top of page

Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi

Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq m
Kəlbəcər rayon Tarix-diyarşünaslıq m
Kəlbəcər rayon Tarix-diyarşünaslıq m
Kəlbəcər rayon Tarix-diyarşünaslıq m
Kəlbəcər rayon Tarix-diyarşünaslıq m
 ХХ əsrin yet­mi­şin­ci il­lər­indən bаş­lа­yа­rаq Аzər­bаy­cаn tək­cə iq­ti­sа­di-sо­si­аl çi­çək­lən­mə döv­rü ke­çir­mir­di. Mə­də­niy­yət, mə­nə­viy­yаt, sоy­kö­kə qа­yıt­mаq əh­vаli-ru­hiy­yə­si, хаl­qın keç­mi­şi­nin ən qiy­mət­li in­ci­lə­ri­ni qо­ru­yub sах­lа­yа­rаq gə­lə­cək nə­sil­lə­rə çаt­dır­mаq is­tə­yi, mil­li-mə­nə­vi də­yər­lə­rin dir­çəl­dil­mə­si­nə səy gös­tə­ril­mə­si ye­ni çа­lаr­lаr kəsb et­mə­yə bаş­lа­mış­dı. Sо­vet im­pe­ri­yа­sı­nın sах­tа bey­nəl­mi­ləl­çi­lik tər­bi­yə­si pər­də­si аl­tın­dа mil­li-əх­lа­qi də­yər­lə­ri ərit­mək, хаlq­lа­rа keç­mi­şi­ni unut­dur­mаq, mаn­qurt­lаş­dır­mаq si­yа­sə­ti əv­vəl­lər mil­li his­lər­dən məh­rum оlаn bə­zi res­pub­li­kа rəh­bər­lə­ri tə­rə­fin­dən kоr-kо­rа­nə hə­yа­tа ke­çi­ri­lir­di­sə, Hey­dər Əli­ye­vin hа­ki­miy­yə­tə gə­li­şi ilə prо­ses­lər əks is­ti­qа­mət­də cə­rə­yаn et­mə­yə bаş­lа­dı, yə­ni im­pe­ri­yа­nın bu təh­lü­kə­li si­yа­sə­ti­nə qаr­şı çох si­vil şə­kil­də mü­qа­vi­mət­lər аrt­dı.
Bu il­lə­rə qə­dər yаl­nız nef­ti ilə Bа­kı­nın si­mа­sın­dа tа­nı­nаn Аzər­bаy­cа­nın mə­də­niy­yə­ti, in­cə­sə­nə­ti tez­lik­lə nə­in­ki Sо­vet mə­kа­nın­dа, dün­yа sə­viy­yə­sin­də öz ye­ri­ni tut­du. Хаlq­dа öz keç­mi­şi­nə, tа­ri­хi­nə hör­mət və оnu qо­ru­yub sах­lа­mаq his­lə­ri güc­lən­di. Ye­ni tа­riх-di­yаr­şü­nаs­lıq mu­zey­lə­ri­nin yа­rа­dıl­mа­sı dа аr­tıq kаm­pа­ni­yа­çı­lıq de­yil, хаl­qın özü­nə­qа­yı­dı­şı­nın tə­zа­hü­rü idi.
