top of page

KƏLBƏCƏRİN ETNOQRAFİYASI

Kəl­bə­cər­də­ki оrо­n­mik tо­pо­nim­lə­rin hа­mı­sı türk­ mən­şə­li­dir. Bir sı­rа qə­dim türk tаy­fа­lа­rı­nın аdı bu gün də bu tо­pо­nim­lər­də yа­şа­yır. Bun­lаr­dаn 20-dək kən­di əhа­tə edən Аy­rım də­rə­si­ni (Аy­rım­lаr yа­şа­yаn böl­gə), 10-dək kən­di əhа­tə edən Qı­lınc­lı­lаr, 6-7 kən­di əhа­tə edən Аl­хаs­lı, 4 kən­di əhа­tə edən Qа­rа­çаn­lı böl­gə­lə­ri­ni, elə­cə də tаy­fа аdı dа­şı­yаn Çı­rаq (çı­rаq tаy­fа­sı), Cо­mərd, Çоr­mаn, Tir­ke­şə­vənd (Tür­keş­kənd), Qаn­lı­kənd, Əs­rik, Çоv­dаr, Tə­kə­qа­yа, Bаr­mаq (Bər­mək), Qu­zey­çir­kin (quz­lаr, оğuz­lаr), Bоz­lu, Аy­rım, Аb­dul­lаu­şа­ğı (Аb­dаl­lаr), Zül­fü­qаr­lı, Ke­çi­li­qа­yа, Bаş­lı­bel, Qа­rа­gü­ney, Çəp­li (çəp­ni tаy­fа­sı), Zаr, Zi­vel, Yаn­şаq, Sö­yüd­lər (biz Se­yid­lər de­yi­rik) və bir sı­rа bаş­qа yа­şа­yış məs­kən­lə­ri­ni, Çi­çək­li, Sö­yüd­lü, Qа­zı­хаn­lı, Аb­dаl, Qа­rа­хаn­lı, Bа­ğır­хаn, Tах­tа və b. yаy­lаq­lа­rı, Qа­rа­mаn­lı, Хən­dək, Güz­dək, Tə­lə­lər, Аlu­luq, Qu­tur­lu (Qо­tur­lu ki­mi iş­lə­di­rik), Tər­tər, Də­li­dаğ, Key­ti, Tа­mа­şа, Qоç­dаş, Dik­yurd, Yel­li­cə, Аy­dо­ğаn, Qоş­qаr və s. dаğ, də­rə, əkin-bi­çə­nək аd­lа­rı­nı – türk ­mən­şə­li tо­pо­nim­lə­ri gös­tər­mək оlаr.


Oykonimlər
 
İstisu qəsəbəsi onun ərazisində çıxan mineral «istisu»yun adı ilə bağlıdır.
 
Abdullauşağı kəndi Abdulla adlı şəxsin adi ilə bağlıdır. Abdullauşağı, yə­ni Abdulla kişinin nəslindən olanlar və ya Abdulla kişinin uşaqları yaşayan kənd kimi nəzərdə tutulur.
 
Ağqaya kəndi - onun ətrafında olan Ağqayanın adı ilə bağlıdır.
 
Ağyataq kəndi - kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı  çox yüksəkdir. Bu əraziyə bəzən də «Yağ yataq» deyirlər. Kəndin ərazisində «Ağyataq» adlanan mineral filiz yatağı sahəsi da var. Kəndin adı buradan götürülmüşdür. 

 
Ağdaban kəndi  Murovdağ silsiləsinin ətəyində yerləşir. Kəndin yerləşdiyi ərazidə çox sayda fıstıq ağacı var. Fıstıq ağacı olan ərazi həmişə ağ dumanla örtülü olur. Dumanlı dağ silsilələrində həmişə şeh olur. Duman şehliyir, elə­­­­­­­­ bil ki,  göydən ağ buludlar yerə damır. Kənd ağsaqqallarının söylədiklərinə gö­rə əv­vəllər kəndin adı Ağduman və ya Ağdaman adlanırmış, sonradan bu söz Ağ­daban adlanıbdır.
Başqa bir variantda Ağdaban sözünün yaranmasını monqol-tatarların Az­ə­r­­­­­bay­cana gəlməsi ilə əlaqələndirirlər. Deyilənlərə görə monqol-tatar qoşunları sə­fər za­manı Murovdağ silsiləsindən aşarkən indiki Ağdaban kəndinin yerləşdiyi ərazidə dincəlməli olurlar. Bu ərazidə dağ ağ rəngə çalır. Daban monqol-tatar ləhcəsində dağ deməkdir. Ağdaban yəni, Ağ rəngli dağın ətəyində yerləşən kənd deməkdir.
Kəndin bünövrəsini XIX əsrin sonlarında Kəlbəcərin Dəmirçidam kəndindən gələn Məşədi Məmmədalı, Məşədi Hümbət, Kərim, Qasım və bir neçə nəfər digər qohum - əqrəba qoymuşlar.
 
Ağdaş kəndinin adı Ağdaş dağının adından göturülmüşdür. Kənd ağ rəngli qayaları olan dağın ətəyində yerləşir.
 
Ağcakənd - Laçın rayonunun Ağcakəndində yaşayan varlı adamlar mal-qoyun saxlamaq üçün bu kəndin yerləşdiyi ərazidən binə yeri kimi istifadə edirmişlər. Kəndin bir nəfər varlı sakini Ağca adlanan qızını ərə verir. Həmin qız öz həyat yolda­­­­­­­­­­­­şı ilə yaşamaq üçün bu binə yerinə gəlir və kəndin bünövrəsini qoyurlar. Ağcanın şərəfinə kəndi Ağcakənd adlandırırlar. Ağca sözünün mənası ağ rəng deməkdir.
 
Alaqaya kəndi - kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir. Bu ərazidə kənddən 2-3 km məsafədə ala rəngli böyük bir qaya var. Hə­min qayanın adı ilə kənd belə adlanır.
 
Alçalı kəndləri: rayonun ərazisində 3 Alçalı kəndi var. Alçalı (Qılışlı sovetliyi), Alçalı (Daşbulaq sovetliy) və Alçalı (Günəşli sovetliyi) - bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar.  
 
Almalıq kəndi - kəndin sakinləri əvvəlki dövrlərdə kəndin «Gözlü bulaq» və «Otaqlar» adlanan ərazilərində yaşayıblar. Sonralar kənd sakinləri hər tərəfdən al­ma ağacları ilə bol olan meşə örtüyü ilə əhatə olunan ərazidə məskunlaşıb və həmin ərazini də Almalıq adlandırıblar.
 
Alırzalar kəndinin adı onun bünövrəsini qoyan Alırza adlı bir şəxslə bağlıdır.
 
Alolar kəndi - bu kənd Dərələyəzdən gəlib burada məskunlaşan Alo adlı kişinin adı ilə  bağlıdır.
 
Armudlu kəndi armud ağacları ilə bol olan ərazidə yerləşdiyinə görə belə adlanır.
 
Allıkənd - kənd allı-güllü bir ərazidə yerləşir. Kəndin ərazisində «Albuxara» adlı gavalı bitir. Kənd həm  allı-güllü bir ərazidə yerləşdiyinə, həm də Albuxara gavalısının bitdiyinə görə Allıkənd adlanır. Allı, yəni həm allı-güllü-çi­çək­li, həm də albuxara bitən yer deməkdir.
 
