top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Adı dillərdə gəzən el şairi - Əyyub Cabbarov



Əyyub İmran oğlu Cabbarov 1937-ci il mart ayının 5-də Kəlbəcər rayonunun Məmmədsəfi kəndində anadan olub. Hələ gənc yaşlarından lirik şeirlər müəllifi kimi ad-san qazanıb. Onun məhşur "Əyyub və Sənəm" dastanı isə aşıqların dillərinin əzbəri olub. AYB-nin üzvü olan Əyyub Cabbarov "Ayrılıq görüşdən qabağa düşdü", "Günahlı dünya", "Ay arxadan baxan illər", "Duz yüklü ömür karvanı" kimi bir-birindən maraqlı və zəngin ədəbiyyat nümunələri olan kitabların müəllifidir. Hazırda Gəncə şəhərində məcburi köçkün həyatı yaşayan el şairinin bu gün də ədəbi yaradıcılığını dayanmadan davam etdirir. Hələ televiziyanın ucqar dağ rayonu olan Kəlbəcərdə olmadığı dövrlərdə adı dillər əzbəri olan, şeirləri əl-əl gəzən Əyyub Cabbarov "el şairi" statusu qazanmışdı. 1970-80-ci illərdə isə bütün el məclislərində onun şeirləri el məclislərində böyük rəğbət və ehtiramla oxunurdu. Onun yaradıcılığında klassik ənənəyə bağlılıq bütün şeirlərində hiss olunur, dillər əzbəri olan gəraylıları, qoşmaları, təcnisləri hamının marağına səbəb olmuşdu. Əyyub Cabbarovu həm də “Məhəbbət şairi” adlandırırdılar. Ana haqqında yazdığı neçə-neçə şer isə xalqın yaddaşında möhkəmlənib. Məhəbbətimdi Buludsuz səmada səhər doğan gün, Mənim sənə olan məhəbbətimdi. Asimandan baxıb bədirlənən ay, Mənim sənə olan məhəbbətimdi. Şirin-şirin yatan körpə yuxusu, Budağında qızılgülün qoxusu, Sənin öz gülüşün ürək dolusu, Mənim sənə olan məhəbbətimdi. Dolu buludlardan bahar yağışı, Çəmənlikdə çiçəklərin naxışı, Bulaq səsi, bənövşənin baxışı, Mənim sənə olan məhəbbətimdi. Əyyuba şahiddi bu oba, bu el, Yönüm hara düşsə qarşıma sən gəl. Kamançada "Segah", sazda "Sarıtel", Mənim sənə olan məhəbbətimdi. Sən Deyirsən ki, həmən mənəm, yaxın gəl, Bu gün sən deyilsən, o dünənki sən. Məni dəyişəndən dünya varına, Silindin qəlbimdən o gündən ki sən. Dövlət əl çirkidi, bir zaman gələr, Bir xalnan yox olar, bir xalnan gələr, Xoşbəxtlik ağılnan, kamalnan gələr, Onu itirmisən əlinnən ki, sən. Gəl səni qaytarım bir ötən günə, O gün ki, səni də saldı düyünə, Tutdum əllərindən, yalvardım sənə, Ayrılaq söylədin dilinnən ki, sən. Gördüyün halıma yanarsan dedim, Gəzdiyimi xilqətində görmədim, Endim ayağına, kömək istədim, Zövq aldın gözümün selinnən ki, sən. Yadındamı o solğun ay, o bahar, Yadındamı Əyyub çəkən ağrılar, Yadındamı Qəmli bulaq, Xan çinar, Şahid həmən şahid, sən o deyilsən.

Qovağın Bir gözəlin adın yazdım bıçaqla, Dayanmadı zümzüməsi qovağın. Bir gün dedim:"O qız əhdin itirdi", Batdı o zamandan səsi qovağın. Yarpaq saldı, köklərindən laxladı, Günahkar tək yarasını yoxladı, Qabar tutdu, qızın adın saxladı, Dilə düşdü şikəstəsi qovağın. Bar vermədi o zamandan qovaqlar, Əsirgədi bəhrəsini qovaqlar, Bir-birinə pıçıldadı, yarpaqlar, Sərin çəkdi öz kölgəsi qovağın. Bir gün gedib kölgəsində dayandım, Əyyub vuran yarasından utandım, Vidalaşıb, dörd yanına dolandım, "Getmə" dedi hənirtisi qovağın. Sənəmi 50 yaşında görəndə Məni körpəlikdən ay zalım Sənəm, Ovsunlamış göz könlümdə qalıbdı. Hələ deyirsən ki, nədən tanıdın, Nə vardısa düz könlümdə qalıbdı. Deyirsən ki, yenə mənə şer yaz, İndi hər nə yazsam, o Sənəm olmaz, O vaxt "əmi" dedin, bu vaxt "utanmaz", İncidiyim söz könlümdə qalıbdı. Nə qalıbdı sənə qurban olmalım, Əgər gülsən, gülməlidi bu halım, Sənin saçın ağdı, mənim saqqalım, Gizlədiyin köz könlümdə qalıbdı. Elə baxdın, sanki bir sabahdı o, Yaman gəldi ömrümüzə bivaxt o, Nə sən Sənəm, nə mən Əyyub, nə vaxt o, Hər nə qalıb-öz könlümdə qalıbdı. Sənəmi Əziz qardaş adım çıxdı yadımdan, Dəlidağda elə gördüm Sənəmi. Bir göz atdım toxunmadı nişana, Dedi yeri qocalmısan sən, əmi. Dedim ay qız hardan belə gözəlsən? Bəlkə enib səmalardan gəlmisən? Göz tikib üzünə dedim gözəlsən, Gülüb dedi dərdi qalıb sənəmi? Dedim: A mürvətsiz umacağım var, Dedi: Kəsə danış sözünü qurtar, Dedim: Göz vurmuşam özümə qaytar, Dedi: Əyyub gəl aldatma Sənəmi. Ana Ölmə, torpaqlara vermərəm səni, Yerin qollarımın arasındadı. Təbii sularla yumaram səni, Suyun gözlərimin qarasındadı. Atamın məzarın əlimlə yardım, Torpağında sənə çarə axtardım. Dolanardım, dərmanını tapardım, Bilsəydim dünyanın harasındadı. Boğazımda qəhər, qəlbimdə kədər, Sənsiz bu dünyadan dilim dərd əmər. Əyyuba kim yanar, sən yanan qədər, Ananın ürəyi balasındadır. DİGƏR ŞAİRLƏRİMİZ HAQQINDA BURA BAX


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page