Cəmilov Adil Savalan oğlu 1954-cü ildə Kəlbəcər rayonunun Günəşli (Kilsəli) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini doğma kənd məktəbində alandan sonra Mingəçevir şəhərində 9 saylı orta məktəbi bitirib (1970). 1977-ci ildə indiki BDU-nun jurnalistika fakültəsini, 1985-ci ildə APXD-nin nəzdindəki ikillik ərəb dili şöbəsini bitirib. Sonralar AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olaraq «Manas» eposu və türk dastançılıq ənənəsi» mövzusunda namizədlik dissertasiyası yazıb müdafiə etmiş və filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Şair-türkoloq, tərcüməçi-publisist A. Cəmil 10-dan artıq kitabın müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, «Qızıl qələm», «H.B. Zərdabi», «Araz» mükafatlarının laureatıdır.
İran, Türkiyə, Rusiya, Qırğızıstanda şerləri və elmi məqalələri dərc olunub. Şerlərinə mahnılar bəstələnib. Bir neçə beynəlxalq simpozium və ədəbi festivalların iştirakçısı olub. Adil Cəmil 1978-ci ildən bu vaxta qədər müxtəlif mətbuat orqanlarında rəhbər vəzifələrdə çalışıb. Hazırda AMEA Folklor İnstitutunun böyük elmi işçisi, «Ədəbiyyat» qəzetinin şöbə müdiridir.
Comments