Ayrım kəndləri - Yuxarı Ayrım və Aşağı Ayrım kəndlərinin adları türk ayrım tayfalarının adı ilə bağlıdır. Bu kəndlər əvvələr Yuxarı Binə və aşağı binə alanıblar.
 
Babaşlar kəndinin adı  Babakişi adlı şəxslə bağlıdır.
 
Başkənd başqa kəndlərə nisbətən yuxarı səviyyədə, yüksəklikdə yerləşdiyinə görə belə adlanır.
 
Bağırlı kəndinin adı  Bağır adlı şəxslə bağlıdır. 
 
Bağırsaq kəndi - bu kənd Bağırsaq adlanan dərədə yerləşir. Dərənin əyri, dolayı, uzun yolları var. Dərə sanki bağırsağa oxşayır. Bağırsaq  sözü  də bura-dan gö­tü­rülmüşdür.
 
Bağlıpəyə kəndi - bu kənddə olan hər hansı bir hadisə və ya sirr kənd ağ­saqqallarının icazəsi olmadan kənara çıxmazmış. Kəndin sakinləri olmayan kənar şəxslərin kəndə girməsi də ağsaqqalların icazəsi ilə həyata keçirilərmiş. Kənd elə bil bağlı, qapalı həyat tərzi keçirirmiş. Kəndin adı sakinlərin belə hərəkətləri ilə bağlıdır.
Pəyə mal-qara saxlanılan yerə deyilir. Bu kəndin ərazisində yolları hər tərəfdən  bağlı və lazımi yerdən girişi olan pəyələr də olub. Bağlıpəyə sö­zü­nün bu­ra­dan əmələ gəlməsini deyənlər də var.
 
Bazar kəndin adı onun bünövrəsini qoyan türk «Bazar» tayfalarının adı ilə bağlıdır.  
 
Başlıbel kəndi - kəndin ərazisi qədim yaşayış məskəni olub. Başlıbel kəndinin əra­zisində iki yüksək yal beli (dağ aşırımı) var. Bu yal be­linin biri ilə Tərtər vadisinə, o birisi ilə isə Həkəri vadisinə getmək olur. Qarabağdan Sarıyerə, Qaraarxaca, Taxtadüzə, Sərkərə, Laçın istiqamətinə və s. gedən el yolunun axırıncı aşırımı bu yal bellə­rindən keçir. Başlıbel, yəni bu ərazinin yüksəkliyinin baş hissəsində olan axırıncı yal aşırımı, başda olan yal beli deməkdir. Bu yallar iki olduğundən «du­bel» (du iki deməkdir, Başdubel, Başlıbel və.s) adlanır. Başlıbel sözünün bura­dan yarandığı ehtimal olunur.
Kəndin bünövrəsini Laçın rayonunun Böyük (Baş) Seyidlər kəndindən gələn Seyid Nəbi, Seyid Əsəd, Seyid Abbas, Alı Xəlifəli, Kərbəlayı Cəfərli qoymuşlar.
 
Barmaqbinə kəndi - bu kənd keçmişdə binə olan ərazidə yerləşdiyinə gö­­­rə belə adlanır. Barmaq dağ tirəsi mənasını verir (barmağa oxşadığına gö­rə).
 
İmanbinəsi (Əhmədoğlununşamı) kəndinin adı onun bünövrəsini qoyan İman adlı bir şəxslə bağlıdır. Bu kəndə el arasında Əhmədoğlunun şamı da deyirlər.
 
Bəzirxana kəndi - bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib - be­cə­­rirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülmüşdür. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Ev himləri (özülləri) qazılarkən köhnə ev dıvarlanının qalıqları, alt-üst mərtəbəli qəbirlər, yerin altında gizlədilmiş bütöv saxsı küplər və s. aşkar edilirdi.
 
Yeni kəndin bünövrəsini təxminən 1850-1860-cı illərdə (XIX əsrin ortalarında) Zəylik kəndindən gələn Kərbəlayı Hüseyn, Mol­la Həsən, Kərbəlayı Təhməz, Kəlbəcərdən gələn Şükürlər tayfasının ulu ba­ba­sı İsmayıl qoymuşlar.
 
Boyaqlı kəndi - bu kəndin ərazisində boyaq otları bitir. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kənbin adı buradan götürülmüşdür.
 
Bozlu kəndi - kəndin bünövrəsini Babaşlar kəndindən gələnlər qoymuşlar. Kənd yerləşdiyi ərazi qonur, boz rəngə çalır. Bozlu sözü buradan əmələ gəlmişdir. Kəndin adını Bozlu türk tayfalarının adı ilə bağlayanlar da var.
 
Böyükdüz  kəndi - kənd ərazisi böyük olan bir düzdə yerləşdiyinə görə be­lə adlanır. Bu kəndin bünövrəsini Laçın kəndindən gələnlər qoymuşlar. 
 
Cəmilli  kəndinin adı onun bünövrəsini qoyan Cəmil adlı bir şəxslə bağ­lı­dır.
 
Comərd kəndi - bu kəndin bunövrəsini Dərələyəzdən gələnlər qoymuşlar və öz keçmiş kəndlərinin adı ilə adlandırmışlar.
Qocaman (yaşlı) ağsaqqalların söylədiklərinə görə XV-XVI əsrlərdə Dərələyəzdən Cani (Canlı) varlı bir çodar Qara Kilisə (indiki Sisiyan) rayonuna mal almağa gedib. Çox sayda iribuynuzlu mal alıb evinə qayıdarkən, bir oğlandan xahiş edir ki, bala mənə kömək et malları dağın o biri tərəfinə aparaq, sənə hörmət edərəm. Oğlan çodara kömək edib malları dağın o biri tərəfinə aparanda payız fəsili olduğundan şiddətli qar yağmağa balşlayır. Çodar ehtiyyat edir ki, oğlan geriyə tək qayıtsa borana düşə bilər. Ona görə də oğlana deyir ki, gedək bizə, havalar yaşxılaşanda səni  evinizə apararam. Həmin il qış sərt keçir və dağ­lardan keç­mək müm­kün olmur. Oğlan yaza kimi çodarın evində qalır. Çodar varli olub və övladı yox imiş. O, oğlana deyr ki, bala mənim övladım yoxdur və var-dövlətimə sahib qalan heç kimim yoxdur. Qal mənə oğulluq et, var-dövlətim sənə qalsın. Oğlan razılaşır. Yazda dağlardan qar əriyib adamların keçməsinə imkan yaranandan sonra kişi oğlanla birlikdə Qara Kilisəyə gedir. Oğlan gilin kəndinə yaxınlaşanda kişi ondan evlərinin yerini soruşur. Oğlan evlərini ona göstərir. Kişi oğlanı onların qonşuluğunda olan evə aparır. Ev sahibi onlara oğlanın itgin düşməsini və ona yas da verilməsini danışır. Kişi oğlanı həmin evdə qoyub oğlan gilə gedir. Hal - əhvaldan sonra əhvalatı onlara danışır. Tam dəqiqləşdirəndən sonra ata-anasının razılığı ilə oğlanı oğulluğa götürür və geriyə, Dərələyəzə qayıdır. Kişi öləndən sonra onun var-dövləti oğlana qalır. Həmin oğlanın oğlanlarından biri Kəlbəcərin Comərd kəndinə köçüb kəndin bünövrəsini qoyub. Yəqin ki, o, öz atasının əvvəlki kəndinin adını bu kəndə qoyub. 
 
