Аzərbаycаnın qərb bölgəsinin zirvəsi hesаb оlunаn Kəlbəcər rаyоnu dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Kür çаyının sаğındа, Tərtər çаyının, demək оlаr ki, mənbəyindədir. Sоvetlər dövründə burа mаşın yоlu çəkilsə də, ilk cığırlаrı qədim insаn ləpirlərindən yаrаnmış bu yоllаr, əslində, teхnikа ilə deyil, əllə, külünglə аçılmışdır. Dünyаnın tаnıdığı Istisu dа bu rаyоnun ərаzisindədir (Istisu bаrədə аyrıcа və ətrаflı söz аçılаcаq).
Kəlbəcərə dəmir yоlu yох idi. Bаkıdаn аncаq Yevlаха kimi qаtаrlа gəlmək mümkün idi. Bаkıdаn Kəlbəcərə 458 km, Bərdə dəmiryоl stаnsiyаsındаn isə burа 139 km-dir. Kəlbəcər Bərdə-Istisu аvtоmоbil yоlunun sаğ kənаrındа, Tərtər-Аyrım çаylаrının аrаsındа, sıldırım qаyаlаr üstündəki düzənlikdə (sаnki аdаdа) yerləşir.
Kəlbəcər аntik dövrün аbidəsi kimi də mаrаqlı ərаzidir. Rаyоnun Qаrаgöl və Zаlха gölləri sаhillərində, Аyıçınqılı və Pəriçınqılı dаğlаrındа qаyаlаrа həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə bаşlаnmışdır. Bu işlərdə respublikаnın bir çох tədqiqаtçı-аlimləri ilə yаnаşı, mərhum аkаdemik Mirəli Qаşqаyın dа əməyi аz оlmаmışdır. Təsvirlərin çохu dəniz səviyyəsindən 3.000 metr yüksəklikdəki qаyаlаrdа və əsаsən də bаzаlt dаşlаrı üzərinə həkk оlunmuşdur.
1976-cı ildə Kəlbəcər qаyа təsvirlərinin yerləşdiyi ərаzinin yахınlığındа Аzərbаycаndа ilk dəfə оlаrаq yаşаyış yeri аşkаr edilmişdir. Burаdаn diаmetri təqribən 20 metr оlаn dаirəvi tikili qаlığı üzə çıхаrılmışdır. Mürəkkəb quruluşlu bu tikilinin divаrlаrının (divаrlаrın qаlınlığı təqribən 2 metrə çаtаn) qаyа pаrçаlаrındаn və çаy dаşlаrındаn hörülməsi bir dаhа bizə əsаs verir deyək ki, burа ilk insаn məskəni оlmuşdur.
Həmin yаşаyış yerindən о dövrə аid, yəni b.e ə. ücüncü minilliyə dаir gil qаb qırıntılаrı, dən dаşlаrı (kirkirə, dəyirmаn dаşlаrı), dəvəgözü və çахmаqdаşdаn hаzırlаnmış bıçаqlаr, ох ucluqlаrı və s. də tаpılmışdır. Burаdа аşkаr edilmiş qаyа təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yаşаmış yerli tаyfаlаrın iqtisаdi, sоsiаl və mədəni həyаtı hаqqındа təsəvvür yаrаnır
Kəlbəcər inzibаti rаyоn kimi 1930-cu illərdə təşkil edilmişdir. Qərbi Аzərbаycаn ərаzisinin Bаsаrkeçər rаyоnu (Göyçə mаhаlı) ilə həmsərhəddir. Sаhəsi 1.936 kv.km.-dir. Əhаlisi 53.962 nəfərdir (Qeyd edək ki, əhаlinin sаyı kitаb çаpа hаzırlаnаn ərəfələrdə götürülmüşdür - red.) Erməni-rus qоşun birləşmələri rаyоnu (1993-cü il mаrt аyının 31-dən аprelin 2-dək) işğаl edənədək ərаzidə bir şəhər, iki qəsəbə (Istisu və Şоrbulаq) və 128 kənd mövcud idi.
Fiziki cоğrаfiyаsı
Kəlbəcərin təbiəti bаrədə nə demək оlаr? Təkcə оnu deyək ki, səthi dаğlıqdır. Dəlidаğ, Keyti, Murоvdаğ, Kəpəz, Şərqi Göyçəgölü, Bаsаrkeçər, Mıхtökən, Qаrаbаğ silsilələrinin və Qаrаbаğ yаylаsının bir hissəsi Kəlbəcərin sərhədlərini təşkil edir. Ən yüksək zirvəsi Cаmışdаğ (Murоvdаğ silsiləsinin zirvəsindədir, hündürlüyü 3.724 metrdir) və Dəlidаğdır (3.616 metr), Tаbаşir, Neоken və Аntrоpоgen çökmə və vulkаnik süхurlаrı vаrdır.
Fаydаlı qаzıntılаrı
Bu bаrədə аyrıcа söz аçılаcаq, lаkin yeri gəlmişkən qeyd etməliyik ki, burаdа civə (Şоrbulаq və Аğyаtаq ərаzilərində), minerаl sulаr (Istisu, Bаğırsаq, Qоturlu bölgələrində), qızıl, tikinti mаteriаllаrı və s. vаrdır.
Ərаzinin çох hissəsində qışı qurаqlıq keçən sоyuq və dаğlıq Tundrа iqlimi tipləri hаkimdir. Оrtа temperаtur yаnvаr аyındа -3 °S-dən -10°-dək, iyuldа isə +5-dən +20 dərəcəyədəkdir. Illik yаğıntı 700-900 mm-dir. Ən böyük çаyı Tərtər (yuхаrı ахını) və оnun qоllаrıdır. Lev çаyı, Tutqu çаyı, Аyrım, Qаmışlıçаy çаylаrı Kəlbəcərin ərаzisindən bаşlаnır. Burаdа Zаlха və Аlаgöllər kimi təbiətin möcüzəsi оlаn göllər də vаrdır. Ərаzidə əsаsən çimli dаğ-çəmən və qоnur dаğ-meşə tоrpаqlаrı yаyılmışdır. Rаyоnun mərkəzi və şəhər hissəsində enliyаrpаqlı meşələr (pаlıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək, qismən оrtа dаğlıqdа аlp və subаlp çəmənlikləri geniş ərаzini əhаtə etmişdir. Meşələrin ümumi sаhəsi 280.000 hektаrdır. Kəlbəcərin dаğ və meşələrində qаğkeçisi, qurd, mаrаl, əlik, ceyrаn, qоnur аyı, çöldоnuzu, dаşlıq dələsi, dоvşаn, çölpişiyi (bəbir), tülkü, çаqqаl, ulаr, qаrtаl və s. vаrdır.
KƏLBƏCƏR ƏRАZISINDƏKI
SÜХURLАR VƏ MINERАLLАR
Süхurlаr
Cаdenit, qrаnit, аndezit, burnоnit, brekçiyа, dаğ bülluru, dendirit, zimevit, əhəngdаşı, vulkаn bоmbаsı qrаnediоrit, аplit, yаşmа, kvаsit, lаpilli, kоrаll, mərmər, pesаnnik, rilоit, tuf, suçlinоk, trаverit, trаktоlit, mikrоklin, pemzа, serpentitit, trахit, slаnets, sienist, miqmаtit, аmfibоlit, kоnqlоmerаt listevenit, diоrit, qаbrо bismut və s.
Minerаllаr
Хаlkоzin, хаlkоprit, lаzurit, limоnit, kаleit, оpаl, sfen, хlоrit, tоpаz, nikelin, şirgözü, fuksit, şinipel, vismоtit, аrаqоnit, qemаtit, diаllаq, mаqnezit, mоlibdenit, bаrit, аntimоnit, əqiqÖ qızıl, diоpist, gips, оniks, kremen, kinоvаr, dоlоmt, аzurit, аmetist, аnqidrit, brоnzit, ilement, kаleit, lаbrоdоr, leytsit, tаlk, gümüş, pаtlаndit, turmаlit, brоnit, krоkоit, muskоvit və s.
FİZİKİ-COĞRAFİ ŞƏRAİTİ
KƏLBƏCƏR ƏRAZİSİNDƏ YERLƏŞƏN GÖLLƏR,ÇAYLAR
Böyükalagöl
Böyükalagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında, dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir. Sahəsi 510 hektar, uzunluğu 3670m, orta eni 1365m, maksimal eni 2875m, maksimal dərinliyi 9,4 m-dir. Gölun sutoplayıcı hövzəsinin sahəsi 129 km2 -dir.
Böyükalagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla 30 qədər göl vardır. Bunlardan ən böyüyü Kiçikalagöl (sahəsi 90hektar), Cilligöl (30hektar) və Dikpilləkənçayın mənbəyində (3028m) yerləşən Dikpilləkən göldür (6hektar).
Böyükalagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır.