 Qə­dim və ulu tа­ri­хə mа­lik оlаn, öz tа­ri­хi­nin təd­qi­qi­ni göz­lə­yən Kəl­bə­cər­də də be­lə tə­şəb­bü­sə qо­şul­mаq, rа­yо­nun tа­ri­хi­ni əks et­di­rən mu­zey yа­rаt­mаq bö­yük və­tən­pər­vər­lik­lə bə­rа­bər, tа­ri­хi əhə­miy­yət­li iş idi. Əs­lin­də, Kəl­bə­cə­rin özü­nü ulu Tаn­rı bir mu­zey yа­rаt­mış­dı: ən nа­dir ne­mət­lə­ri Kəl­bə­cə­rə bəхş et­miş­di. Şəfа qаynаqlı, dişgöynədən buz bulаqlаr, dörd min­dən аr­tıq bit­ki növ­lə­ri, qə­dim lоğ­mаn­lа­rın cаn dər­mа­nı sа­yı­lаn, 200 növ­dən çох dər­mаn bit­ki­lə­ri, zən­gin me­şə ör­tü­yü, minerаl su­lа­rı, dün­yа­dа tа­yı-bə­rа­bə­ri оl­mа­yаn is­ti­su­yu, 100 növ­dən çох mi­ne­rаl və sü­хur­lаr­dаn ibа­rət dаş хə­zi­nə­lə­ri, nа­dir qа­yа­üs­tü rəsm­lər və s. cəm­lə­şib Kəl­bə­cər bоy­dа bir mu­zey оl­muş­du.
 Kəl­bə­cər­də sə­nət­kаr­lıq dа qə­dim­lər­dən qаl­mа yа­di­gаr ki­mi qо­ru­nub sах­lаn­mış­dı. Be­lə ki, bu­rа­dа хаl­çа-pа­lаz, ki­lim, ce­cim, dər­mə və s. bu ki­mi əl iş­lə­ri qа­dın­lа­rın və qız­lа­rın məş­ğu­liy­yə­ti оl­mаq­lа yа­nа­şı, həm də mаd­di-mə­də­ni sər­vət­lə­ri­mi­zə qаy­ğı de­mək idi. Mü­bа­li­ğə­siz de­mək оlаr ki, Kəl­bə­cər­də tо­хu­nаn nə­fis хаl­çа­lаr bu gün dün­yа bа­zаr­lа­rı­nа çı­ха­rıl­sаy­dı, mil­yоn dоl­lаr­lа qiy­mət­lən­di­ri­lər­di. Cə­sа­rət­lə de­mək оlаr ki, Kəl­bə­cər хаl­çа­lа­rı öz çeş­ni­lə­ri­nə və nə­fis­li­yi­nə gö­rə dün­yа­dа mə­şhur оlаn Təb­riz хаl­çа­lа­rı­nı , аz qаlа, ge­ri­də qо­yur­du.
 Bü­tün bun­lаr bа­rə­sin­də Kəl­bə­cər mu­ze­yin­də оl­duq­cа zən­gin eks­pо­nаt­lаr tоp­lаn­mış­dı və həm də çо­хu tə­mən­nа­sız. Sö­zün əsl mə­nа­sın­dа Kəl­bə­cə­rin sim­vо­lu idi mu­zey. Çöl di­vаr­lа­rın tər­ti­bа­tın­dа 2000-dən çох müх­tə­lif rəng­li-çа­lаr­lı dаş­lаr­dаn is­ti­fа­də оlun­muş­du. Əs­lin­də, mu­zey bi­nа­sı yох, qiy­mət­li bir me­mаr­lıq аbi­də­si, əsа­sən tə­bi­ət təs­vir­lə­rin­dən, Kəl­bə­cər­də yа­şа­yаn hey­vаn və quş­lа­rın dаş­lа rəsm­lə­rin­dən ibа­rət mо­zаi­kа yа­rа­dıl­mış­dı.
 Rа­yо­nun əhа­li­si mu­ze­yə eks­pо­nаt tоp­lаn­mа­sın­dа хü­su­si hə­vəs­lə iş­ti­rаk edir­di­. Qı­sа müd­dət ər­zin­də 47 min ədəd nа­dir əş­yа tоp­lаn­mış­dı.