Çaykənd - bu kənd Tərtər çayının sahilində yerləşdiyinə görə belə adlanır.
 
Çapar kəndi - bu kənd rabitə üçün əlverişli olan yolların üstündə yerləşdi­yinə görə belə adlanır. Çapar qasıd, rabitəçi (poçtolyon) deməkdir. Türk ordusunda xüsusi xidmətçilərə-qasidlərə çapar deyilirdi.(58)
 
Çayqovuşan kəndi - bu kənd bir neçə çayın qovuşduğu ərazidə yerləşdiyinə görə belə adlanır.
 
Çəpli  kəndinin  adı çəpli türk  tayfasının adı ilə bağlıdır.
 
Çıraq kəndi - kəndin bünövrəsini çıraqlı türk tayfası qoymuşdur. Kənddə ilk məskunlaşan Qazax rayonundan «Qazax Əhməd» ləqəbli bir şəxs olmuşdur. Kəndin adı həmin tayfanın adı ilə bağlıdır. 
 
Çıldıran kəndinin bünövrəsini Türkiyənin Çıldıran vilayətindən gələnlər qoyublar. Kəndin adını öz əvvəlki yerlərinin adı ilə adlandırıblar.
 
Çərəkdar kəndi - Çərəkdar dar keçid dəməkdir. Kəlbəcərə gedib-gələn yollar bu dar keçiddən keçdiyinə görə kənd Çərəkdar adlanır.
 
Çorman kəndi - Orman türkcə meşə deməkdir. Kənd meşənin içərisində yerləşdiyinə görə Çorman adlanır. Orman sözü assimliyasiya olunub Çorman şək­­­­­­lini almışdır. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Kəndin bünövrəsini XVI-XVII əsrlərdə Qoçnalı adlı bir şəxs qoymuşdur.
 
Çovdar kəndi - Çovdar və Kərəm adlı iki varlı çodar məskunlaşmaq üçün Çovdar və Şahkərəm kəndlərinin ərazisinə gəliblər. Çovdar kişi Çovdar kəndinin bünövrəsini qoyub və kənd onun adı ilə bağlıdır.
 
Çopurlu kəndinin adı onun bünövrəsini qoyan Çopur Hüseyn adlı şəx­­slə bağlıdır.
 
Çobankərəkməz kəndi - kərəkməz türk dilində lazım deyil mənasını verir. Yəni bu kəndə çoban lazım deyil.
 
Damğalı kəndinin adı Damğalı tayfasının adı ilə bağlıdır. Damğa sözünün mə­nası nişanə demkdir. Orta əsr mənbələrinə görə oğuzlarda damğa dövlət gerbi sayılmışdır. Tamqalıq tayfaları Ön Asiyaya monqollarla gəlmişlər.
 
Daşbulaq (keçmiş Oktyabrkənd) kəndi - kəndin əvvəlki adı Kilsəli olub. Həmin ərazidə qədim alban kilisələri var. Sonralar kəndin adı dəyişdirilib Daşbulaq qoyulmuşdur. 1956-cı ildə kəndin adı yenidən dəyişdirilərək Oktyabr inqilabı şərəfinə Oktyabrkənd adlandırılıb. 1992-ci ildə kəndin əvvəlki adı-Daşbulaq bərpa edilib.
Kəndin yerləşdiyi ərazidə daşdan düzəldilmiş iki vannası olan bir bulaq var. O vannaların hər biri 2 metr uzunluğunda, 1 metr enində və 60 santımetr hün­­dürlüyün­dədir. Hər bir vanna bütöv daşdan əl ilə yonulmuşdur. Hər bir vannanın üzərində qə­dim alban hərfləri ilə yazılmış mətn vardır. Yazılar hər bir van­nanın bütöv üstünü əha­­­­­­­­­tə edirdi. Bulaqdan axan su əvvəl vannanın birinə axır­­dı, o vanna dolandan sonra su əl ilə  açılmış  xarım vasitəsilə  o biri vannaya tökülü­r­dü. Kənd camaatı bu vannalardan ancaq içməli su qabı kimi istifadə edirdilər. Bu vannalardan bəzən yemək ya­ğı, qatıq və pendir saxlanan tuluq və dəriləri yumşaltmaq üçün də istifadə edir­­­­­­­dilər. Həmin tuluqları bu vannalarda bir neçə gün suyun içərisində saxlayırdılar, tuluq yumşalandan sonra öz əvvəlki işlək halına düşürdü. Kəndin adının Daşbulaq olması bu iki qoşa daş vannası olan bulağın adı ilə bağlıdır.
 
Dərəqışlaq kəndi qışda mal-qoyun saxlanılan dərədə yerləşdiyinə görə belə adlanır. Qışlaq sözünün mənası qışda yaşayış yeri deməkdir.
 
Dəmirçidam kəndinin ərazisində qədim tikili yerləri var imiş. Tikinti kalafalarının birinin yerini qazarkən dəmirçi körüyünün dəmir kütlələri (qalıqları) tapılmışdır. Ona görə də kənd Dəmir­çi­dam adlandırılıb.
 
Dovşanlı kəndi dovşanlı tayfasının adı ilə bağlıdır. Mənbələrə görə Dovşanlu Azərbaycanda məskunlaşmış Ayrım tayfalarından biridir.
 
Əsrik kəndinin bünövrəsini XVIII əsrin sonlarında Tovuz rayonunun Əsrik-Cırdaxan   kəndindən gələn Şano qardaşları qoymuşlar və kəndin adını öz əvvəlki kəndlərinin adı ilə adlandırmışlar. Kəndin mərkəzindən axan çay onu iki hissəyə ayırır. Kəndin bir hissəsi «Koralılar», digər hissəsi isə «Avdıuşağı» adlanır. Koralılar sözü kəndin ilk sakinlərindən olan Alı kişinin adı ilə bağlıdır. Gözləri balaca olduğuna görə ona «Kor Alı» ləqəbi veriblər. Bu hissədə Kor Alı­nın törəmələri yaşayıblar. Kəndin digər hissəsində isə Avdı kişinin tö­rə­mə­lə­ri yaşadıqlarına görə onun adını daşıyır.
 
Fətallar kəndinin adı onun bünövrəsini qoyan Fətalı adlı şəxslə bağlıdır.
 
Göydərə kəndi Göydərə adlanan ərazidə yerləşdiyinə görə belə ad­la­nır. Dərə göy rəngə çalır.
 
Günəşli (keçmiş Kilisəli) kəndi - kəndin adı 1992-ci ilə qədər Kilisəli idı. Bu kəndin yerləşdiyi ərazidə bir neçə qədim alban kilisəsi olduğuna görə kənd belə adlanırdı. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyulub. Kəndin ərazisi güney (cənub) olduğundan həmişə günəşli olur. Ona görə də sonradan kənd Günəşli ad­la­ndırılıb.  
 
Güneypəyə kəndi güney adlanan ərazidə yerləşdiyinə görə belə adlanır. Güney günəşin çox düşdüyü, yəni cənub hissəyə, yerə deyilir. Pəyə mal töv­lə­sı­nə deyilir. Yəni güneydə yerləşən mal tövlələrı olan kənd deməkdir.  
 
İlyaslar kəndinin adı onun bünövrəsini qoyan İlyas adlı şəxslə bağ­lıdır.
 