Mənbəyini Şərqi Göyçə silsiləsinin şimal-qərb yamacından alan və Kiçikalagölə tökülən Qurbağalıçay, bu rayonda vulkanik hadisələr baş verməmişdən əvvəl yəqin ki, Böyükalagölə tökülən Azadçay, Dikpilləkən çay və s. birləşərək Göyçə gölünə axırmış. Lakin vulkanik hadisələrin baş verməsi ilə əlaqədar olaraq relyef dəyişmiş, bu çayların Göyçə gölü ilə əlaqəsi kəsilmişdir. Bu hadisə ayrı-ayrı göllərin və bataqlıqların əmələ gəlməsinə səbəb olmuşdur. Böyükalagölün hövzəsində ümumi sahəsi 3.5km2-ə çatan 6 bataqlıq sahəsi var. Çox güman ki, yaxın keçmişdə həmin bataqlıq sahələr bir-biri ilə əlaqədar göllər sistemini təşkil edirmiş. Sonralar güclü eroziya fəaliyyəti nəticəsində onların sahilləri aşınıb parçalanmış və çalalarında suyun toplanmasına şərait olmadığından bataqlığa çevrilmişdir. Gölün səthi noyabrın əvvəlindən aprelin axırına qədər buzla örtülür.Buzun qalınlığı 0,8-1,0m -ə çatır. İyun-avqust aylarında suyun temperaturu 14-150 arasında tərəddüd edir. Suyunun şəffaflığı 0,8-1,4 m arasında dəyişir. Təsərrüfatın bütün sahələrində işlədilə bilər. Orta çoxillik dövrdə Böyükalagöldən yeraltı vasitəsi ilə Göyçə gölü hövzəsinə axan suyun miqdarının 100 milyon m3 -dən çox olması hesablanmışdır.
Kiçikalagöl
Kiçikalagöl Kəlbəcər rayonu ərazisində yerləşir.Böyükalagöldən 2km şimal-şərqdə, 2739m yüksəklikdə yerləşir. Sahəsi 90 hektar, uzunluğu 2km, maksimal eni 825m, orta eni 450m -dir. Maksimal dərinliyi 3m-dən artıqdır .
Əsas suyunu ona axan Qurbağalı çayın, eləcə də başqa bir neçə kiçik çayların suları təşkil edir. Göl suyunun artmasında yeraltı suların da müəyyən rolu var. Gölün suyu Böyükalagölə tökülür. Gölün çox hissəsi susevən bitkilərlə örtülmüşdür. Bu gölün suyu şirin və şəffaflığı isə ayrı-ayrı sahələrdə müxtəlifdir. Suyun şəffaflığına uyğun olaraq su bitkiləri göldə 90sm dərinliyə qədər yayılmışdır. Su-bataqlıq bitkiləri Kiçik Alagölün ümumi sahəsinin 80 % tutur. Göldə suyun səviyyəsi nisbətən sabit oldugu üçün ,əsasən sahilə yaxın sahələrdə zəngin bitki örtüyü formalaşmışdır. Gölün ətrafı vulkanik, daşsız, hamar, dibi lillidir, sahilləri isə bataqlıqlaşmışdır. Sahili başdan –başa sıx bitki örtüyü ilə örtülmüşdür. Suyunun şəffaflığı 90sm-130sm arasında dəyişir. Göl dayaz olduğu üçün suyunun temperaturu dəyişkəndir. Yaylaqlarda mal-qaranın suvarılmasında istifadə edilir.
Bu göllərin adlarının mənası haqqında dilçi alim A.Tapdıqovun verdiyi məlumatlar xüsusi ilə maraqlıdır. Müəllifin yazdığı “ Azərbaycan dilində mifoloji toponimlər “ əsərində Ala göllərin adlarının mənası belə açıqlanır:
Ala göllər – Azərbaycan ərazisində Kəlbəcər və Laçın rayonlarının ərazisində Kiçik Qafqaz və Qarabağ yaylasında eyni adlı göl və dağların (zirvələrin) adıdır. Ən böyük gölləri Böyük Alagöl və Kiçik Alagöldür. Vulkan püskür¬mələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlmişdir.
Azərbaycan toponimiyasında «ala» komponentli yer adlarından danışarkən tədqiqatçıların əksəriyyəti göstərir ki, həmin ad ətraf süxurların ala (boz) rənginə görə belə adlandırılmışdır.
Ancaq biz yuxarıdakı fikirlə razı deyilik. Ona görə ki, hər 3 (üç) toponim relyeflə bağlı ola bilməz. İkincisi isə həmin toponimlərin hər üçünün ən yüksək obyektlər olması da bizə əsas verir deyək ki, Ala göllər adının mənşəyi mifologiyamızdan gələn «Al»la bağlıdır. Heç də təsadüfi deyil ki, «Ala göllər» Azərbaycan Respublikasının ən uca dağ gölü hesab olunur.
İnsanın bədən üzvlərindən biri olan «alın» – «ın» tərkibindəki «al» morfemi də məhz «yuxarı», «hündür» yerə işarədir.
Buna görə də, biz hesab edirik ki, Ala göllər hündürlükdə yerləşən «göllər» mənasına daha çox uyğun gəlir.
Qarabağ silsiləsinin şimal hissəsində, Kəlbəcər və Ağdərə rayonları sərhədində yerləşən və hündürlüyü 2583 metrə çatan Alaqaya zirvəsinin adı da fikrimizcə həmin mənanı, yəni «hündür», «yüksək» qaya mənalarını verir.”
Torağayçayqaragöl
Kəlbəcər rayonunda,Tərtər çayın sol qolu Torağayçayın mənbə hissəsində( 2479m) yerləşmişdir. Gölə üç dərədən –cənub,şimal-qərb və şimal- şərq sahilindən səthi axar gəlir. Göldə suyun artmasında həmçinin, qar və bulaq sularının da rolu böyükdür. Gölün şimal hissəsindən Tərtərçaya kiçik çay axır. Lava kəsəklərindəki cizgilərin izləri onun səviyyəsinin müxtəlif illərdə 1-3m -ə qədər tərəddüd etməsini göstərir. Oktyabrdan aprelin axırlarına kimi buzla örtülü olur. Suyu az minerallaşmaya malikdir.
NOVRUZBATANGÖL
Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu Levçayın mənbə hissəsində (2444m) yerləşir. Sahəsi 1 hektar yaxın,uzunluğu 190m, eni 85m-dir. Çox sulu dövrdə Naxırgölə səthi axarı olur. Əsas suyunu gölün dibindən çıxan yeraltı sular və qar, yağış suları təşkil edir. Şəffaflığı 5 m-ə qədərdir.Yay aylarında səthində temperatur 13,6⁰C,4, 4m dərinlikdə isə 16,2⁰C olur.
Pəriçınqılqaragöl
Kəlbəcər rayonunda, Həkəriçayın mənbəyində(2961m) yerləşir. Hövzəsinin sahəsi 29,12km2, uzunluğu 1452m, orta eni 632m, maksimum eni 1070m, dərinliyi 5-6m-ə çatır. Yay aylarında göldə suyun şəffaflığı 2m, səthinin temperaturu 14,8 ⁰ olur. Suyu hidrokarbonat-sulfatlı olmaqla, az minerallıdır. İl ərzində gölün səviyyəsi kəskin tərəddüd edir. Quraqlıq illərdə suyu xeyli azalır, səthində adacıqlar əmələ gəlir.
Yuatgöl
Kəlbəcər rayonunda, Tərtərçayın mənbə hissəsində, Böyükgöldən 55m şərqdə (3087m) yerləşir. Gölün şimal-şərq hissəsindən Tərtərçaya səthi axar vardır. Oktyabrdan-maya qədər səthi buzla örtülür. Suyunun əsas hissəsi qar və yağış suları ilə, eləcə də, qonşusu Böyükgöldən gələn sular hesabınadır.
Şirin sulu olmaqla şəffaflıgı 2m-ə qədərdir.
Çınqıllıgöl
Kəlbəcər rayonu ərazisində yerləşir. Tərtərçayın mənbə hissəsində Ayıçınqıldağdan 400m qərbdə (3287m)yerləşir. Əsas suyunu qar və yeraltı sular təşkil edir. Gölün bütün sahili lava kəsəkləri ilə örtülmüşdür. Oktyabrın əvvəllərindən mayın axırlarına qədər səthi buzla örtülür. Suyu hidrokarbonatlı-kalsiumludur. Göldən yaylaqda otarılan mal-qaranın sulanmasında istifadə edilir.
Naxırgöl
Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu Levçayın mənbə hissəsində, Novruzbatangöldən 100m şimalda (2465m) yerləşir. Uzunluğu 110m,eni 40m, sahil xəttinin uzunluğu 360m. Maksimum dərinliyi 4 m-dir. Dibi lillidir. Əsas suyunu qar, yağış və sahilə yaxın bulaq sularından alır. Oktyabrdan aprelə qədər gölün səthi buzla örtülü olur. Mal-qaranın sulanmasında geniş istifadə edildiyindın Naxırgöl adlandırılmışdır.
