Vaxtilə Sücaət sağlığında bu şeri hər zaman öz dili ilə səsləndirərdi. 

Yaxşı-yaman bilən gündən, Elin səsi, səsim olub. Biri haqsız döyüləndə, Qəlbim əsim-əsim olub.

Dərd, kədər, qubar şair ürəyinin ömürlük yoldaşıdır. Bu yoldaşlıq şairlərdən əl çəkmir. Bəlkə də şairləri şair edən bu dərdlərdir. Dərd olmasa, şairin yaradıcılığı oxucu auditoriyası cəlb etməzdi. Ürəkləri sirkələdən bu qüssə, qubar şairləri hər zaman yazmağa səsləyib. Sücaətdə isə bu dərdlər sanki üst-üstə toplanmışdı. Ən böyüyü isə Vətən dərdi idi. Buna dözmək olmazdı. Elə dözə də bilmədi. Şairin həyatını öz gözü ilə araşdırdıqda maraqlı görünür. Bu maraq çox zaman şairin dili ilə xoş təəssüratla söylənməyib. Axı şair xoş gün keçirmir. Vətəni işğalda olan şairin xoş günü olmaz. 

Taleyim əvvəldən düz gətirmədi, Bir qəmli nağıldı mənim həyatım. Fələyin əlindən çıxa bilmədim, Talandı, dağıldı mənim həyatım.

O, ölümdən qorxmurdu. Ölümə qələbə çalmağı sevirdi. Necə ki, aşağıda bir beytdə qeyd etdiyi kimi:

Arxamca döşünə döyməsin ölüm, Dünyadan könüllü köçürəm daha.

Sağlığında el məhəbbəti qazanan, şöhrəti bütöv Azərbaycana yayılan, şeirləri dillərdə əzbər olan, Vətən-məhəbbət şairi, sazlı-sözlü Kəlbəcərin unudulmaz söz sərrafı Sücaət yaradıcılığı əsrlərlə yaşayacaq. Vətənində vətən həsrəti ilə yaşadı. Bu həsrət ona illərlə əzab verdi. Ürək kədərləndi, göz doldu və dil ağı dedi. Bu gün el toylarında masabəyilər onun adını tez-tez çəkirlər. Xalq Sücaət yaradıcılığını çox sevir. Biz bunu hər zaman görürük. Aramızdan cismi şəkildə ayrı olsa da, hər zaman Sücaət yaradıcılığı ilə bizlədi. Uca Allahdan şairin yatdığı torpağın nurla dolmasını arzulayırıq. Allah rəhmət eləsin! 

Palitranews.az

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page