Hacıkənd (keçmiş Sınıq Kilisə) kəndi - kəndin adı onun ərazisində uçu­lub, dağılmış alban kilisələri olduğuna görə Sınıq Kilisə adlanırdı. Kəndin bü­növ­rəsini Ələmşah adlı bir şəxs qoymuşdur. Ələmşah Kəlbəcərdən ilk Haca gedənlərdən bi­ri olmuşdur. Hacı titulunu alan Ələmşah bu kənd camaatının ulu babasıdır. 1992-ci ildə kəndin adı dəyişdirilib Hacı Ələmşahın şərəfinə Hacıkənd adlandırılmışdır.
 
Hacıdünyamalılar (keçmiş Vəng) kəndi - kəndin adı onun bünövrəsini qoyan Hacı Dün­ya­malının şərəfinə belə adlanır.
 
Həsənlər kəndinin adı onun bünövrəsini qoyan Qara Həsən adlı bir şəxslə bağlıdır. Həsənlər, yəni Həsənin nəslindən olanların yaşadığı kənd de­mək­dir.
 
Həsənizi kəndi - kəndin yerləşdiyi ərazi Həsən bəy adlı bir varlının qışlaq yeri imiş. Həsən bəy yay aylarında mal-qoyunlarını yaylamaq üçün Gülüs­ta­na çıxararmış. Payız mövsümündə qar yağanda qışlağa qayıdarmış. Bir dəfə o, yaylağa çıxıb qışlağa qayıtmır. Bu kəndlə qonşu olan Umudlu kəndində Qazax ra­­yonundan varlı bir «qaçaq» yaşayırmış. Bu qaçaq öz adamlarını göndərir ki, ge­din görək Həsən bəy niyə qışlağa qayıtmayıb. Həmin adamlar Həsən bəyin dalınca Gülüstana ge­dir­lər. Onlar oraya çatanda görürlər ki, Həsən bəyin mal-qo­yununun xeyli hissəsi məhv olub, salamat qalan 10-15 baş mal-qoyunla Həsən bəy Go­ran­bo­ya-arana tərəf gedib. Həmin vaxt qar yağdığına görə Həsən bəyin izi gö­rü­nür­müş. Bu hadisəyə görə də Umudlu kəndinin adamları Həsən bəyin qışlaq ye­ri­ni «Həsənin izi» adlandırıb, bə­zi­lə­ri isə köçüb orada məskunlaşıblar.   
 
Heyvalı kəndi - kəndin adı heyva meyvəsinin adı ilə bağlıdır.
 
Hopurlu kəndi - kəndin adı Laçın rayonunun Mirik kəndindən gəlib bu­ra­da məskunlaşan Hopur Hüseynin adı ilə bağlıdır.
 
Xallanlı kəndi - kəndin adı Türkiyənin Çataçat vilayətindən gəlib bu əra­zi­də məskunlaşan xallanlı tayfasının adı ilə bağlıdır.
 
Xöləzək kəndi - xöləzək xanəzək və ya xıləzək sözlərindən əmələ gəl­mişdir. Belə ki, xanəzək - xan kimi yaşayan, xıləzək isə çox, həd­din­­dən artıq mə­­na­sını verir. Bu kəndin ərazisində yaşamaq üçün bol məhsul ve­rən münbüt torpa­q­­­­lar, əkin yerləri, mal-qoyun saxlamaq üçün geniş otlaqlar, yay­laqlar var. Xö­lə­zək sözünün istər xanəzək, istərsə də xıləzək sözlərindən yaran­masına bax­ma­ya­raq, hər iki halda yaşamaq üçün hər bir şəraiti olan yaşayış yeri mənasını verir. Kən­din bünövrəsini Laçın rayonunun Alxaslı kəndindən gələn «Kor Novruz» lə­qəb­li şəxs qoymuşdur.
 
İstibulaq kəndi - kəndin əvvəlki adı Üstübulaq olub. Kəndin üstün­dən, yə­ni yuxarı tərəfindən çox sayda bulaq axdığına görə belə adlanırmış. Bu kən­din bünövrəsini Sınıq Kilisə kəndindən olan Topal İsmayıl adlı bir şəxs qoy­muşdur. Onun bir neçə oğlu var imış. Yaşayış yeri (məhlə yeri) olmadığından o, gə­­lib Kilsə kəndində yaşayan Qasım üşağının Babası Məhərrəm kişidən öz uşaq­larına ev tikmək üçün yer istəyir. İstibulaq kəndinin ərazisi Məhərrəm kişiyə məx­­­sus imiş. Məhər­rəm kişi həmin yeri Topal İsmayıla bağışlayır.
İstibulağın ərazisində kənd camaatının məskunlaşmasından qabaq «Ay­am­»­  adlı qədim bir alban tikintisinin abidəsi var idi. Sonradan bu tikilini sö­küb, ye­rin­də kənd sovetinin (kolxozun idarə heyətinin) binasını inşa ediblər.
 
Kaha kəndi - kəndin adı onun ərazisində çox sayda kahalar olduğundan belə adlanır.
 
Kəndyeri kəndi - bu kənd qədim zamanlarda yaşayış yeri olub, sonralar xa­ra­ba­ya­ çevrilib (uçub dağılmış) kəndin yerində salındığına görə belə adlanır. 
 
Kərəmli (İmarət Qərvənd) kəndi - Murovdağ silsiləsi ilə Qocaqurd (Xocayurd) dağı ara­sın­da yer­lə­şir və meşəliklə örtülmüşdür. İndiki Kərəmli kəndi, 1993-cü ilə qədər İmarət-Qərvənd ad­lanıb və iki his­sə­dən ibarət olub. Camaat arasında kəndin şərq hissəsi Kərəmli, qərb hissəsi isə Almədətli (Alməətli) adlanırdı. Ev­lərin çoxu Kərəmli adlanan hissədə idi. Almədətli adlanan hissəni Gərək çayı iki hissəyə bölür. Gərək çayı Tərtərçayın sol qoludur və mənbəyini Murovdağ silsiləsinin ətəklərindən - Daşağıl, Çayqovuşan, Qaraqaya, Yel­li­yal yaylaq­la­rın­dan götürüb, İmarət-Qərvənd kəndini keçərək Qazı qəbirstanlığının yaxınlığında yerləşən «Xot» deyilən günbəzin sağ tərəfindən Tər­tər çayına tökülür. Gərək çayının sağ qolu Ağdaban çayı adlanır. Ağdaban çayı Gərək çayının bir neçə qolundan biridir. Amma xəritələrdə Gərək çayı səhvən Ağdaban çayı kimi qeyd edi­lir. Gərək çayı öz adını «Gərək» adlanan kənddən götürür. XVIII əsr mənbələrində Gərək çayının adı çəkilir. Çayın yuxarı və aşağı hissələrində «Gərəyin düzü», «Gərəyin qəbirstanlığı» adlanan yerlər var.
Xanlıqlar dövründə söz gedən ərazilər «Kolanı mahalı» adlanmışdır. Mənbələrdən mə­lum­ olur ki, bu  mahal şərqdən və cənub-şərqdən «Xəmsə» məlikləri, qərbdən isə Göyçə ma­ha­lı ilə sərhəd olmuşdur. Kolanı mahalının kəndlərindən biri olan Gərravənd (Qərvənd) kəndi də «Kolanı yurdu» kimi xatırlanan Uşacıq kəndi ilə üzbəüz olmuşdur. Ümumiyyətlə, Tərtər­ça­yın orta axarında yerləşən oba və kəndlərin əhalisi türk tayfalarındın biri olan Ko­la­nı tayfasından ibarət olmuşdur. 
 