Zalxagöl
Kəlbəcər rayonunda şirinsulu göldür. Qarabağ yaylasında, 3062m hündürlükdə yerləşir. Sahəsi təqribən 20 ha, orta dərinliyi 3m, maksimal dərinliyi 5m-dir. Mal-qaranın suvarılmasında istifadə edilir. Bazarçay Zalxa göldən başlanır.
Keçibatangöl
Kəlbəcər rayonunda,Tərtərçayın mənbə hissəsində, Ayıçınqıldağın cənub-şərqində (3245m) yerləşir. Oktyabrdan mayın ortalarına qədər gölün səthi buzla örtülü olur. Əsas suyunu qar və yağış suları, eləcə də sahilinə yaxın yerləşmiş çınqıllıqdan gələn yeraltı suları təşkil edir.
İsmayılgöl
Kəlbəcər rayonu ərazisində, Tərtərçayın sol qolu Keşişkəd çay hövzəsində 2052m yerləşir. Gölün şərq sahilindən Keşişkəndçaya səthi axım vardır. Əsas suyunu şimal tərəfdə yerləşən Qanlıgöldən gələn səth suları,qisməndə qar və bulaq suları təşkil edir. Oktyabrdan aprelə qədər gölün səthi buzla örtülür. Suyu hidrokarbonatlı kalsiumludur. Cüzi minerallaşmaya malikdir. Yaylaqlarda otarılan mal- qaranın suvarılmasında istıfadə edilir.
Dibgöl
Kəlbəcər rayonunda,Tərtərçayın sol qolu Lev çayın mənbə hissəsində ( 2445m) yerləşir. Gölün şimal sahili 70-80m-ə qədər dik (Orğu qayası), cənub sahili isə alçaqdır. Səthi noyabrdan aprelə qədər buzla örtülü olur. Suyu şirin və axarlıdır. Əsas suyunu şimal və qərb sahillərindən çıxan iki bulaqdan, eləcə də, qar, yağış sularından alır. Suyu hidrokarbonatlı-kalsiumludur.
Qanlıgöl
Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu, Keşişkəndçay hövzəsində -Murovdağ silsiləsinin cənub yamacında (2056m) yerləşir. Gölə üç yerdən səthi axar vardır.
Göldən çıxan səthi axar isə ondan cənub tərəfdə yerləşən İsmayılgölə və Keşişkəndçayadır. Maksimal dərinliyi gölün şimal-şərq hissəsində 14m-ə çatır.
Qanlıgölün əsas suyunu kiçik çay suları, eləcə də çalasının dibindən çıxan bulaq və hövzəsinə düşən atmosfer yağıntıları təşkil edir. Səthi oktyabrdan aprelə qədər buzla örtülür. Şəffaflığı 3m olmaqla, suyu hidrokarbonatlı-kalsiumludur.
Əyrigöl
Kəlbəcər rayonunda,Tərtərçayının mənbə hissəsindəki Ayıçınqıllıdağdan şimal-şərqdə (3084m)yerləşir. Maksimal dərinliyi mərkəzində 4m-dir. Oktyabrdan mayın əvvəllərinə qədər buzla örtülü olur. Əsas suyunu qar və yeraltı sular təşkil edir. Suyundan mal-qaranın sulanmasında istifadə edilir.
Böyükgöl
Kəlbəcər rayonunda,Tərtərçayın mənbə hissəsində, Sarımsaqlıdağın cənub –şərqində (3092m) yerləşir.Gölün yalnız şərq sahil yamacı alçaqdır. Cənub-qərb və şimal hissəsində isə yamacların hündürlüyü 50m –dən 200m-ə qədərdir. Gölün əsas suyunu qar, yağış və gölün cənub tərəfindən çıxan bulaq suyu təşkil edir. Yay vaxtı suyunun temperaturu 15⁰ artıq olmur. Oktyabrdan mayın əvvəllərinə qədər buzla örtülü olur. Suyu hidrokarbonatlı-kalsiumludur. Yayda göldən Tərtərçaya səthi axım əmələ gəlir.
Ən böyük çayı Tərtər və onun qolları, Lev çayı, Tutqu çayı, Meydan çayı, Tatallar çayı və s.
Tərtər çayı
Azərbaycanın fiziki coğrafiyasına adı düşən dağ çaylarındandır. Taxtadüz yaylağından (yaylasından) başlayaraq, bulaq sularından toplanıb. Ona daha iki çay- Tunel ərazisində Tutqu (ona el arasında "Qoturru çayı da deyirdilər), Qamışlı istiqamətindən gələn Lev çayı da qoşulur. Hər üç çayın qarşısı Sərsəngdə kəsilərək Sərsəsəıng SES yaradılıb.Tərtər çayı (ona qoşulanlarla birlikdə) respublikamızın aran bölgəsində 6-7 (Ağdərə, Tərtər, Ağdam, Bərdə,Yevalax, Ağcabədi və s. rayonlarının əkin sahələri və bağ-baxçalarında, eləcə də Goranboy rayonunun, bəzi kəndlərinin) əraziləri üçün olduqca vacib sayılır. Həm içməli, həm də təsərrüfat əhəmiyyətlidir. Tərtər çayı həm də qızıl bağılı (fariel) ilə məşhurdur.
Tutqu çayı
Mənsəbini Dəlidağdan götürən, əsasən bulaq sularından toplanan dağ çayıdır.
Tutqu çayı da məşhur Tunelin bir tərəfi ilə axır. Həmin yerdən ancaq tunel vasitəsilə gedib-gəlmək olar. Ermənilər 1993-cü ilin aprel ayının ilk günlərində məhz Tutqu zonasının camaatını(dinc kəndlərin sakinlərini) Tuneldə qabağını kəsərək güllə-baran etmiş və əksər hissəsnini girov aparmışdılar ki, onlardan hələ də xəbər yoxdur.
Xaçınçay
Mənbəyini Kəlbəcər rayonundan götürür Ağdam, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Uzunluğu 119 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2090 m-dir.
Lev çayı
Kəlbəcərin məşçhur ərazisi olan, əhalisi əsasən Rum türklərindən ibarət (ayrumlar) Ayrım dərəsindən axır. Mənsəbi Göyçə gədiyindən, daha doğrusu, Dəmirçidamın ərazisindəki yaylaqlardan qaynayan bulaqlardandır. Bu dağ çayının da Tərtət və Tutqu kimi, adı Azərbaycan xəritəsində və ensklopediyasında var. Uzunluğu təxminən 100 km-dir. İçməli suyu, yeməli qılzıl və digər növdən olan balıqları var. Kəlbəcər-Tərtər magistral yolunun 25-30 km-yində Tərtər çayına qovuşur. çayboyu magistral yol Ayrım dərəsəndəki 20-25 kəndə aparır. Qayabaş-baba gələn yerdə çay daha təhlükəlidir. Hər gün yolu yuyub apara bilər....
Oronimlər
Torpağın üst qatının relyef quruluşuna görə bir-birindən fərqlənən yer adları oronim adlanır (dağ, dərə, təpə, düzənlik, aşırım, eniş, yoxuş, meşə, yaylaq vəs.).
Rayon ərazisində çox sayda muxtəlif adda oronimlər var. Bu adların bəziləri relyefin formasından, quruluşundan, süxurların rəngindən, iqlim şəraitindən, təbiət hadisələrindən, olmuş hadisələrdən, insan adı və s. ilə əlaqədar olaraq yaranmışdır.
Dağlar
Rayonun ərazisində 130 qədər adı olan dağ var.
Aşağıda bir neçə dağ adlarının mənşəyi verilir:
Ağduzdağı – Keytidağ silsiləsinin cənub-şərqində yerləşir. Minlərlə mal-qoyun yay aylarında yaylamaq üçün bu dağın qoynuna çıxarılır. Mal-qoyuna duz vermək üçün böyuk, üst hissəsi düz olan ağ rəngli daşlardan (duzdaxlardan) istifadə edirlər. Dağın ətəyində çox sayda duzdaxların olması ilə əlaqədardır.
Ağçınqıl dağı – Murovdağ silsiləsinin cənub-qərb yamacında yerləşir. Dağ ağ rəngi daşlarla (çınqılla» örtüldüyünə görə belə adlanı.
Ağdağ – dağın relyefinin üst qatı, süxurları ağ rəngdədir.
Ağqaya dağı – dağın döşündə ağ rəngli qayalar var.
Ağyataqdağı – dağın süxurları ağ rəngli filiz yataqları ilə zəngindir
Ayıçınqılı dağı – rayonun cəbub-qərbində yerləşir. Dağ küllü miqdarda böyük çınqıllıqlardan (sal daşlardan) ibarətdir. Bu çınqıllıqlarda ayı yaşadığına görə belə adlanır.
Boz dağ, Böyük Boz dağ – dağın relyefinin üst qatı, süxurları boz-qonur rəngdədir.
Bənövşəli dağ – dağın döşündə bitən bənovşə çiçəyinin adı ilə əlaqədardır.
Çiçəkli dağı – dağın döşü yaz-yaz aylarında gül-çiçəklə ötülü oldüğü üçün belə adlanır.
