top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

ABBASOV MURAD MURTUZA OĞLU


Abbasov Murad Murtuza oğlu, 10 yanvar 1938-ci ildə Kəlbəcərin Dağlıq Qarabağla sərhəd kəndi olan Çərəktarda anadan olmuşdur. Onun anadan olduğu illərdə Azərbaycanın, eyni zamanda Kəlbəcərin el ağsaqqalları, ziyalıları, bacarıqlı və sayılan kişiləri “repressiya” deyilən fəlakətin qurbanı olmuşdular. M.M.Abbasovun kiçik yaşlarında babası Əhmədxan kişinin və onun qardaşlarının o vaxtki HKVD-nin rəhbəri Ruben Markaryanın və onun əlaltılarının vasitəsi ilə “kulak” damğası vurularaq, gedər-gəlməzə göndərilmişdilər. Atası Murtuza kişi də Sovet-Alman müharibəsinə getmiş və geri qayıtmamışdır. Balaca Muradın alti yaşı tamam olmamışdı, üç kiçik bacı-qardaş ağır ailə şəraitində xəstələnmişdilər, bir qadaşı və bir bacısı onları “müalicə edən” bir erməni həkiminin əlində ölmüşdülər, xoşbəxtlikdən Murad sağ qalmışdır. Belə bir çətin şəraitdə o, 7-ci sinifi öz kəndində oxuyub qurtarır. Orta təhsilinin iki ilini Kəlbəcər qəsəbə orta məktəbində oxuyur və orta təhsilini başa vurur.


M.M.Abbasov Kəlbəcərdə yaşadığı illəri belə xatırlayır:-Əhmədov Cəfər müəllim direktorumuz idi. Onun enli kürəyi və mənalı baxışları var idi. O, Əməkdar müəllim adını almış və Lenin ordeni ilə təltif edilmişdi. Onunla işləyən Manaf müəllim və Qara Bəhmən kişi kimi təcrübəli müəllimlər indi də gözümün önündədirlər. Atasız uşağın öz kəndlərindən 40 km uzaqda-Kəlbəcər məktəbində himayəsiz oxuması imkan xaricində olduğundan, mən məcbur olub orta məktəbi yaxın qonşu kənddəki orta məktəbdə oxumalı oldum”.


M.M.Abbasov 1957-ci ildə H.Zərdabi adına Kirovabadakı (Gəncə) DPİ-nin Təbiyyət fakültəsinə daxil olub. 1962-ci ildə ali təhsil alaraq öz kəndlərinə təyinat alır. O, 1966-cı ilə qədər Çərəktar orta məktəbində kimya-biologiya müəllimi və direktor müavini işləmişdir. 1966-cı ildə Qırmızı Əmək Bayrağı Ordenli AET Pambıqçılıq İnstitutunun əyani aspiranturasına daxil olub və 1981-ci ildə qurtarmışdır. Aspirant və elmi işçi kimi çalışdığı müddətdə, professor T.İ.Qazıyevin rəhbərliyi altında “Müxtəlif mineral maddələrlə qidalanma şəraitində pambıq bitkisində üzvi turşular sulu karbonlar mübadiləsi” mövzusunda nəzəri və praktiki əhəmiyyəti olan tədqiqat işi aparmış və 1973-cü ildə S.M.Kirov adına


ADU-nun Elmi Şurasında həmin mövzuda dissetasiya müdafiə edib biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Onun dissertasiya işi rəsmi opponentləri akademik M.A.Əlizadə, professor C.Hüseynov və bir sıra görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilmişdir.


M.M.Abbasov tədqiqat işləri apararaq müxtəlif qidalanma şəraitində üzvi turşular və sulu karbonlar mübadiləsini öyrənir və müəyyən edir ki, pambıq bitkisi üzvi turşuları (alma və limon turşuları) sənaye istehsalı üçün xammal mənbəyi ola bilər. Tədqiqat işinin nəticələri haqqında məlumat professor T.İ.Qazıyevin “Bitki fiziologiyası” dərs kitabında verilmişdir. Bundan başqa onun apardığı elmi-tədqiqat işi üzrə “Pambıq bitkisində bəzi üzvü turşuların miqdarına mikroelementlərin təsiri” mövzusunda Sankt-Peterburq şəhərində VI Ümümittifaq Koordinasiya Sovetində “Pambıq bitkisinin “vilt” xəstəliyinə davamlılığının bəzi fizioloji xüsusiyyətləri” mövzusunda məruzə etmişdir.


Ümümiyyətlə M.M.Abbasov indiyə kimi 40-dan çox elmi əsər və məqalə yazıb çap etdirmişdir. Onun əsərləri Moskva, Bakı, Sankt-Peterburq, Tomsk, Daşkənd və s. şəhərlərin elmi əsərlərinda dərc edilmişdir.


Dosent M.M.Abbasov 1981-ci ildən S.Ağamalı oğli adına ADKT Akademiyasının Bitki fiziologiyası və mikrobiologiya kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirməkdədir. Hal-hazırda həmin Akademiyanın və Azərbaycan Aqrar-Ekologiya İnstitutunun dosentidir.

M.M.Abbasov elmi pedaqoji fəaliyyəti ilə yanaşı ictimai işlərdə də fəal iştirak edir. O, Azərbaycan DKT-nın aqronomluq fakültəsi Elmi Şurasının üzvü və həmin fakültənin Həmkarlar İttifaqının sədiridir.


Elmi pedaqoji fəaliyyətini davam etdirən Murad müəllim işğal olunmuş torğaqlarımızın azad olunduğunu və qaçqınlarımızın doğma yurdlarına qaytarıldığı günü görmək arzusu ilə yaşayır.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page