Gərravənd (Qərvənd) kəndi XIX əsrin 40-cü illərində I, II, və III Gərravənd kimi xatır­lanır. Gər­ra­vənd oykonimini Gərayvənd, yəni Gəraya məxsus olan tayfa, qəbilə kimi də izah et­mək olar. Çox ehti­mal ki, Gərravənd əhalisi mən­bələrdə adı çəkilən «Gərək» kəndinin əhali­si­dir. Gərravəndi burada «Gə­rək­vənd» kimi də izah etmək olar.
XIX əsr mənbələrində I Gərravənd kimi tanınan kənd sonralar İmarət- Gərravənd adlan­dırılmışdır. İmarət-Gərravənd kənd icmasına bu günkü Sərsəng su anbarı ilə Ağdaban kəndi ara­sında yerləşən Umud­lu, Qayapəyə, Zərifli, Seyidlər, Çıraqlı, Qaragözlü, Kərəmli, Qazıxanlı, Rəsilli, Almədətli, Alıbəyli, Ərik­li, Bəylik oba və kəndləri daxil olmuşdur.
 
XIX əsrin ortalarından Kərəmli ayrıca kənd kimi xatırlansa da, sonralar İmarət-Gərra­vənd kənd icmasının tərkibində adı çəkilir. 1905-1918-ci illərdə Qavqaz cəbhəsindən qaçıb bu yerlərdə gizlənən erməni silahlı bandalarının müsəlmanlara qarşı törətdikləri ölüm və qır­ğın­lan­lar­la müşayiət olunan vəhşiliklərdən sonra adı çəkilən oba və kəndlər dağıdılmışdır. 1920-ci il­dən sonra geri, öz yurduna qayıdan müxtəlif kənd və obalardan olan ailələr əsasən Kərəmli ad­la­nan hissədə yerləşmişlər. Ona görə də kənd camaat arasında Kərəmli kimi tanınmış, bura qa­yı­dan ailələr İmarət-Qərvənd icmasına aid olduğu üçün sənədlərdə İmarət-Gərravənd (İmarət-Qərvənd) kimi qeyd edilmişdir.
İmarət-Qərvənd (Kərəmli) Ağdərə (Mardakert) rayonunun ən böyük azərbaycanlı türk əhalisi yaşayan kəndi olmuşdur. 1991-ci il sentyabrın 17-dən 24-nə qədər gedən döyüşdə er­mə­ni­lər kənddə olan rus hərbiçilərinin köməyi ilə evlərin çox hissəsini qarət etmiş və yandırmışlar. Kənd 24 sentyabr 1991-ci ildə işğal edilmişdir. Kənddə salamat qalmış bəzi evlər isə dekabrın 18-də yandırılıbdır. Kənddə olan rus hərbiçiləri öz «missiyalarını» yerinə yetirərək kəndi tərk et­di­lər və kənd tamamilə xarabalığa çevrilib.
İmarət-Qərvənd kəndi 1600-ə qədər əhalisi olan 320 təsərrüfatdan ibarət idi. İmarət-Qər­vənd və Ağdaban uğurunda gedən döyüşlərdə 15 nəfər şəhid olmuş, 47 nəfər yaralanmışdır.
Ağdərə rayonu ləğv edildikdən sonra İmarət-Qərvənd kəndinin ərazisi Kəlbəcər rayonuna verilmiş və kənd rəsmi olaraq Kərəmli kimi qeyd edilmişdir. 2010-cu ilin məlumatına görə burada 302 nəfər qeydiyyatda olmuşdur. İmarət-Qərvənd kəndinin əhalisinin qalan hissəsi isə əsasən Tərtər rayonunda Çardaqlı kəndi adı altında yaşayır. İmarət-Qərvənd adı isə səhlənkarlıq nəticəsində heç bir yerdə qeydiyyatda yoxdur və tarixi adlardan biri beləcə yox olmaqdadır.
 
Keştək kəndi - Keştək sözü tək-tək məskunlaşan deməkdir, yəni tək köç
mə­nasını verir. Belə ki, Keştək ərazisində məskunlaşan adamlar Dərələyəzdən tək-tək gəlib burada məskunlaşıblar. Bir ailə gəlib burada məskunlaşandan sonra başqa bir ailə onlara baxıb məskunlaşırmış və s.
 
Keçiliqaya kəndi - bu kəndin yerləşdiyi ərazidə dağ keçiləri yaşayan, bö­yük­ qayaları olan dağ  olduğuna görə  belə adlanır. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Kəndin bünövrəsini Gəncənin Balçılı kəndindən gələn Hüseyn adlı bir şəxs qoymuşdur. 
 
Kolatağ kəndi - Kolatağ kolətək sözündən götürülmüşdür. Kolətək, yəni me­şə ətəyində yerləşən kənd deməkdir. Kol kiçik ağac mənasını verir.
 
Qasımlar (keçmiş Kilsə) kəndi - bu kəndin əvvəlki adı Kilsə idı. Kəndin əra­zisində qədim alban kilsələri olduğuna görə belə adlanırdı. 1992-ci ildə kəndin adı dəyişdirilib onun bünövrəsini qoyan Qasımüşağı adlanan tayfanın şərəfinə Qasımlar adlandırılmışdır.
 
Qamışlı kəndi - kənd yerləşdiyi ərazinin üst (yuxarı) hissəsində, ətrafında qa­mış bitən balaca bir göl var. Ona görə də kənd Qamışlı adlanır.
 
Qazıxanlı kəndinin adı onun bünövrəsini qoyan Qazının şərəfinə belə ad­la­nır.
 
Qalaboynu kəndi - bu kənd hər birinin başında qala olan iki dağın arasında yer­­­­­­­­ləşdiuinə görə Qalaboynu adlanıır.
 
Qasımbinəsi kəndi - kəndin adı onun bünövrəsini qoyan Qasım adlı bir şəxsin adı ilə bağlıdır.         
 
Qaragüney kəndi - rayonun ərazisində iki Qaragüney kəndi var. Onlardan biri Zülfüqarlı, digəri isə Comərd sovetliyinin ərazisində yerləşir. Bu kəndlər Qaragüney adlanan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir.
 
Qanlıkənd - bu kəndin bünövrəsini Keştək kəndindən gələn Mərdan adlı bir şəxs qoymuşdur. 1917-ci il inqilabına kimi kəndin adı Mərdanlı olmuşdur. Sonralar bu­ kəndin camaatı ilə İlyaslar kəndinin camaatı arasında dəfələrlə qanlı ölüm hadisələri olduğuna görə kənd belə adlandırılmışdır. Başqa bir ehtimala görə kəndin adı kanqlı türk tayfalarının adı ilə bağldır.(49)
 
Qaraxançallı kəndi - kəndin adı onun bünövrəsini qoyan tayfanın adı ilə bağ­lıdır.
Qarabağ xanlığının qoşunu ilə birlikdə yadelli işğalçılara qarşı döyüşən əs­gərlər sırasında Kəlbəcərdən olan dəstədə Allahverdi adlı bir şəxs var imiş. O, hündürboy adam olub. Döyüşün qızğın çağında xana xəbər çatdırırlar ki, qoşunun içərisində hündürboy bir əsgər düşmən qoşununu qırıb-çatır (öldürür). Döyüşdən sonra xan həmin əsgəri yanına çağırtdırıb təşəkkür edir və ona bağışlamaq üçün bir qılınc sifariş edir. Qılınc Allahverdinin boyunun hündürlüyünə görə uzun olur. Qılıncın uzunluğuna görə də ona Karaxançallı ləqəbi verirlər. Kara türkcə böyük deməkdir, karaxançal, yəni uzun xan­çal. Kəndin bünovrəsini də XVI-XVII əsrlərdə həmin Karaxançallı Allahverdi qoyub.
 