Çilgəz dağı – Çil ağ-boz, xal-xal mənasını verir. Gəz dağ aşırımına deyilir. Yəni çil-çil olan, ağ-boz rəngə çalan gəzi olan dağ deməkdir. Toponim buradan yaranmışdır.
Dəlidağ – dağın zirvəsində və onun ətrafında gün ərzində hava şəraiti bir neçə dəfə dəyişir. Gah gün çıxır, gah yağış yağır, gah duman-çiskin, gah da qar-boran olur. Dağda hava şəraitinin dəyişgənliyinə görə Dəlidağ adlanır.
Dəlihəsən dağı – Həsən adlı şəxsin adı ilə bağlıdır.
Dikpiləkən dağı – rayonun cəbub-qərbində yerləşir. Dağ hündür sıldırımlıqlardan ibarətdir. Dağın adı pilləkən formada olduğuna görə belə adlanır.
Göydağ – dağın relyefinin üst qatı, süxurları göy rəngdədir.
Hacıabbas dağı – Abbas adlı şəxsin adı ilə bağlıdır.
İldırım dağı – ildırım (şimşək) nəticəsində dağın bir hissəsi uçub-dağıldığına görə belə adlanır.
Keyti dağı – rayonun qərbində yerləşir. Şifahi mənbələrə görə Keyti və Mehdi adlı iki qardaş olub. Onlar dağlarda ovçuluq edirmişlər. Bir gün qardaşların biri evdə qalıb yemək hazırlamaqla məşgul olur, o biri qardaş isə ova gedir. Ova gedən qardaş bir maral vurub, onun dərisini soyub əyninə geyinir. O, evə qayıdıb qapını açıb içəri girmək istəyəndə evdə qalan qardaş onun maral olduğunu güman edib, onu gullə ilə vurur. Maral yıxılır. O, yaxınlaşanda görur ki, bu onun maral dərisi geyinmiş qardaşıdır. Qardaşını ölmüş görəndən sonra özünü də gullə ilə vurub öldürür. İki qardaşın qəbri Keyti dağının zirvəsinin şərqində yerləşir. Dağın adı bu əhvalatdan götürülmüşdür. Qeyd etmək lazımdır ki, qocaman adamların söylədiklərinə görə 1700-1800-cü illərə qədər Keyti dağının ərazisində xırda meşəliklər olubdur. Bu ərazilərdə çöl heyvanlarından maral, əlik, ayı və başqaları yaşayırmış.
Keçəldağ – dağın başında ot ara-sıra bitir. Dağ sanki keçəl adamı xatırladır. Ona görə də Keçəldağ adlanır.
Kərəm dağı – Kərəm adlı şəxsin adı ilə bağlıdır.
Böyük Qalaboynu dağı, Kiçik Qalaboynu dağı – Qalaboynu kəndinin ərazisindədirlər. Dağın hər ikisinin dibində qədim yaşayış məskəni olan qalalar var. Böyük və kiçik sözəlri dağın birinin o birisindən hündür olması ilə əlaqədardır.
Qırmızı dağ – dağın relyefinin üst qatı, süxurları qırmızı rəngdədir.
Qızılarxac dağı – qızıl qırmızı, sarı mənasını verir. Arxac yay aylarında mal-qoyun saxlanılan yerə deyilir. Qızılarxac, yəni ətəyində-döşündə, dağın dibində qırmızı - sarı rəngə çalan arxac yeri olan dağ deməkdir.
Qoçdaş dağı – dağın zirvəsində qədim alban qəbirstanlığı var. Qəbirüstü daşlar at, qoç, sandıq və s. şəkilindədir. Qadın qəbirlərinin üstündə sandıq formasında düzəldilmiş daşlar, kişi qəbirlərinin üstündə isə at və qoç şəkilində yonulmuş daş abidələri vardır. Bu qəbirstanlıqda olan qoç abidələrin sayı o biri abidələrin sayından xeyli çoxdur. Ona görə də dağın adı Qoçdaş adlanır.
Qonur dağı – dağın relyefinin üst qatı, süxurları boz-qara rəngə, qonur rəngə bənzədiyinə görə belə dağ adlanır. Qonur, Qonqur adlı dağlar rayonun ərazisində bir neçə yerdə var. Qonur toponimi boz rəng mənasını daşıyır.
Quzuqulaqlı dağ – Laçın kəkdinin ərazisindədir. Dağın döşündə həddindən çox quzuquluağı bitikisi bitdiyinə gbrə belə adlanır.
Qumlu dağ – dağın müxtəlif sahələrində xeyli miqdarda qum olduğuna görə belə adlanır.
Bəzi yerlər relyefin for ması ilə əlaqədardır.
Lalalı (Laləi) dağ – döşündə bitən lalə çiçəyinin adı ilə bağlıdır.
Laçın dağı – Laçın kəndinin ərazində yerləşir. Dağın yamacları sıldırım qayalardan ibarətdir. Dağda laçın quşları yaşağığına görə belə adlanır.
Malqırılan dağı – Keçiliqaya kəndinin ərazisində yerləşir. Dağda otların arasında zəhərli otlar bitir. Bu otlar mal-qoyunu zəhərləyir. Nə vaxtsa həmin zəhərli otlar mal-qaranın kütləvi surətdə qırdığına (məhv etdiyinə) görə dağ belə adlanır. Malqırılan toponimi malların qırılması - malların ölməsi, məhv olması mənasını daşıyır.
Mıxtökən dağı – dağın döşü sərt daşlardan ibarət olduğundan atların nallarının mıxlarının baş hissəsi sürtülüb yeyilir və nallar düşür. Ona görə də Mıxtökən dağı deyilir. Yəni, dağ o qədər sərt daşlı, çınqıllıdır ki, atın nalını tökür.
Murov dağı – Qədim türk dilində iki çay vadisini ayıran dağ silsiləsinə murov deyilir. Murov dağı Kür və Tərtər çaylarını ayıran dağ silsiləsidir.
Nazik dağ – nazik formadadır, elə bil diametri kiçikdir. Ad buradan yaranıb.
Nərdivan dağı – dağın ətəyi (döşü) çox sıldırım olduğundan dağa çıxmaq üçün nərdivan formasında qazıb yol düzəldiblər. Dağın adı buradan yaranıb.
Sarıdağ – dağın relyefinin üst qatı, süxurları sarı rəngdədir.
Şişdağ, Şiştəpə dağı – dağların zirvəsi konus-şiş formasını xatırladır. Ona görə belə adlanır.
Sultanheydər dağı – Qocaman el ağsaqqallarının söylədiklərinə görə Şah İsmayıl Xətainin atası Soltan Heydər yay aylarında bu dağda düşərgə salıb dincələrmiş. Dağın adı buradan yaranıb.
Uzunyal dağı – dağın beli, yalı xeyli məsafəyə uzandığına görə belə adlanı.
Yellicə (Bağırlı) dağı – dağda həmişə külək-yel əsdiyinə görə belə adlanır.
Yelligədik dağı – dağın gədiyi-aşırımı həmişə küləkli olduğundan belə adlanır.
Yeddiqardaş dağı – dağ yan-yana duran yeddi tirədən, dağdan ibarət olduğuna görə yeddiqardaş adlanır.
Yelligədik dağı – Toponim dağ aşırmında həmişə gülək əsdiyi ilə yaranmışdır. Gədik dağ aşırımına deyilir. Yel isə külək deməkdir. Yelligədik, yəni küləkli, yelli aşırım.
Dərələr
Rayonun ərazində çox sayda dərələr var. Onlardan 278 çox adları olan dərələrdir. Dərələrin adı uzunluğuna, eninə, sulu olduğuna, bitən bitki örtüyünə, şəxs adı ilə və s. amillərlə əlaqədardır. Aşağıda bəzi dərələrin mənşəyi verilir.
İnsan adı ilə əlaqədar olan dərələr:
Bəxtiyar dərəsi – Almalıq k., Cəfərölən dərə – Bağlıpəyə k., Çoluğun dərəsi – Təkəqaya k., Gərayın dərəsi – Zar k., Gülmalıölən dərə – Narınclar k., Kəngərli dərəsi – Sultanheydərdə, Taxtadüz və Qaraarxacda, Xanım dərəsi – Taxtadüzdə, Kərimin dərəsi – Bəzirxana k., Əlişin dərəsi – Qılınclı kəndi., Hacı Abbasın dərəsi – Başlıbel k., Hacı Yəhya dərəsi – Sərkərdə, Həşimin dərəsi – Qılınclı k., Zülfüqarlı k., və s.
Heyvan və quş adı ilə əlaqədar olan dərələr:
Gamışölən dərə – Moz Qaraçanlı k., Atölən dərə – Zərqulu k., Öküzölənin dərsi – İstibulaq k., Ayı dərəsi – Ağqaya k., Keçidamı dərəsi – Çəpli k.,Keçikeçi dərəsi – Ağdaban və Çayqovuşan k., Qaradayçanın dərəsi – Zülfüqarlı k., Qaraquşun dərəsi – Allıkənd k., Daşbulaq (keçmiş Oktyabrkənd) k., Quş dərəsi – Ağdaban və Çayqovuşan k., Quzu dərəsi – Hopurlu və Şeyinli k., Qaraquşun dərəsi – Allıkənd k., Daşbulaq (keçmiş Oktyabrkənd) k., Sağsağanın dərəsi – Ağcakənd k., Tazının dərəsi – Ağcakənd k., Maral damının dərəsi – Babaşlar və Bozlu k., Çəpli kəndləri və s.
