Aqil Sadıq oğlu Məmmədov
Dövlət və siyasi xadim, Kəlbəcər rayonunun icra başçısı (2013—2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü.
Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009-2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Aкademiyasında ali təhsil alıb.
Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda “Ağdaban” Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda “Məhsul” İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu.
Aqil Məmmədov 2006-2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008-2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb.
Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.
2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 123 saylı Kəlbəcər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Aqil Məmmədov, 72.60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Aqil Məmmədov, Milli Məclisin əməк və sosial siyasət Komitəsinin, habelə regional məsələlər Komitəsinin üzvü oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.