top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Alimin cəmiyyətdə yeri: Tarixin ibrət dərsləri...


19:45 | 09.10.2018


Alimləri eşidin, onlar bu dünyanın işığı, axirətin nurudur. 

Hz. Məhəmməd Dünya dövlətləri hər il BMT tərəfindən iqtisadi qüdrətinə görə sıraya düzür. 2016 - ci ilin reytinq cədvəlində birinci yerdə Norveç, axırınci - 188 -ci yerdə Mərkəzi Afrika Respublikası durur. Bu dövlətlər adətən BMT tərəfindən üc qrupa bölünür: a) I dünya dövlətlər və ya inkişaf etmiş dövlətlər, b) II dünya dövlətləri və ya inkişaf etməkdə olan dövlətlər, c) III dünya ölkələri və ya geridə qalmış dövlətlər. Bu dövlətlər bir birindən nəinki iqtisadi qüdrətinə görə, həm də düşüncə tərzinə görə fərqlənirlər. Birinci dünya dövlətlərində “biz” düşüncəsi, 2-ci dünya dövlətlərində “biz və mən” düşüncəsi, 3-cü dünya dövlətlərdə “mən” düşüncəsi höküm sürür. I dünya dövlətlərində ictimai mənafe şəxsi mənafedən üstün tutulur və bu nisbət Norvec üçün 15 dəfədən çoxdur. 3-cü dünya dövlətlərində şəxsi mənafe ictimai mənafedən üstün tutulur. Bu nisbət MAR üçün 0,35 tərtibindədir. Yəni hər kəs özünə daha çox işləyir, nəinki dövlətinə. I dünya dövlətləri istənilən sahədə texnologiya yarada bilir. II dünya dövlətləri ancaq bəzi sahələrdə (əsasən hərbi sahəsində) texnologiya yarada bilirlər və ən çox texnologiya alan ölkələrdilər. III dünya dövlətləri texnologiya yarada bilmir, ancaq texnlogiyaları alırlar. I dünya ölkələrində qəbul olunan qərarlar elmidır. Elmə, alimə düqqət və qaygı böyükdür. Alim əməyi dəqiq qiymətəndirilir. II dünya dövlətlərində qərarlar həm elmidir, həm də inzibatı. Alim əməyi yarımçıq qiymətləndirilir. III dünya dövlətlərində qərarlar inzibatı yolla qəbul olunur. Bu ülkələrdə alimlər azdır, yəqin ki, qədimdə olduğu kimi qayğı ilə əhatə olunublar. Elmə diqqət lazım olandan çox azdır. İnkişaf etməkdə olan dövlətlər inkişaf etmiş dövlətlərin formasını qəbul edir, ancaq məzmünuna girə bilmirlər. Başqa sözlə, geridə qalan dövlətlər inkişaf etmiş dövlətlərin ayaqqabısını geyə bilir, ancaq yerişini yeriyə bilmirlər. Çox inkişaf etmiş dövlətlər iqtisadi inkişafda tərəqqiyə nail olublar. Ekonofizika elminə görə tərəqqi istehsal sürətinin (vahid zamanda istehsal olunan məhsul) zamana görə artımıdır. Yəni zaman keçdikcə istehsal sürəti artırsa, deməli, inkişafda tərəqqi var. Tərəqqini sürətləndirən faktor texnologiyadır. Bu termin geniş istifadə edilsə də, məğzi düzgün dərk edilmir. Heç məlumat kitablarında da texnologiyanın hamı tərəfindən qəbul olunan tərifi yoxdur. Bu anlayışa belə bir tərif (fəlsəfi) vermək olar: texnologiya - təbiət elmlərinin (fizika, kimya, biologiya və b.k.) qanunlarının süni obyektlərin hazırlanmasına yonəldilməsidir. Tarixin dərsləri İqtisadi inkişafı (və ya istehsal sürətinin artımını) texnologiya təmin edir. Texnologiyanı elm yaradır. Elmi isə şəxsiyyətlər - alimlər yaradırlar. Deməli, iqisadi inkişafın mərkəzində alim dayanır. Tarixə qısaca