Bugünümüzü daha bir acı xəbərlə açdıq.Son günlər aldığımız məlumatlar bizi çox sarsıdır,bu xəbərlərdən biri də bugün gəldi heyiflər olsunki. Şair, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, AYB-nin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü , "Qızıl qələm" mükafatı laureatı , Azərbaycanın əməkdar jurnalisti Adil Cəmilin oğlu şair Orxan Cəmil bugün haqq dünyasına qovuşmuşdur. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir,mərhuma Allahdan rəhmət diləyirik. Mərhumun 3 və 7 yas mərasimi iyun ayının 4-ü Binəqədi rayonu, Kazım Kazımzadə küçəsində yerləşən "İmam Əli Məscidində" keçiriləcəkdir.
Comments