Qılınclı kəndi - kəndin adı onun bünövrəsini qoyan qılınclı tayfalarının adı ilə bağ­lıdır.
 
Dal Qılınclı kəndi - kəndin adının birinci hissəsi yuxarı mənasını verir, yə­ni Qılınclı kəndinə nisbətən yuxarı hissədə yerləşən Qılınclı deməkdir.  
 
Qaraçanlı kəndi - bu kəndlər (üç kənd: Aşağı, Orta və Baş Qaraçanlı) Qoçdaş dağının ətəyində yerləşirlər. Bu dağ həmişə dumanlı, çiskinli olur. Çən el arasında dumanlı-çiskinli hava şəraitinə deyilir. Buradan da Qaraçanlı (qara çənli) sözü yaranmışdır. Bu kəndin ərazisində «Uluxan» adlı qədim alban qalası var. Ona görə də bu kəndə Uluxan Qaraçanlısı da deyirlər.
 
Qozly kəndi - kəndin adı onun yerləşdiyi ərazidə bol məhsul verən qoz ağac­­­larının çox olması ilə əlaqədardır.
 
Qozlu körpü kəndi - bu kənd Tərtər çayının sahilində yerləşir. Həmin əra­zi qoz ağacları ilə boldur. Çox güman ki, kəndin yerləşdiyi ərazidə qoz ağac­la­rından çay üstündən körpü salındığına görə belə adlanır.
 
Quzeyçirkin kəndinin adı onun bünövrəsini qoyan «Quzeyçirkin» adlanan qədim türk tayfasının şərəfinə belə adlanır. 
 
Qızılqaya kəndi - bu kəndin ərazisində qırmızı rəngə çalan (qızıla bən­zər) qa­yaların, dağ silsilələrinin olması ilə əlaqədar kənd belə adlanır.
 
Laçın kəndi - kəndin bünövrəsini XVIII əsrdə Laçın rayonundan gələn Xudayar, Allahyar və Bərxudar qoymuşlar. Xudayar və Allahyar qardaşdırlar. Kəndin adını öz rayonlarının adı ilə adlandırmışlar.
Digər bir varianta görə kənd Laçın dağının ətəyində yerləşdiyinə görə belə ad­lanır. Laçın sözü quş adıdır. Əlçatmaz sıldırım qayaları olan dağlarda laçın qu­­şu yaşa­yır. Laçın dağının əlçatmaz sıldırım qayaları var. Laçın yalçın, sıldırım mə­nasını verir.
 
Lev kəndi - bu kəndin ərazisində qədim albanların «Lök» adlı bir qalası var. «Lök» sözü el arasında «Löy» səslənir. Lök və Löy sözləri tədricən assimliyasiya olunaraq Lev şəklinə düşmüşdür. 
 
Məmməduşağı kəndi - kəndin bünövrəsini Məmmədüşağı adlı tayfa qoy­duğuna görə kənd belə adlanır.
 
Məmmədsəfi kəndi - kəndin bünövrəsini Məmməd adlı bir şəxs qoy­muş­dur. Bu­­­­ yerlərdə qış çox sərt keçdiyindən Məmməd fikirləşir ki, qış 3-4 ay çəkər, ona görə də  mal-qoyuna 3-4 aylıq ot-yem tədarükü görür. Ancaq qış 5-6 ay çəkir, mal-qoyunun otu, yemi qurtarır və mal-qara məhv olur. El arasın­da onun bu hərəkətinə Məmmədin səhfi deyirlər və kəndin adını da Məm­mədsəfi adlandırırlar. 
 
Mərcimək kəndi - bu kəndin ərazisində yaşayan iki nəfər mərc gəlirlər ki, filan bitki burada bitməz. Biri deyir bitər, o birisi deyir bitməz. Bu bitkinin bu­ra­da bitməsinə əmin olan adam o birisinə deyir ki, mərcimi ək, o birisi həmin bit­kini orada əkir və bitki bitib, inkişaf edir.  Mərcimək  dənli  bitki  növüdür.  Mər­ci­mək­ sözü də buradan yaranmışdır. 
 
Mehmana kəndinin adı onun bünövrəsini qoyan Mehman adlı şəxslə bağlıdır. Mehman sözünün mənası qonaq deməkdir.
 
Milli kəndi (üç kənd: I-II-III Milli kəndləri) - bu kəndin adı Də­rə­lə­yəz­dən gə­lib onun bünövrəsini qoyan «Millilər» adlanan tayfanın adı ilə bağlıdır.
Başqa bir varianta görə kəndin bünövrəsini qoyanlar Azərbaycanın qərb bölgəsi olan Vedi mahalının Milli dərəsi deyilən ərazisindən gəliblər və kəndi öz keçmiş yerlərinin adı ilə adlandırıblar.
 
Mollabayramlı kəndi - kənd Bayram adlı bir mollanın şərəfinə belə adlanır. Hal-hazırdakı  kəndin ərazisi Zar kəndinə məxsus olub. Kəndin sakinləri bu kəndin cənubunda yerləşən qayaların altında «köhnə kənd» adlanan ərazidə yaşayırmışlar. Bu qayaların uçub-dağılmaq qorxusu var imiş. Bayramın arvadı Cahan Zarlı Məşədi Rəşonun qızı olduğundan Məşədi Rəşo özünə məxsus olan torpaq ərazisininin bir hissəsini yeni kənd salmaq üçün Molla Bayrama bağışlayıb.
 
Mozkənd - kəndin yerləşdiyi əraziyə Mozun dərəsi deyirlər. Moz mo­za­lan sö­zündən götürülmüşdür. Bu ərazilərdə iribuynuzlu mal-qara saxlamaq üçün çox yaxşı şərait var. İsti yay günlərində mozalanlar iribuynuzlu malları (inəkləri, öküzləri, danaları və s.) sakit olmağa qoymur, onları dişləyirlər. Mallar mo­za­lanların əlindən zinhara gəlirlər, özlərini dəli kimi aparırlar. Bu yerlərə bəzən də «Dəli moz» deyirlər. Kəndin adı buradan götürülmüşdür.
 
Moz Qaraçanlı kəndi - kəndin yerləşdiyi əraziyə Mozun dərəsi deyirlər. Moz mozalan sözündən götürülmüşdür. Bu yerlərə bəzən də «Dəli moz» deyirlər. Qaraçanlı sözü qara çən, yəni dumanlı çis­kin­li hava şəraitinə deyilir. Kəndin adı moz və qaraçənlı sözlərindən əmələ gəlmişdir.
 
Nadirxanlı kəndi - kəndin adı Dərələyəzdən gəlib onun bünövrəsini qoyan Nadirxan adlı bir şəxsin şərəfinə belə adlanır.
 