Bitki örtüyü ilə əlaqədar olan dərələr:
Gərməşovlu dərə – Xöləzək k., Gəvrişli dərə – Ağcakənd k., Çərəkdar k., Gəvənliyin dərəsi – Ağyataq k., Bənövşəli dərə – Quzeyçirkin k., Qarağatlı dərə – Zülfüqarlı k., Moruqlu dərə – Abdullauşağı k., Nəcəfalılar və Pirilər k., Yarpızlı dərə – Comərd k., Quzeyçirkin k., Zoğallı dərə – Comərd k., Alçalı dərə – Ağcakənd, Hopurlu və Şeyinli, Nadirxanlı kədləri və s. Quzuqulaqlı dərə – Xöləzək k., Baldırğanlı dərə – Abdullauşağı və Almalıq kəndləri və s.
Ağe dərəsi – Zar kəndinin ərazisindədir. Ağabəyim adlı qadının adı ilə bağlıdır.
Ağoyuqların dərəsi – Xöləzək kəndinin ərazisindədir. Oyuq nişanəyə deyidir. Sahələri ayırmaq üçün daşdan oyuq-nişanə qoyulduğuna görə belə adlanır.
Ağulu dərə – Günəşli (keçmiş Kilisəli), Aşağı Şurtan, Orta Şurtan və Baş Şurtan kəndlərinin ərazisindədir. Dərədə mal-qoyunu zəhərləyən otlar bitir. Ağu toponimi burada zəh mənasında işlədilir.
Arxac dərə – Başlıbel və Qılınclı kəndlərin ərazisindədir. Dərədə ma-qoyun saxlanılan arxaclar olduğuna görə belə adlanır.
Ayranlı dərə – Abdullauşağı və Tirkeşəvənd kəndlərinin ərazisindədir. Həmin ərazidə mal-qoyun fermaları saxlanılır. Südü maşina çəkib üzsüz südü çaya tökürmüşlür. Dərədən axan çay ayranlı olduğuna görə belə adlanır.
Bərk dərə – Çorman, Qalaboynu, Mərcimək kəndəlrinin ərazisindədir. Dərənin yan tərəfləri çox uçurum, çətinkeçilən olduğuna görə belə adlanır.
Bostan dərəsi – Qaraxançallı kəndinin ərazisindədir. Dərədə bostan, tərəvəz əkilən yerlər olduğuna görə belə adlanırlar.
Çəvlik dərəsi – Hopurlu və Şeyinli kəndəlrinin ərazisindədir. Çəvlik dağ döşündə, yamacında balaca daşlı burunu olan yerə deyilir. Həmin dərədə çəvlik olduğuna görə belə adlanır.
Dar dərə – Başlıbel, Dəmirçidam, Güneypəyə, Xallanlı kəndəlrinin ərazisindədir. Dərə çox ensiz olduğuna görə belə adlanır. Dar toponimii burada ensi mənasındadır.
Darın dərəsi – Almalıq kəndinin ərazisindədir. Dərə hər tərfdən ensiz olan ərazidə yerləşdiyinə görə belə adlanır.
Dərin dərə – Ağcakənd, Başlıbel, Çovdar, Mərcimək, Yanşaq, Yanşaq binə, Almalı, Zallar və Zərqulu kəndəlrinin ərazisindədir. Dərənin yamacralı çox hündür olduğundan dərə dərin olur. Toponim buradan yaranıb.
Dəyirmanın dərəsi – Hacıkənd (keçmiş Sınıq Kilisə) və İstibulaq kəndəlrinin ərazisindədir. Dərədə dəyirman olduğuna belə adlanır.
Əhəngyanan dərə – Keçiliqaya kəndinin ərazisindədir. Dərədə gips istalsal etmək üçün əhəng daşları yandırıldığına görə belə adlanır.
Gendərə – Abdullauşağı, Ağcakənd, Bəzirxana, Cəmilli, Xöləzək, Keştək, Baş, Orta və Aşağı Qaraçanlı, Məmməduşağı, I-II-III Milli, Mollabayramlı, Yanşaq, Yanşaq binə, Almalı və Zallar kəndəlrinin ərazisindədir. Dərənin yan tərəfləri-yamacları çox enli olduğundan belə adlanırlar. Gen toponimii burada eni mənasındadır.
Gödək dərə – Çəpli kəndinin ərazisindədir. Dərənin uzunluğu qısa olduğundan belə adlanır. Gödək toponimi buraba qısa mənasındadır.
Bəzi dərə adları süxurların rənginə uyğun formalaşmışdır:
Göydərə – Qılınclı kəndi., Narınclar k., Qara dərə – Mərcimək k., Göyqumun dərəsi – Başlıbel k., Çorman kəndləri və s.
Göy zağanın dərəsi – Abdullauşağı kəndinin ərazisindədir. Zağa qayalarda olan balaca kahalara dyelir. Yəni göy rəngli zağaları olan dərə deməkdir.
Keçəqoyulan dərə – Babaşlar və Bozlu kəndlərin ərazisindədir. Yapıncı, alaçuğun üstünü örtmək, palas əvəzinə döşəməyə sərilən keçə dülətmək üçün keçədən istifadə edirlər. Bu işi keçəçilər xüsusi keçəçi sənətkarlar yerinə yetirrilər. Keçəqoyulan, yəni keçədüzəldilən yer deməkdir. Həmin yer düzəngan olmalıdır.
Qaçaqların dərəsi – Qasımlar (keçmiş Kilsə) kəndilərin ərazisindədir. Həmin dərədə qaçaqlar, dövlət orqanlarından gizlənən adamlar, quldurlar gizləndiyinə görə belə adlanır. Qaçaq quldur mənasındadır.
Qaytanqaçan dərə – Moz Qaraçanlı kəndilərin ərazisindədir. Qaytan adlı qız həmin dərədəoğlana qoşulub qaçdığına görə belə adlanır.
Yolkeçənin dərəsi – Sarıdaş kəndilərin ərazisindədir. Kənddən başqa yerlərə gedən yol bu dərədən keçdiyinə görə belə adlanır.
Qorxulu dərə – Abdullauşağı, Moz Qaraçanlı kəndilərin ərazisindədir.
Quru dərə – Mərcimək kəndinin ərazisindədir. Adətən dərələrdə böyük və ya kiçik bulaqlar olur. Bu dərədə su olmadığına görə belə adlanır.
Nazik dərə – Məmmədsəfi, Mollabayramlı, Aşağı Şurtan, Orta Şurtan və Baş Şurtan kəndlərin ərazisindədir. Dərə eninin məsafəsi çx az olduğundan belə adlanır. Nazik toponimi ensiz mənasındadır.
Nehrəkəsilən dərə – Zülfüqarlı kəndinin ərazisindədir. Dərədə nehrə düzəltmək üçün xüsusi ağaclar bitdiyinə görə belə adlanır.
Ocaq dərə – Sarıyer yaylasında yerləşir. Ocaq dini möhümatla əlaqədar olub, müqəddəs ziyarətgah yeri sayılır. Ocaq toponimi burada müqəddəs yer mənasını daşıyır.
Sulu dərə – Alaqaya, Almalıq, Xöləzək, Laçın, Nadirxanlı, Susuzluq, Taxtabaşı kəndlərin ərazisindədir. Dərədə çox sayda bulaqlar olduğundan suyun miqdarıda çox olur. toponim buradan yaranıb.
Sudərəsi – Bəzirxana kəndinin ərazisindədir. Yana-yana yerləşən iki dərənin suyu dərələrnin qurtaranacağında birləşdiyinə görə belə adlanır.
Suvadın dərəsi – Keçiliqaya kəndinin ərazisindədir. Suvad ma-qoyunun sulandığı yerə deyilir. Dərədə suvad olduğuna görə belə adlanır.
Şeytanlı dərə – Güneypəyə kəndinin ərazisindədir. Dərədə şeytan odlanan qurdlar olduğuna görə belə adlanı. Şeytan toponimii qurd mənasındadır.
Təkə dərəsi – Tövlədərə kəndinin ərazisindədir. Həmin dərədə çox sayda çöl keçilçri yaşayır. Təkə keçinin erkəyinə deyilir. Toponim buradan yaranıb.
Tirgələn dərə – Almalıq kəndinin ərazisindədir. Həmin ərazi meşəlikdir. İstifadə üçün kəsilən yoğun ağacları-tirləri həmin dərədən aşağı maşın yoluna kimi yuvarlayırdar. Toponim buradan yaranıb.
Uzun dərə – Çəpli, Daşbulaq (keçmiş Oktyabrkənd) kəndlərin ərazisindədir. Dərə uzunluğuna görə belə adlanır.
