Camalov Cəsarət Ələddin oğlu 26 yanvar 1978-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1 sentyabr 1985-ci ildə Kəlbəcər rayonunun Milli kəndində 1-ci sinfə
getmişdir. 2 aprel 1993-cü ildə Kəlbəcər rayonu erməni ordusu tərəfindən işğal
olunduqdan sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi Bərdə rayonunun Kələntərli kəndində Ambulatoriyada yaşayıb. 10 iyun 1993-cü ildə Bərdə rayonunun Kələntərli kəndində 9-cu sinfi “əla” qiymətlərlə bitirmişdir.
C.Ə.Camalov valideyninin iş yeri olmadığı üçün 12 iyun 1993-cü ildə Oğuz
rayonunun Mollalı kəndinə köçüblər. 1 sentyabr 1993-cü ildə Oğuz rayonunun Mollalı kəndində orta məktəbin 10-cu sinfinə gedib. 1995-ci ildə Oğuz rayonunun Mollalı kəndində orta məktəbi “əla” qiymətlərlə bitirmişdir.
Ali təhsili: C.Ə.Camalov 1995-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti
(Azərbaycan İnşaat Mühəndisləri Universitetinin) “Kimya texnologiyası və
biotexnologiya” fakültəsini “İnşaat yapışdırıcıları və keramikanın kimyəvi texnologiyası” ixtisasına daxil olmuşdur. 1999-cu ildə həmin ixtisası bitirib və mühəndis texnoloq ixtisasına yiyələnmişdir.
Elmi dərəcələri: C.Ə.Camalov 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat
Universiteti, “Kimya texnologiyası və biotexnologiya” fakültəsini “Tikinti materialları və məmulatlarının texnologiyası” ixtisası üzrə magistraturaya daxil olub və 2001-ci ilin iyul ayında magistraturanı fərqlənmə diplomu ilə bitirib həmin ixtisası üzrə magistr elmi dərəcəsinə layiq görülmüşdür.
C.Ə.Camalov 2001-ci ilin noyabr ayında Azərbaycan Memarlıq və İnşaat
Universiteti, “İnşaat materialları və məmulatları” ixtisası üzrə əyani aspiranturaya daxil olubdur. 16 sentyabr 2005-ci ildə (şifrə:-05.23.05) texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün “Kompleks üsullar vasitəsi ilə monolit betonun inşaat-texniki xassələrinin yaxşılaşdırılmasının tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 04 aprel 2006-cı il tarixli (protokol №11-k) qərarı ilə texnika elmlər namizədi (texniki elmləri üzrə fəlsəfə doktoru) alimlik dərəcəsinə layiq görülmüşdür.
C.Ə.Camalov 2009-cu ildən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat
İnstitutunun “İnşaat materiallari və konstruksiyaları” laboratoriyasında doktoranturaya daxil olub və 20 aprel 2018-ci il tarixində 3305.03 - “İnşaat konstruksiyaları, bina və qurğular” ixtisası üzrə texnika elmlər doktoru elmi dərəcəsi almaq üçün “İstehsalat bina və qurğularının karkas elementlərinin etibarlılığının və uzunömürlülüyünün artırılması yollarının tədqiqi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək,
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 04 iyul 2018-ci il tarixli (protokol №11-R) qərarı ilə texnika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Elmi adı: C.Ə.Camalov Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının (10-k nömrəli protokol) 28 mart 2012-ci il tarixli Qərarı ilə Dosent elmi ada layiq görülmüşdür.
Elmi fəaliyyəti: C.Ə.Camalov 2009-cu ildən Azərbaycan İnşaat və Memarlıq
Elmi-Tədqiqat İnstitutunun “İnşaat materiallari və konstruksiyaları” laboratoriyasında hal- hazırk dövrə qədər (əmək müaqviləsi ilə) böyük elmi işçi kimi elmi fəaliyyətini davam etdirir. C.Ə.Camalov 2014-cü ildən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitenin nəzdində İnşaat Kollecinin 040555 “Tikinti məmulatları və konstruksiyalarının istehsalı” ixtisası üzrə bitirən tələbələrin hazırlıqlarını qiymətləndirmək üçün Dövlət Attestasiya Komissiyasına sədr təyin olunmuşdur.
C.Ə.Camalov 2020-ci ildən etibarən Azərbaycan Memarlıq və İnşaat
Universitenin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü və Seminar
Müdafiə Şurasının sədri təyin olunmuşdur.
