Kamalov Akif Haqverdi oğlu 1960-cı il noyabrın 2-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub. 1977-ci ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini bitirib. 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. “N” saylı hərbi hissələrin tərkibində Ağdərə, Laçın, Murovdağ, Füzuli, Ağdam, Tərtər bölgələrində gedən döyüşlərdə iştirak edib. 1997-ci ildə ordu sıralarından müharibə veteranı kimi (ehtiyatda olan kapitan rütbəsində) tərxis olunub. 2002-ci ildə “Dağlar bizi bağışlamaz” adlı şerlər kitabı nəşr olunub.
Comments