Təpələr
Rayonun ərazisində çox sayda təpələr var. Onlardan 90 yaxının adı var.
Təpə adları relyefin müxtəlif formasına, adam, heyvan, quş adları və digər amillərə ilə uyğun olaraq yaranmışdır. Bəzitəpələr yerləşdiyi kəndin adı ilə bağlıdır.
İnsan adı ilə bağlı olan təpələr:
Allahyar təpəsi – Zar k., Avasin təpəsi – Bəzirxana k., Zar k., Bəxtiyar təpəsi – Mollabayramlı k., Zar k., Binnətin təpəsi – Qalaboynu k., Baxışın təpəsi – Tirkeşəvənd k., Əhməd təpəsi – Təkəqaya k., Fərzalölən təpə – Keçiliqaya k.,
Giləuçan təpə – Güneypəyə k., Qurban təpəsi – Bəzirxana k., Məhərrəmoğlu Hüseynin təpəsi – Zar k., Məmmədin qaravul təpəsi – Zar k., Məşədi Həsənli təpəsi – Mərcimək k., Mustafa təpəsi – Tirkeşəvənd k., Yəhyaqazan təpə – Alaqaya k.,
Həsəndüşən təpə – Susuzluq kəndinin ərazisindədir. Həsən adlı şəxsin həmin təpədə yurd yeri kimi istifadə etdiyinə görə belə adlanır. Həsəndüşən, yəni Həsənin yurd yeri, məskən saldığı nəzərdə tutulur. Düşmək toponimi yurdsalmaq mənasında işlənir.
Heyvan adları ilə yaranan təpə adları:
Porsuqlu təpə – Yanşaq, Yanşaq binə, Almalı və Zallar k., Şeytan təpəsi – Zülfüqarlı k., Toyuqölən təpə – Çorman k., Tülkü təpəsi – Otaqlı k., Tülkülü təpə – Tirkeşəvənd k, Tülküaşan təpə – Dəmirçidam k.,
Süxurların rənginə uyğun olaraq yaranan təpə adları:
Boz təpə – Çobankərəkməz k., Seyidlər k., Çınqıllı təpə – Bəzirxana k., Çərəkdar k., Daşlı təpə – Abdullauşağı k., Bəzirxana k., Daştəpə – Qalaboynu k., Otaqlı k., Zərqulu k., Göycə təpə – Başlıbel k., Göytəpə – Keçiliqaya k., Quzeyçirkin k., Qara təpə – Cəmilli k., Qırmızı təpə – Çıraq k., Əsrik k., Sarıyerdə, Sarı təpə – Əsrik k., Sarıdaş kəndləri və s.
Yerləşdiyi kəndlərin adını daşıyan təpələr:
Bəzirxana təpəsi – Bəzirxana k.,
Relyefin formasına uyğün olaraq yaranan təpə adları:
Balaca təpə – Çovdar k., Dəmirçidam k., Böyük təpə – Çovdar k., Zar k., Şişin təpəsi – Comərd k., Şiştəpə – Xallanlı k., Yumru təpə – Narınclar k.,
Bitki adını daşıyan təpə adları:
Ardışlı təpə – Zağalar k., Göbələkli təpə – Quzeyçirkin k., Xıncılovuzlu təpə – Quzeyçirkin k., Tuvulğalı təpə – Moz Qaraçanlı k., Tirkeşəvənd kənldləri və s.
Aralıq təpəsi – Mərcimək kəndinin ərazisindədir. Təpə müxtəlif əraziləri bir-birindən ayıran aralıqda, sərhəddə yerləşir. Aralıq toponimi sərhəd mənasındadır.
Arxac təpə – Yanşaq, Yanşaq binə, Almalı və Zallar kəndinin ərazisindədir. Arxac ma-qoyun saxlanılan yerə deyilir.
Arıx təpəsi – Moz Qaraçanlı kəndinin ərazisindədir. İlin müxtəlif fəsillərində arıq mal-qoyunları həmin təpədə otarırlar. Həmin ərazi adətən kəndə yaxın olur ki, arıqlar (arıxlar) uzaq məsafəyə otlağa gedə bilmirlər.
Aylı təpə – Abdullauşağı k., Moz Qaraçanlı kəndlərin ərazisindədir. Gecələr ay həmin təpədən doğduğuna görə aylı adlanır.
Keçəl təpə – Armudlu, Hopurlu, Şeyinli və Keştək kəndəlirinin ərazilərindədir. Təpələrin zirvəsində-başında ot bitmir, təpə sanki keçəl insanı xatıpladır.
Xirman təpə – Zağalar k., Xırman təpələri – Taxtabaşı kəndlərin ərazisindədir. Həmin təpələrdə taxıl və başqa dənli tikilər döyülür, sünbüldən aralandığına görə belə adlanırlar.
Kömür təpəsi – Mollabayramlı kəndinin ərazisindədir. Kəndlərin sərhədlərini ayırmaq üçün yerə kömür basdırırmışlar. Həmin təpə də sərhəddə olduğu üçün kömür basdırılıb.
Qəbirstanlığın təpəsi – Ağdaban və Çayqovuşan kəndlərin ərazisindədir. Təpədə qəbirstanlıq yeri olduğuna görə belə adlanır.
Qoruxçular təpəsi – Taxtabaşı kəndinin ərazisindədir. Qoruxçu otlaq və biçənək yerlərini qoruyan şçxslərdir. Təpə yüksəklikdə oduğundan qoruxçular adətən orada oturub əraziləri müşahidə edirlər.
Qoşabulaqların təpəsi – Güneypəyə kəndinin ərazisindədir. Təpənin ətrafında qoşabulaqlar olduğundan belə adlanır. Qoşa adətən yan-yana çıxan iki ədəd bulağa deyirlir.
Ortatəpə – Mollabayramlı kəndinin ərazisindədir. Təpə yan-yana olan bir neçə təpənin ortasında olduğu üçün belə adlanır. Orta toponimi məsafə mənasındadır.
Səngərtəpə – Keçiliqaya kəndinin ərazisindədir. Təpə səngər, müdafiə yeri kimi istifadə edildiyindən belə adlanır.
Vışkanın təpəsi – Ağcakənd kəndinin ərazisindədir. Vışka üç ədəd uzun boru şəkilində olan dəmirlər bir-birinnə qayaq edilib dağ zivələrində yerə basdırırlır. Təpədə həmin vışka basdırıldığına görə belə adlanır.
Yaltəpə – Susuzluq kəndinin ərazisindədir. Yal aşırımı olan yerə, əraziyə deyilir. Təpə yal aşırımında yerləşdiyinə görə belə adlanır.
Digər yer adları
«Alaqaya» – adı ilə həm qaya, həm kənd adı var. Bu qaya çox böyükdür və ala-bəzək rəngə çaldığına görə belə adlanır. Bu qəbilədən olan toponimlərə Bozdağ, Qonurdağ və s. adlar daxildir.
«Ağcaqız yaylağı» – Başlıbel kəndinin ərazisində yerləşir. Qarabağdan Ağcaqız adında varlı bir qadın yaylamaq üçün bu yaylağa gələrmiş. Yaylaqda Ağcaqızın adını daşıyıd. Ağca sözünün mənası ağ deməkdir.
Başqa bir variantda deylir ki, həmin yaylaqda yaşayanlar arasında Ağca adında bir qız olub. Həmin qızı bir bəy özünə zorla almaq istyir. Qız isə narazı olduğundan özünü orada öldürür. Qızın qəbri by yaylaqdakı yurd yerində son zamanlara (1993-cü ilə) qədər qalırdı. Bu hadisəyə görə yaylalğın belə adlandırıldığı da ehtimal edilir.
«Alışvurlan yurd» – Almalıq kəndinin ərazsindədir. Bu yurd üstündə iki kəndin camaatı arasında dava düşüb, nəticədə Alış adlı bir nəfər öldürüldüyünə görə belə adlanır.
«Ağırlıqgizlənən» – yer Abdullauşağı kəndinin ərazisində yerləşir. Hadisə təxminən 1905-1918-ci illər ərəfəsində Abdullauşağı kəndində baş verib. Bir neçə Adamı öldürüb, gecəynən meyitləri aparıb kəndin ərazisində böyük bir çınqıllıqda daşların altında basdırırlar. Bir müddətdən sonra oradan pis qoxular gəlməyə başlayır. Deyilənə görə 2 ilə yaxın bu pis qoxular oradan getmir. Kəndin əhalisi orada vəhşi heyvanların (ayıların) leş (ağırlıq) gizlətdiyini zənn edərək həmin yeri «Ağırlıqgizlənən» adlandırıblar.
«Batqın» – Keyti dağının cənub döşündə yerləşən bir neçə çalalardan ibarətdir. Bu ərazilərdə bir neçə yüz il bundan qabaq qızıl istehsal edirmişlər. Ərazinin torpağını qazıb qızıl istehsal eğmək üçün uzaq yerlərə aparırmışlar. Nəticədə 5-7 m dərinliyində olan çala yerlər əmələ gəlmişdir. Batqın toponimii burada çala mənasındadır.