C.Ə.Camalov Təhsil fəaliyyəti dövründə respublikada və xaricdə keçirilən bir çox
simpozium, seminar və konfranslarda iştirak etmişdir.
C.Ə.Camalov təhsil aldığı müddətdə müxtəlif dərəcəli diplom və mükafatlara layiq görülmüş, 58 elmi əsərin, o cümlədən 55 elmi məqalənin, 2 ixtiranın və 1 kitabın (monoqrafiya) müəllifidir.
İşlədiyi təşkilatların adı və tutduğu vəzifələri: C.Ə.Camalov 1999-2001-ci
illərdə S.Ə.Dadaşov adına Elmi-tədqiqat və Layihə-konstruktor İnşaat Materialları İnstitutu, “Beton və monolit beton” laboratoriyasında baş laborant, 2001-2004-cü illərdə aparıcı mühəndis, 2004-2006-cı illərdə baş elmi işçi vəzifəsində çalışmışdır.
C.Ə.Camalov 2006-2007-ci illərdə Fövqəladə Hallar Nazirliyi, Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, S.Ə.Dadaşov adına Elmi-tədqiqat və Layihə- konstruktor İnşaat Materialları İnstitutu, “İnşaat keramikası” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
C.Ə.Camalov 2007-2009-cu illərdə Fövqəladə Hallar Nazirliyi, Fövqəladə halların
xəbərdar edilməsi Baş İdarəsinin Tikinti təhlükəsizliyə nəzarət şöbəsinin baş məsləhətçi vəzifəsində çalışmışdır.
C.Ə.Camalov 2009-2011-ci illərdə Fövqəladə Hallar Nazirliyi, Fövqəladə halların
xəbərdar edilməsi Baş İdarəsi, Sənayedə, tikinti və dağ-mədən işlərində təhlükəsizliyin təşkili sektorunda baş məsləhətçi vəzifəsində çalışmışdır.
C.Ə.Camalov 2011-2016-cı illərdən Fövqəladə Hallar Nazirliyi, Fövqəladə
halların xəbərdar edilməsi Baş İdarəsi, Sənayedə, tikinti və dağ-mədən işlərində
təhlükəsizliyin təşkili sektorunun müdiri vəzifəsində çalışmışdır.
C.Ə.Camalov 8 dekabr 2016-cı ildən 19 yanvar 2017-ci ilə dək Fövqəladə Hallar
Nazirliyi, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsi,
Əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin müdir müavini vəzifəsində
çalışmışdır.
C.Ə.Camalov 19 yanvar 2017-ci ildən 01 mart 2019-cu ildək Fövqəladə Hallar
Nazirliyi, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsi,
Əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
C.Ə.Camalov 01 mart 2019-cu ildən Fövqəladə Hallar Nazirliyi, Fövqəladə
halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsi, Fövqəladə halların
xəbərdar edilməsi işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışır.
İşlədiyi dövrdə təltifləri: C.Ə.Camalov işlədiyim dövrlərdə müxtəlif dərəcəli
hədiyyələrlə və medalla təltif olunmudur.
C.Ə.Camalov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin 25 fevral
2009-cu ildə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.
C.Ə.Camalov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin 16 mart
2012-ci il ildə 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.
C.Ə.Camalov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin 16 dekabr
2013-cü il ildə dövlət qulluğunda fərqləndiyi və əldə etdiyi nailiyyətlərə görə Fəxri
Fərmanla təltif olunmuşdur.
C.Ə.Camalov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin 16 mart
2015-ci il ildə dövlət qulluqçusunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir.
C.Ə.Camalov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin 29 mart
2019-cu il ildə dövlət qulluqçusunun müşaviri ixtisas dərəcəsi verilmişdir.
C.Ə.Camalov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illik
yubleyində medalla təltif olunmuşdur.
C.Ə.Camalov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illik
yubleyində medalla təltif olunmuşdur.
C.Ə.Camalov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin 14 dekabr
2018-ci il ildə Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13 illik yubileyi və nazirlik işçilərinin peşə bayramı münasibətilə “Xidmətə görə” döş nişanı ilə təltif edilmişdir.
C.Ə.Camalov Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı "Müasir Tikinti Texnikasının Əsasları" adlı kitabı işıq üzü görmüşdür.
Comments