Azər Bəhlul oğlu Qocayev
Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı
Qocayev Azər Bəhlul oğlu - 07.09.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir.
2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 2009-cu ildə “Sumqayıtelektrikşəbəkə” ASC-də nəzarətçi kimi başlayıb.
2010-2017-ci illər ərzində “Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.
2017-2018-ci illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin, 2018-2019-cu illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.
2019-2020-ci illər ərzində isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. 2 övladı var.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
S Ə R Ə N C A M I
A.B.Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2020-ci il.