«Bayramdaşları» – Zar kəndinin ərazisində, Keytidağ silsiləsinin cənub-qərb hissəsi olan Qazanuçan dağının zirvəsində yerləşən iki ədəd qoşa daşlardır. Yerli sakinlər Novruz bayramının vaxtıı bilməyən ildə həmin daşlar vasitəsi ilə təyin edirdilər. Novruz bayramı günü günəş həmin iki daşın tən ortasından batırdı. Bu təyin edilmə üsulu bir neçə əsrlər boyu sınanılmıqşdır. Bu təyin etməyə görə həmin daşlar Bayramaşları adlanır.
«Bəşirin damı» – Zallar kəndinin ərazisində yerləşir. Aşıq Ələsgərin oğlu Bəşir Göyçədə kəndin koxasını öldürəndən sonra qaçıb dayılarının yanına gəlir. Dayıları kəndin Murova tərəf çıxacağında, dağın sinəsində qayaları çapıb bir dam düzəldiblər. Bəşir həmin damda gizlənib, yaşamağa məcbur olub. Ona görə də həmin dama Bəşirin damı deyirlər.
«Günortaqayası» – Qaya Şurtan kəndinin qərbində, Tərtər çayının şərqində 200-300 m yüksəklikdə yerləşir. Qədim zamanlarda, saat olmayan vaxtlarda həmin qaya vasitəsi ilə günorta vaxtı təyin edildiyinə görə Günortaqaysası adlanır. Günorta vaxtı günəş həmin qayanın hər yerini işıqlandırır. Bu üsul əsrlər boyu sınanılmış surətdə davam etmişdir. Bu qaya Zar, Zəylik, Bəzirxana, Mollabayramlı, Zivel kəndlərinin ərazilərindən və Keytidağ silsiləsinin istənilən hissəsindən müşahidə edilirdi.
«Hərizəqaya» – Almalıq kəndinin ərazisində yerləşir və yaylaq yeri kimi məşhurdur. Qaya səsi əks etdirdiyinə görə belə adlanır.
Başqa bir rəvayətə görə, yaz-yay aylarında camaat yaylağa köçən vaxtı Qaçaq Nəbi gəlib burada məzlumların, kasıbların şikayətinə baxarmış. Bu hadisə ilə əlaqədar olaraq «Ərizəqaya» adlanıb. Daha sonralar söz assimliyasiya olunaraq Hərizəqayaya çevrilib.
«İldırıvuran qaya» – (Bəzirxana kəndi) İldırım (şimşək) nəticəsində qaya dağılıb parçalandığına görə belə adlanır.
«Qırmızıqaya», «Qaraqaya» – adı ilə Bəzirxana və digər kəndlərin ərazisində toponimlər var. Qayalar rənginə görə adlanırlar.
«Qoturlu zonası» – Laçın rayonundan Qotur Məmməd adlı bir şəxs indiki Əsrik, Zərqulu, Tirkeşəvənd və ətrafyanı əraziləri mənimsəyib, orada məskunlaşdığına görə bu ərazi Qoturlu zonası adlandırılıbdır. Qotur xəstəlik adıdır, insanın, heyvanın bələnində xal-xal ləkələr mələ gətirir.
«Laçınqaya» – Almalıq kəndinin ərazisində yerləşir. Laçın sıldırım qayalara deyilir. Laçın yalçın, hündür, sıldırım mənasını verir. Laçın həm də quş adıdır. Laçın quşu hündür, əlçatmaz qayalarda yaşayır. Qayanın adı buradan əmələ gəlmişdir.
Başqa bir rəvayətə görə Laçın adlı kasıb bir oğlan bir varlı kişinin qızını, qızda oğlanı sevirmiş. Qızın atası belə bir şərt qoyur ki, hansı oğlan ona bir dağ keçisini ovlayıb gətirsə, qızı ona verəcək. Dağ keçiləri əlçatmaz hündür qayalarda yaşayırmış. Qızı sevən Laçın dağ keçisini ovlamağa gedir. Oğlan bir keçi vurur. Keçinin cəmdəyi yuvarlanıb sıldırım qayaların birinin səkisinə düşür. Həmin səkiyə enmək çox təhlükəli imiş, ora enən adamın geriyə qayıdıb çıxması qeyri - mümkün imiş. Əlacsız qalan oğlan səkiyə enir, səkinin üstündən kəndir sallayırlar, oğlan keçinin ətini kəndirə bağlayır, başqaları isə əti yuxarı çəkirlər. Oğlanın həmin səkidən çıxması mümkün olmur. Bu xəbəri qıza çatdırırlar. Qız tez gəlir qayanın başına və «Laçın qayıt» deyə çağırmağa başlayır. Qızın səsini eşidəndə Laçının qollarına qüvvət gəlir, səkidən yuxarı dırmaşmağa başlayır və həmin səkidən sağ-salamat çxır.
Bu hadisəni sevgi-məhəbbətin gözə görünməz ilahi bir qüvvə olduğu ilə bağlayırlar. Həmin gündən Laçınqaya kimi adlanır.
«Pəriçınqılı» – Gəlinqaya ətrafıında daşlı-çınqıllı böyük bir əraziyə deyilir. Rəvayətə görə bir varlının oğlu bir çoban qızına aşiq olur. Çoban qızının oğlandan xoşu gəlmir. Bir gün qızlar dağda pencər yığan vaxtı həmin oğlan öz dostları ilə oraya gəlib çoban qızını qaçırır. Yolda çoban qızı oğlanı aldadıb qaçmağa nail olur. Ancaq oğlan qızı rahat buraxmır. Əlacsız qalan qız öz əmisi qızı ilə böyük bir çınqıllıqda qayaların altında gizlənməli olurlar. Onların sorağı hər yana yayılır. Taleyindən narazı olan qızlar onların yanına yığışırlar. Bu qızların dəstəsi əfsanəyə çevrilir. Qızların çınqıllıqlara girdiklərini görənlər olur. Ancaq heç kəs cürət edib çınqıllığa girib qızları axtarmaqla məşğul olmur. Adamlar belə fikirləşirlər ki, bu qızlar insan yox pəridirlər, mələkdirlər. Ona ğörədə bu çınqıl el arasında «Pəriçınqılı» adlanır.
«Sarıyer» – ərazisi rayonun cənub-qərbində yerləşən sahəsi bir neçə min hektar olan düzənlikdir. Bu ərazidə sarı rəngli otlar, gül-çiçəklər bitdiyinə görə belə adlanı.
«Soğanaşan qaya» – Ağcakəndin ərazisində yerləşir. Qayanın ətrafında ot biçənlər deyirlər ki, gəlin daş ataq, görək kimin daşı qayanın başından o biri tərəfə çatar. Bir neçə nəfər daş atırlar, ancaq daş qayanın başına çatmır. Bir nəfər süfrədə oturub çörək yediyi yerdən baş soğanı qayaya tərəf tullayır. Soğan qayanın başından o biri tərəfə düşür. Ona görə də Soğanaşan qaya adlanıb.
Bəzi yer adları təbiətin çılğınlığı ilə əlaqədardır.
«Sağsağan qaya» – Ağcakəndin ərazisində yerləşir. Qayanın ətrafında xeyli taxıl zəmiləri var imiş. Taxıla görə sağsağan quşları qayada yuva salıbmış. Taxıl zəmilərində yeyib, qayada yaşayırmışlar. Ona görə də Sağsağan qaya adlanıb.
Bəzi yerl adları rəfayətlə bağlıdır.
«Taxtadüz» – dağ hündürlüyündə yerləşən düzəngah yerlərə taxta deyilir. Taxtadüz Dəlidağ, Sultanheydər dağı, Keçəldağ, Sərçəli dağı və bir neçə digər dağların arasında hündür bir düzdə yerləşdiyinə görə belə adlanır.
Bəzi yer adları təbiət hadisələri nəticəsində yranmışdır.
«Vədə qayası» – Başlıbel kəndinin ərazisindədir və «duz karvanı yolunun» üstündə yerləşir. Başlıbel, Çovdar, Şahkərəm, Xallanlı və digər kəndlərin sakinləri Naxçıvana duz gətirməyə gedəndə səhər tezdən bu qayanın yanında vədələşib, bir yerdə oradan karvana gedərmişlər. Qayanın adı buradan yaranıb. Səhər tezdən vədələşməyin əsas səbəbi ondan ibarətdir ki, vədə vaxtından bir saatdan az və ya çox zamanda Dəlidağda sərt hava şəraiti karvana getməyə imkan vermir.
Urbanonimlər
Qala, körpü, yol, meydan və s. adı bildirən toponimlərə urbanonim deyilir.
Hacı Əhməd (Soyuqbulaq) körpüsü – Soyuqbulaq kəndinin ərazisində Tərtər çayının üstündə yerləşir və Soyuqbulaq kəndinə gedən yeganə yoldur. Soyuqbulaq kənd sakini Hacı Əhməd körpünü öz şəxsi vəsaiti hesabına inşa etdirib və onun adını daşıyır.