Narınclar kəndi - kəndin adını Ağdam rayonunun İsmayılbəyli kən­din­dən bu kəndə ərə gələn İsmayıl bəyin qızı Narınc xanımın şərəfinə Narınclar adlandırıblar. 
 
Nəcəfalılar kəndi - kəndin adı İrandan gəlib onun bünövrəsini qoyan Nə­cəf və Alı adlı iki qardaşın adı ilə bağlıdır.
 
Nəbilər (keçmiş Quşyuvası) kəndi - kəndin ərazisi meşəlikdir və həmin ərazidə çox sayda quş yuvası olduğuna görə Quşyuvası adlanırdı. 1992-ci ildə kəndin adı dəyişdirilib onun bünövrəsini qoyan Nəbi adlı şəxsin şərəfinə Nəbilər adlandırılıbdır. Nəbilər, yəni Nəbinin nəslindən olanlar yaşayan kənd de­məkdir.
 
Otaqlı kəndi - kənd ağsaqqallarının söylədiklərinə görə bir kişi öz oğlunu evləndirəndən sonra gəlin qocalara yaxşı baxmadığı üçün, oğlanın atası oğluna və gəlininə onun evində yaşamalarına icazə vermir. Oğlan yaşayış yeri axtararkən meşədə üstü açıq olan köhnə tağbənd bir tikiliyə (otağa) rast gəlir. Oğlan bu binanın (otağın) üstünü örtüb öz ailəsi ilə orada məskən salır. Ona görə də kəndin adı Otaqlı adlanır.
 
Otqışlaq kəndi - kənd otu bol olan qışlaq yerində salındığına görə belə adlanır.
 
Oruclu kəndinin adı Laçın rayonunun Oruclu kəndindən gəlib onun bünövrəsini qoyan Oruc adlı şəxslə bağlıdır.
Pirilər kəndinin adı onun bünövrəsini qoyan Pirməmməd adlı şəxslə bağ­lıdır.
 
Rəhimli kəndi (keçmiş Aşağıxaç) - bu kəndin bünövrəsini bir neçə ailə qo­­yub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Onlar dağın dibində yer­ləşən Aşağı arxac adlanan ərazidə yaşayırmışlar. Buradan da Aşağı arxac sö­zü yaranmışdır. 1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Rə­him adlı bir şəx­sin şərəfinə Rəhimli adlandırılmışdır.
 
Sarıdaş kəndi - kənd Sarıyal dağının ətəyində yerləşir. Sarıyal dağının ətəyində və kəndin yerləşdiyi ərazidə olan daşlar sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır.
Seyidlər kəndi - kəndin bünövrəsini Gədəbəy rayonunun Arıx kəndindən gə­lən Seyid Allahverdi, Seyid Məmmədalı, Seyid Nəbi və Seyid Bayram adlı şəx­s­lər­ qoymuşlar. Ona görə də kəndin adı Seyidlər adlanır, yəni bünövrəsini se­yidlər qo­yan kənd. 
 
Soyuqbulaq kəndi - kəndin ərazisində soyuq bulaqlar olduğuna görə kənd be­lə adlanır.
 
Susuzluq kəndi - bu kəndin ərazisində su qıtlığı olduğundan kənd belə ad­la­nır.
 
Şaplar kəndi - ağsaqqalların dediklərinə görə Kəlbəcərin bünövrəsini qo­yanlardan biri, Məm­məd kişinin Şapı adlı bir qızı olub. Məmmədin Yuxarı Ayrımdan (Dal­ Ayrımdan) Tanrıverdi (Taro) adlı bir nökəri var imiş. Məmməd qızını öz nö­kəri Tanrıverdiyə ərə verəndən son­ra bu kəndin yerləşdiyi ərazini qızına cehiz kimi bağışlayır və o yeri Şaplar adlandırırlar.
 
Şahkərəm kəndi - Çovdar və Kərəm adlı iki çodar məskunlaşmaq üçün Çov­dar və Şahkərəm kəndlərinin ərazilərinə gəlibər. Çovdar kişi Çovdar kən­dinin bü­növ­rəsini, Kərəm isə Şahkərəm kəndinin bünövrəsini qoyubdur.
Yaşlı kəlbəcərlilərin dediklərinə görə, bir şah Kərəm məs­kun­la­şan əraziyə qonaq gəlir. O vaxtlar şahlar adətən 40 nəfər atlı ilə səfərə çı­xarmışlar. Kərəm şaha yaxşı qulluq eyləyir. Kərəmin 40 nəfər nökər-naibi şahın və onun dəs­tə­­sinin atlarına, qadın qulluqçuları isə şaha və onun əshabələrinə la­yiqincə qulluq edirlər. Şah Kərəmin belə layiqli adam olduğuna çox heyran qalır. Şah Kərəm gil­dən evə qayıdarkən Kərəmə deyir ki, sən Kərəm yox, şah Kərəmsən. O vaxtdan kəndin adı Şahkərəm adlanır.
 
Şeyinli kəndinin adı onun bünövrəsini qoyan Şeyin adlı şəxslə bağ­lı­dır.
 
Şurtan kəndi - çox ehtimal ki, Şurtan sözü şur sözündən yaranıbdır. Şur - zövq, təbiətə vurğunluq deməkdir. Həqiqətən də Şurtan kəndinin yerləşdiyi ərazi zövq oxşayan, gül-çiçəyə bəzənmiş çəmənikdən, səfalı dağlardan ibarətdir.
 
Tatlar kəndi - bu kəndin bünövrəsini Dərələyəzdən gələn Şano adlı bir şəxs qoymuşdur. Şanonun Cəfər adlı oğlu və bir qızı varmış. Şanonun oğlu Cə­fər­dən olanlara Cəfərlilər deyirlər. Rəvayətə görə Şanonun tat millətindən olan bir nö­kə­ri də varmış. Şa­no öz qı­zı­nı­ ona ərə verir. Qızdan olan uşaqlara tatdan ol­an­lar deyirlər. Tatlar sözü də buradan ya­ranmışdır.
 
Taxtabaşı kəndi dağ yüksəkliyində düz olan bir ərazidə yerləşdiyinə görə belə adlanır. Türk dilində taxta dağ yerlərində, yüksəkliklərdə düz olan ensiz sa­hə­lərə deyirlər.
Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Kəndin ərazisi heyvandarlıq üçün əlverişli olduğuna görə 1939-cu ildə Xallanlı kəndindən Hüseynov Səlim və Hüseynov İsmayıl adlı iki qardaş köçüb yeni Taxtabaşı kəndinin bü­növ­rəsini qoyublar.
 
Təkdam kəndi ərazisində tək bir ev, tikili olan ərazidə salındığına görə be­­­­lə ad­­lanır. Yerli əhali arasında bir ev olan yerlərə tək evli və ya təkdam deyilir.
 
Təkəqaya kəndi - bu kəndin yaxınlığında dağ keçiləri yaşayan və başında bö­yük bir düz olan qaya var. Həmin qayada dağ keçiləri yaşadığına görə kənd Təkə­qa­ya adlanır. Təkə keçinin erkəyinə deyilir.
 
Tövlədərə kəndi - bu kəndin ərazisində qış və yay aylarında mal-qoyun saxla­maq üçün çox əlverişli bir şərait olduğundan, bu ərazidə Çıraq kəndinin sa­kinləri töv­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­lə (mal damı) tikib heyvandarlıqla məşğul olurmuşlar. Sonralar həmin yerdə ya­şa­­­­­yış məskəni salıb adını tövlədərə, yəni tövlələr yerləşən dərə qoyub­lar. Kəndin bü­­­­­­növrəsini Məmmədalı adlı şəxs qoymuşdur. O, kənd camaatı­nın ulu babası sayılır.
 