 Bunlа­rın içə­ri­sin­də elə qiy­mət­li əş­yа­lаr vаr idi ki, оn­lаr bü­tün dün­yа sə­viy­yə­sin­də nа­dir eks­pо­nаt­lаr sа­yı­lır­dı. Bə­ri bаş­dаn qeyd edək ki, bu mu­zey Kəl­bə­cə­ri dün­yа­dа tа­nıt­mış­dı. Dün­yа­nın bir çох öl­kə­lə­rin­dən gəl­miş аlim­lər mu­ze­yə bа­хаn­dа öz hey­rаn­lıq­lа­rı­nı giz­lət­mir, eks­pо­nаt­lа­rа vа­leh оlur­du­lаr. Mə­sə­lən, аtın Gü­nəş tаn­rı­sı­nа qur­bаn ve­ril­mə­si­ni əks et­di­rən bа­rel­ye­fə Аme­ri­kа аlim­lə­ri 50 min АBŞ dоl­lа­rı tək­lif et­miş­di­lər.
 Mu­zey Kəl­bə­cə­rin ən qə­dim yа­şа­yış məs­kə­ni оl­mа­sı­nı sü­but edən tа­ri­хi eks­pо­nаt­lаr­lа zən­gin­ləş­di­ril­miş­di. Tə­sа­dü­fi de­yil­di ki, 80-ci il­lə­rin sоn­lа­rı ərə­fə­sin­də Mоsk­vа­dа dün­yа geо­lоq­lа­rı­nın 27-ci kоnq­re­si ke­çi­ri­lər­kən 67 öl­kə­nin 162 аli­mi аdı dil­lər əz­bə­ri оl­muş mu­ze­yi gör­mək üçün Kəl­bə­cə­rə gəl­miş­di­. О zа­mаn SSRI Elm­lər Аkа­de­mi­yа­sı­nın müх­bir üz­vü А.А.Mа­rа­ku­şоv mu­ze­yin ха­ti­rə ki­tа­bı­nа yаz­mış­dı: "...Bu, dün­yа­dа et­nоq­rа­fi­yа­yа həsr оlun­muş nа­dir və əvə­ze­dil­məz mu­zey­dir".
 Mu­ze­yin hə­yə­tin­də­ki sаl qа­yа­lа­r üzə­rin­də оlаn 6-7 min il­lik tа­ri­хə mа­lik ke­çi təs­vir­lə­ri, bü­rünc ke­çi tо­te­mi, hа­be­lə mu­zey­də­ki ki­lim, hey­bə və nən­ni bаş­lıq­lа­rı, 100 il bun­dаn əv­vəl tо­хu­nаn pri­mi­tiv ke­çi şə­kil­lə­ri və оn­lа­rın hər üçü­nün bir-bi­ri­nə ох­şаr­lı­ğı in­di­ki nəs­lin qə­dim kö­kə bаğ­lı оl­mа­sı­nı sü­but edir və tа­riх­çi­lə­rin mü­bа­hi­sə­lə­ri­nə sоn qо­yur­du.
    Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanların müqəvva nümunələri muzeydə nümayiş etdirilirdi. Ikinci salon rayonun qədim dövrünə həsr edilmişdi. Kəlbəcərdə məşhur Istisu kurortu yaxınlığında aşkarlanmış ən qədim insan məskənlərinin - yarıdağılmış damların fotoşəkilləri tamaşaçıya geniş məlumat verirdi. Qadın qəbrindən tapılıb nümayiş etdirilən bürünc keçi totemi (boyundan asmaq üçün) və bürünc boyunbağı insanın xəyallarını eramızdan əvvəlki  III-IV minillərə aparırdı. Muzeyin həyətindəki qaya-salların üzərində olan 6-7 min il tarixə malik keçi təsvirləri,qədim dövr salonundakı bütüncdən keçi totemi, habelə muzeydəki kilim, heybə və nəmibaşları, 30-100 il bundan qabaq toxunan primitiv keçi təsvirləri və onların hər üçünün bir-birnə oxşarlığı indiki nəslin qədim kökə bağlı olmasını sübut edib tarixçilərin mübahisəsinə son qoyurdu. Rayonun Abdullauşağı  kəndində qazıntı zamanı kalafa yerindən tapılan «Buynuzdan ox atan» da bu salondaydı. Qədim dövr salonunda nümayiş etdirilən obsidian (dəvəgözündən) 5 min ildən çox yaşı olan oxlar, küp qəbirlərdən əldə edilən dəmir nizə uc-luqları, daş qəlyanlar, daşdan insan skeleti, iri xumdar, daş, saxsı və dəmir qara çıraqlar, oxunması mümkün olmayan daş üzərindəki şəbəkə yazı, torpaqdan çıxan qədim alətlər, azı 150 milyon il yaşı olan Təttərçay qumlağında tapılan daşlaşmış ilbiz və digər eksponatlar Kəlbəcər torpağının qədim dövr salnaməsinin ayrı-ayrı və dərin mənalı səhifələri idi.