nəzər salsaq görərik ki, min illərdi ki, alimlər cəmiyyətin çox hörmətli üzvləri sayılıblar. Alimin cəmiyyətdə yerini və rolunu bilmək üçün bəşər tarixinə nəzər salaq: 1. Əvvala qeyd edim ki, "Qurani Kərim"də bildirilir ki, axırıncı Pyğəmbərdən sonra insanlığın qarşısında çıxan sualların cavablarını alimlər verəcək və zəmanənin alimləri öz dövrlərinin peyğəmbərləri hesab ediləcək. Hədislərin birində deyilir ki, təzəcə İslamı qəbul edənlərdən biri Hz. Məhəmməddən soruşur: deyirsiniz ki, hər şeyi Allah yaradıb. Bəs onda Allah birinci nəyi yaradıb? Hz. Məhəmməd cavabında - “Allahın birinci yaratdığı şey elmdir”-deyir. Bu ifadələrdən görünür ki, Peygəmbərin elmlə, alimlə bağlı fikirləri çox mükəmməldir. 2. Çingiz xan Buxaranı fəth edəndə atını şah sarayının pilləkəninə sürür. Bütün bəylər, zadəganlar, tacirlər gəlib səmənd atın ayağından öpürlər. Əllərini qurşağına qoyan 5-6 nəfər isə başları ilə fatehi salamlayır və gedib atın ayağından öpmürlər. Çingiz xan soruşur: bəs onlar niyə gəlib atı öpmədilər? Deyirlər ki, onlar daolardır-alimlərdir. Fatehlərin alimə hörmət tarix boyu təkrarlanır. Bir çox padşahlar, şahlar, sultanlar zaman -zaman nüfuzlu alimi ziyarət ediblər. Bu insanlar dünyasını dəyişəndə, həyatlarının son anlarında da, vəsiyyətlərində də alimi yada salıblar. Əmir Teymur dünyasını dəyişəndə vəsiyyət edir ki, məni Seyid Bərkənin ayağı altında basdırın. Alimə qiymət verməyi bacaran adamlar ölkəmizdə də olub. H. Z. Tağıyev 1924-cü ildə vəfat edəndə “məni Molla Abuturabın ayağının altında dəfn edərsiniz” vəsiyyətinə əməl edilmişdir. 3. Bir gün Fluton adlı bir ixtiraçı Napoleonun sarayına gəlir və imperatora deyr ki, mən sənə elə bir gəmi düzəldə bilərəm ki, piyadanın yanından atlı kimi ötər. Napoleon ixtraçını saraydan qovur və deyir: mənim belə bir gəmiyə ehtiyacım yoxdur. 10 il sonra Napoleon tacını itirib, müqqədəs Yelena adasına sürgün ediləndə, onların gəmisini yanından üzərində Fluton yazılmış çox sürətli bir Amerika gəmisi keçir. Napoleon onda deyir ki, mən taçımi indi yox, on il bundan qabaq Flutonu saraydan qovanda itirmişəm.Yeri gəlmişkən, 1942 –ci ildə ABŞ Prezidenti Ruzvelt Ağ Evdə A. Eynşteynin “Atom proyekti” ilə bağlı xahişini rədd edən günün ikinci yarısı bu əhvalatı xatırlayır və “Allahım sən məni Napoleonun buraxdığı səhvindən uzaq elə” -deyərək, Eynşteyni səhərisi güni Ağ Evə təzədən dəvət edir. Elmlə, alimlə bağlı belə tarixi söhbətləri çox uzatmaq olar, ancaq tarixdən dərs almaq üçün deyilənlər də kifayətdir. İnkişaf etmiş dövlətlər bu baxımdan tarixdən düzgün dərs alıblar və alimə, elmə düzgün dəyər verirlər. Alimin tarixi klassik modelini bu gün də yaşadırlar. Ancaq bəzi Şərq və İslam ölkələrində alimin və elmin klassik dəyəri çox qiymətdən düşmüşdür. Son əsrlərdə müdrik sayılan Şərqdə, müdriklik qıtlğı müşahidə olunur. Davamı var... Şahlar Əsgərov, Əməkdar elm xadimi, professor


コメント


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page