Tirkeşəvənd kəndi - bu kənd 1937-ci ilə kimi Bəylik adlanıbdır. Kənddə çox sayda bəy (Gəray bəy, Həmid bəy, Xosrov bəy, Ca­vad bəy,  Rüstəm bəy, Firudin bəy, Əsəd bəy, Səlim bəy, Məşədi Kərim bəy, Əşrəf bəy, Ədil bəy və başqaları) yaşadığından Bəylik adı verilib. 1937-ci il represiyasından sonra kən­din adı Tirkeşə­vənd adlandırılıbdır. 
Digər bir varianta görə kəndin yaxınlığıında Tutxun çayı üzə­rindən türk­lər tir atıb körpü düzəltdiklərinə görə Tirkeşəvənd adlanır, yəni türk keçən bənd.
Kəndin ərazisi qədim yaşayış məskəni olub. Başqa bir varianta görə bu ərazidə ilk məskunlaşan XVI-XVII əsrlərdə Laçın rayonundan gələn Qotur Məmməd olubdur. O, bu əraziyə gələndə uçulub-dağılmış kənddə divarının üs­tün­də tirkeşəvənd və tiri qalan bir evə rast gəlib. Ona görə də kəndin adını Tirkeşəvənd qoyubdur. Keçmiş zamanlarda yaşayış damlarının (evlərin) divarının üstünə yoğün tir qoyurmuşlar. Bu tirin adı tirkeşəvənd olub, yəni tirkeçən bənd, tirləri bir-biri ilə bağlayan bənd deməkdir. Həmin tirin üstünə isə bir divardan o biri divara keçən tirləri qoyurmuşlar. Qotur Məmmədin oğlu Kərbəlayı Tanrıverdinin oğlu Kərbəlayı Bəxtiyar Laçın rayonunun Bülövlük bəyliyindən Alməmməd bəyin qızı Pərixanla evlənir. Qaynatasının təqdimatına görə ona da bəy titulu verilib. Bu hadisədən sonra kənd­də bəylərin sayı çoxalır və kənd 1937-ci ilə qədər Bəylik adlanır.
 
Vəng kəndi-rayonun ərazisində bir neçə Vəng kəndi var. Bu kəndlər qə­di­m alban məbədləri olan ərazilərin yaxınlığında salındığına görə belə adlanırlar. Vəng albanca məbəd (məbəd olan ərazi) deməkdir.
 
Yanşaq kəndi - Yanşaq sözünün mənası aşıq deməkdir. Kənd məşhur aşıqlar məskəni olmuşdur.
Kəndin bünövrəsini XIX əsrin əvvəllərində Tovuz rayonunun Seyidlər kəndindən gələn Seyid Əsəd, Laçın rayonundan gələn Qazıxanlı Allahverdi və Goranboydan gələn Mehbalı qoymuşlar.
 
Yanşaqbinə kəndi - bu ərazi Yanşaq kəndinin binə yeri imiş. Kəndin sakinlə­ri Yanşaq kəndindən ayrılan adamlardır. Onlar mal-qoyun saxlamaq üç­ün binə yerində məskunlaşıblar. Binə qışda mal-qoyun saxlanılan yerə deyilir. Yanşaqbinə, yəni binə yerində yerləşən (salınan) Yanşaq deməkdir.
 
Yellicə kəndi - bu kənd həmişə külək əsən, yel olan dağ ətəyində yer­ləş­diyinə görə belə adlanır.
 
Yuxarı Orataq kəndi - kəndin adı dağ yüksəkliyində yerləşən qala, ev mə­nasını verir.
 
Zar kəndi - bu kənd tarixdə Şəhrizər kimi tanınır. 1970-1980-cı illərə ki­mi­ ya­şayan çoxyaşlı sakinlər Zara Şəhrizər deyildiyini öz ata-babalarından eşitdiklərini  söyləyirdilər. Zər sözü qızıl deməkdir. Şəhrizər, yəni qızılla zəngin olan şəhər demək­dir. Belə ki, Zarın  ərazisində torpağın  altından tez-tez tapılan qızıl də­fi­nələr bu sözün həqiqət olmasını təsdiq edir. Əfsuslar olsun ki, Şəhrizər sözünün Zar sözünə keçməsi tədqiq edilməmişdir. 
Kəndin axırıncı dəfə məskunlaşması təxminən XVI-XVII əsrlərə təsadüf edir. Cəfər Qoca adlı bir şəxs Dərələyəzdən gəlib Zarın ərazisi olan Çaxmaqda ev tikib, bir müddət yaşayandan sonra həmişəlik olaraq Zara köçərək orada məs­­­kun­laşıb. Çaxmaqdakı evləri (damları) isə binə yeri kimi istifadə edib. Həmin damlar 1993-cü il işğalına kimi qalırdı. Sonra başqa yerlərdən digər şəxslər kö­çüb burada məskunlaşıblar.
 
Zallar kəndinin adı onun bünövrəsini qoyan Zallar tayfasının şərəfinə belə adlanır. Kəndin bünövrəsini XIX əsrin ortalarında Şəmşəddin mahalından gələn Zalzadə Zal Qazıxanlı qoymuşdur. O, Qaçaq Kərəmin əmizadəsidir. Zal kişinin beş oğlu: Kərbəlayı Zeynal, Tapdıq, Aslan, Məstan və bir qızı Anaxanım olub. Anaxanım Aşıq Ələsgərin həyat yoldaşıdır. Aslanın oğlu Zal Qurban rayonda inqilab komitəsinin sədri və ilk sovet sədri olubdur.
 
Zağalar kəndi - bu kəndin ərazisində çox sayda zağalar vardır. Zağa kahaya, mağaraya deyilir. Deyilənə görə kəndin bünövrəsini qoyanlar ilk vaxtlar həmin zağalarda yaşayırmışlar. Kəndin adı buradan götü­rül­müş­dür.
 
Zəylik kəndi - bu kəndin yerləşdiyi ərazidə kristal şəkilində «Zəy» adlanan kimyəvi maddə çıxır. Zəy bəzi mikrobları məhv edir. Zəylik sözü (yəni zəy olan ərazi) bu­radan gö­­­tü­rül­müş­dür.
 
Zərqulu kəndi - kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Onun bünövrəsini XV-XVI əsrlərdə Şano adlı şəxs qoy­b. Bu ərazidə çox sayda qızıl quyuları var. Burada quyu dağ-mədən lağımı mənasındadır. Zər qızıl deməkdir. Görünür nə vaxtsa ərazi Zərquyular adlanıb, sonralar söz assimliyasiya olunaraq Zərqulu formasına keçib. Kəndin adı buradan götürülüb.
 
Zivel kəndi - Zivel sözü zolaq deməkdir. Kənd iki çayın, Quruselaf və Qa­raar­xac çaylarının axdığı iki dərənin arasında yerləşir. Dərə zolaq şəkilində şərq­dən qərbə doğru uzanır. Kəndin adı buradan götürülmüşdür.
 
Zülfüqarlı kəndinin adı Zülfüqar ad­lı şəxslə bağlıdır.

Məzahir Təhməzov müstəqil tədqiqatçı

II dərəcəli hüquqşünas

bottom of page