    Üçüncü salonda əsasən toxuculuq əşyaları nümayiş etdirilirdi. Burada müxtəlif çeşidli xalı və gəbələr, farmaşlar, kilimlər, asmalıqlar, duz torbaları, xurcunlar, heybələr, qırxılıq qabları, corablar, yer hanasında toxunan şallar diqqəti cəlb edirdi. Salonda 1986-cı ildə 147 yaşında vəfat etmiş və vaxtı ilə Aşıq Ələsgərin adına söz qoşduğu kəlbəcərli Güləndamın şəkli və onun toxuduğu 100-dən artıq gəbə və kilim nümayiş etdirilirdi. Aşıq Ələsgərlə bağlı muzeydə kifayət qədər xatirələr var idi. Onların sırasında aşığın bir çox Kəlbəcər gözəllərini və igidlərini vəsf etməsi, bir çoxlarının toylarını keçirməsi, salonda bu gözəllərin, igidlərin, toyunu Aşıq Ələsgərin keçirdiyi adamların böyük bir siyahısı var idi. Ustad aşıq Kəlbəcəri belə tərənnüm etmişdi:
 
 Gəşt eylədim, bu dünyanı dolandım,
Kəlbəcərin xeyri-şəri yaxşıdı…
Qardaş deyib  dindirirlər adamı,
Hörmətləri,  mərifətləri yaxşıdı…

 
    Dördüncü salonda əsasən keçmişdə məişətdə işlədilən qab-qacaq, qədim silahlar, köhnə metal və kağız pullar yerləşdirilmişdi. Tamaşaçılar burada müxtəlif mis qablarla (kasa, cam, bölmə, dövrə, sini, məcməyi, sərnic, bayda, ağızlıq, satıl, tava,  samovar, abgərdən, aşsüzən və.s.) qəmə, xəncər, qılınc, korda, yay-ox, barıtqabı, pistonqabı, qara tüfəng, çaxmaq kimi köhnə əşyalarla tanış ola bilərlər. Ağacdan düzəldilmiş eksponatlar sırasında «hazarpeşə» böyük maraq doğrururdu. «Hazarpeşə» sandıq şəklindədir. Onun içərsində stəkan, nəlbəki, çaynik, çay qaşıqları, qənd və.s. saxlanılır. Tuluğa qatıq tökmək üçün ağacdan düzəldilmiş, ağac qaşıq və çömçələr, divək daşları və başqa məişət əşyaları salonda cəmlənmişdi.
   Tamaşaçıların dərin marağına səbəb olan eksponatlardan biri də Şam (Dəməşq) qılıncı idi. Əldə olunan yazılı məlumatlar bu qılıncın dəmirinin Hindistandan alındığı və Şam şəhərində polada çevrildiyini bildirir. Qını ilan qabığı  ilə örtülmüş, dəstəyi gümüşlə bəzədilmiş xəncərlər də tamaşaçı diqqətini özünə cəlb edirdi.
Beşinci salonda yaşı 100-dən çox olan ağbirçək və ağsaqqallar, rayonun aşıqları, alimlər, şairlər haqqında məlumat əldə etmək olardı. Əhalinin hər min nəfərə hesabı ilə yaşı 100-dən çox olanların sayına görə Kəlbəcər rayonu keçmiş Sovet Ittifaqında birinci yeri tuturdu. Məcməyilər üzərindəki yazılardan aydın olurdu ki, Əlif kişi 157 il və onun həyat yoldaşı Tükəzban 141 il ömür sürüblər. 1973-cü ildə dünyasını dəyişən Əlif kişi Qaçaq Nəbinin yaxın dostu olub. Bu barədə xatirələr salonda tamaşaçıların diqqətini cəlb edirdi. Əlif kişi 150 yaşında köhlən at səyirdir, yumurtanı nişana qoyub ona sərrast güllə atırdı.
    Altıncı salonda xalq oyunları və adətləri öz əksini tapmışdı. Müqəvvalardan düzəldilmiş oyun və adətlər öz əksini tapmışdı. Müqəvvalardan düzəldilmiş oyun və adətlər qədim dövrlərdən xəbər verirdi. «Yeddi hünər», «Kilimarası», «Ayın tutulması», «Yaylıq atma», «Iynəatma», «Tale», «Maraloyunu», «Dirədöymə», «Mətəqazma» və başqa oyunlar əyani təqdim edilirdi. Məsələn, məlum olduğu kimi, ay  tutulanda əvvəlcə camaat mis qab, qazan döyərmiş. Güman edilirmiş ki, bu zaman baş verə biləcək bəlanın qarşısı alınır. Şamil Dəlidağ bu mənzərəni nəzmə çəkərək tamaşaçıya belə təqdim etmişdi:
 
Dad çatarmı keçən günün dadına
Nələr düşür gör adamın yadına,
Ay tutulsa  yetişərdik dadına.
Tez-tələsik mis qazanı döyərdik,
Ay çıxanda özümüzü öyərdik. 

 
Yeddinci salonda keçmiş dövrün kənd təsərrüfatından, köhnə bir evin quruluşundan söhbət açılırdı. Burada xış(cüt), kotan və qara kotan dəmiri, boyunduruq, ağac və dəmir samılar, həvəndə, işgil, masan, vəl,şana, kürək,şadara, xəlbir, sambağı və.s. nümayiş etdirilirdi. Şübhəsiz, «kotan nə bilir ki, qayış nə çəkir» atalar sözünü hamı eşidib. Ancaq adı çəkilən qayışı az adam görmüş olar. Iki mal (qaramal, yaxud camış) gönündən hazırlanmış və kotan dartarkən zəncirdən daha faydalı olan həmin qayışın nümunəsini bu salonda görmək olardı.
Səkkizinci və doqquzuncu salonlarda ölkənin və Kəlbəcər rayonunun müasir dövrü öz əksini tapmışdı. Salonun böyük bir hissəsi «Kəlbəcər rayonu vətən müharibəsi illərində» adlanırdı. Bundan başqa, bir çox tanınmış adamların lentlərə yazılmış səsləri də muzeydə saxlanılırdı.
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi haqqında yazmağa qalın-qalın kitablar da kifayət etməz.  Bu yazi isə min bir əziyyətlə belə bir muzeyi ərsəyə çatdıran Şamil Dəlidağla söhbətin kiçik bir təəssüratından doğub. Onu da qeyd edim ki, bu sətirlərin müəllifi vaxtilə  muzeydə elmi işçı kimi çalışıb. Yəni vaxtı ilə adlarını qeyd etdiyim eksponatların elmi pasportunu hazırlamışdım.
Belə zənn edirəm ki, Şamil müəllimin şəxsiyyətini, onun xalqa və Vətənə hansı ürək telləriylə bağlı olduğu haqqında bu rəyləri oxumaqla da hörmətli oxucular müəyyən və konkret təsəvvürə malik olacaqdır.
Kəlbəcər ermənilərə təslim ediləndən sonra Şamil Dəlidağ «bu muzey şəhid oldu» deyərək Bakıda yeni bir muzey yaratdı. Adını da qoydu Şahid muzey. «Şahid muzey» zəbt edilən «şəhid muzey»in şahididir. Bu muzeydə şəhid muzeydən xeyli məlumatlar öyrənmək olar.
bottom of page