Hacı Əsədin körpüsü – Zəylik kəndinin şimal-qərbində, Dərəyurdu çayının üstündədir. Körpünü kənd sakini Hacı Əsəd adlı bir şəxs 1927-ci ildə inşa etdirib və onun adını daşıyır. Körpü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş «Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin» siyahısına respublika əhəmiyyətli tarixi abidə kimi daxil edilib.
Məmmədhüseyn (Hacı Sevdimalı) körpüsü – Məmmədhüseyn (Hacı Sevdimalı) körpüsü XVIII-XIX əsrlərdə İstisuyun cənub-şərqində, Bağırsaqda Turş suyun yanında Tərtər çayı üstündə tikilibdir. Bu körpü elat yolunun (arandan dağa - Sarıyerə və Qaraarxaca köçənlərin yolu) Tərtər çayından keçən sahəsində yerləşir. Yaz-yay aylarında Tərtər çayında daşqınlar köçlərin keçməsinə imkan vermədiyindən köçərgilər bir neçə gün çayın sahilində qalıb, çayda daşqının-selin azalmasını gözləyirmişlər. Bu isə narahatçılıq törədirmiş. Bu səbəbdən İmişli rayonundan Məmmədhüseyn adlı bir şəxs öz vəsaiti ilə bu körpünü tikdirib və onun adını daşıyır. Bü körpüyə bəzən də Məmmədhüseynin oğlu Hacı Sevdimalının adı ilə «Hacı Sevdimalı körpüsü» də deyilir.
Hidronimlər
Bulaqlar
Kəlbəcər rayonunda 1200-dən çox adı olan bulaq var. Bu hidronimlər şəxs adlarına, bulağın yerləşdiyi ərazinin relyef formasına, torpağın, süxurların rənginə, bitki örtüyünə və s. uyğun olaraq yaranmışdır.
Ağbulaq, Sarıbulaq, Qarabulaq Daşbulaq, Novlu bulaq, Göybulaq kimi bulaq adlarına daha çox rast gəlinir.
Ağbulaq – adı ilə rayonun 20 kəndinin ərazisində, o cümlədən Ağyataq, Oruclu, Zivel və başqa kəndlərdə bulaq mövcuddur. Bu toponimlər bəzən bulaq suyunun ağ rəngdə, bəzən də bulağın mənbəyində süxurların ağ rəngdə olması ilə əlaqədardır.
Alıyuyulan – İstibulaq kəndinin ərazisindədir. Bulaq kənddən uzaq məsafədə yerləşir. Bu ərazidə Alı adında kişi vəfat edib. Kənd uzaq olduğundan onu bulağın yanında yuyub, kəfənləyib qəbirstanlığa aparıblar. Hidronim buradan yaranıb.
Ağa bulağı – Başlıbel kəndinin ərazisində Ağcaqız yaylağında yerləşir. Bulağın yanındakı yurda Ağdamın Xıdırlı kəndinin sakinləri çıxardılar. Bir dəfə yay vaxtı imiş. Başlıbelli Məşədi Cəfər bu bulağın ətrafına daş düzüb, onu səliqə ilə sahmana salırmış. Qız-gəlinlər su gətirməyə gedəndə görürlər ki, bulağın yanında bir kişi xeylağı var. Onlar geriyə qayıtmalı olurlar. Su gözləyən kişilər bunun səbəbini soruşanda qızlar əhvalatı danışırlar. Kişilər bulağın yanına gələndə görürlər ki, Məşədi Cəfər hamının istifadəsi üçün bulağı daşdan hörür. Qadınlara deyirlər ki, ağa bulaq düzəldir. Biz tərəflərdə ağa seyidə deyilir. Ağa sözü buradan götürülüb.
Baldırğanlı bulaq - Abdullauşağı, Günəşli (keçmiş Kilisəli), Xöləzək, Kərəmli (İmarət Qərvənd), Qamışlı, Mərcimək, Nadirxanlı kəndəlrinin ərazisində yerləşir. Bulağın ətrafında baldırğan bitkisi bitdiyinə görə belə adlanır.
Beşbeş bulaq – Laçın kəndinin ərazisindədir. Bulağın gözünün sayı (yəni yerin səthinə yan-yana çıxan) beş olduğuna görə belə adlanır.
Beş bulaq – Zərqulu kəndinin ərazisindədir. Bulağın gözünün sayı (yəni yerin səthinə yan-yana çıxan) beş olduğuna görə belə adlanır.
Dördgözlü bulaq – Ağdaş kəndinin ərazisindədir. Bulağın gözünün sayı (yəni yerin səthinə yan-yana çıxan) dörd olduğuna görə belə adlanır.
Yeddibulaq – Aşağı Ayrım, İlyaslar, Baş, Orta və Aşağı Qaraçanlı, Məmməduşağı, Oruclu, Şaplar, kəndlərinin ərazisindədirlər. Bulağın gözünün sayı (yəni yerin səthinə yan-yana çıxan) yeddi olduğuna görə belə adlanır.
Ongöz bulaq – Ağdaban, Çayqovuşan, Dəmirçidam, Güneypəyə, Qanlıkənd kəndlərinin ərazisindədir. Bulağın gözünün sayı (yəni yerin səthinə yan-yana çıxan) on olduğuna görə belə adlanır.
Qırxbulaq – Çopurlu və Təkəqaya kəndlərinin ərazisindədir. Bulağın gözünün sayı (yəni yerin səthinə yan-yana çıxan) qırx olduğuna görə belə adlanır.
Qırxgözlü bulaq – Xallanlı kəndinin ərazisindədir. Bulağın gözünün sayı (yəni yerin səthinə yan-yana çıxan) qırx olduğuna görə belə adlanır.
Yüzbulaq – Taxtadüzdə «Gəlinqaya»nın ətrafında yerləşir. Bulağın gözünün sayı (yəni yerin səthinə yan-yana çıxan) yüz olduğuna görə belə adlanır.
Bənövşəli bulaq – Ağyataq kəndinin ərazisindədir. Bulağın ətrafında bənövşə çiçəyi bitdiyinə görə belə adlanır.
Buz bulaq – Ağdaban, Çayqovuşan, Çovdar, Fətallar, İlyaslar, Mozkənd, Buzlu bulaq- Sarıyerdə, Məmmədsəfi, Buzxana bulağı-Taxtabaşı, Buzu şırran bulaq-Laçın kəndlərinin ərazisindədir. Bulaqların suyu həddindən artıq soyuqdur, birbaşa içmək olmur, buz kimidir. Ad buradan yaranıb.
Cajıxlı bulaq – Güneypəyə və Sarıdaş kəndlərinin ərazisindədir. Bulağın ətrafında cajıx bitkisi bitdiyinə görə belə adlanır.
Ceyran bulağı – Taxtadüz ərazisində yerləşir. Keçmiş zamanlarda bulağın ətrafında ceyranlar dolaşarmış. Ceyranlar su içmək üçün bu bulağa gələrmiş. Ona görə də bulaq Ceyran bulağı adlanır.
Çimizlik bulağı – Xallanlı kəndinin ərazisindədir. Yay aylarında həmin bulağın suyunda qoyun-quzu yuyulduğuna görə belə adlanır. Toponim burada çimmək, yuyunmaq mənasındadır.
Çınqıl bulaq – adı ilə 16 kəndin ərazisində, o cümlədən Armudlu, Tatlar, İstibulaq və b. kəndlərin ərazilərində bulaqlar var. Bu toponim bəzən bulağın ətrafında olan çınqılın, bəzən də bulaq birbaşa çınqılın içərisindən çıxdığına görə yranmışdır.
Çırçır bulaq – Otaqlı və Sarıdaş kəndəlirinin ərazisindədir. Bulağın suyu yerin səthinə çırıltı (şırıltı) ilə çıxdığına görə belə adlanır.
Daşbulaq – adı ilə 40 kəndin ərazisində, o cümlədən Daşbulaq, Nadirxanlı, Çovdar və b. kəndlərdə bu adda bulaq var. Bu hidronim bulaq suyunun daş üstündən axdığına görə yaranmışdır.
Daşdançıxan bulaq – adı ilə bir neçə kəndin, o cümlədən Çaykənd, Hacıkənd (keçmiş Sınıq Kilisə), Mərcimək kəndlərinin ərazilərində bulaqlar var. Bulaqlar birbaşa daşdan (qayadan) çıxdığına görə belə adlanır.
Damcı bulaq – Comərd kəndinin, Damcılı bulaq – Bağlıpəyə, Keçiliqaya kəndələrinin ərazilərindədir. Bulaq suyu damcı-damcı axdığına görə belə adlanır.
Dolayı bulaq – Ağcakənd, Babaşlar, Bozlu, Şaplar, Dal Qılışlı kəndlərinin ərazilərindədir. Bulaqlar kəndlər yerləşən ərazilərdən horizontal şəkildə dərə və aşırım keçdikdən sonrakı ərazilərdə məskən tapdığına görə belə adlanırlar. Bu məsafə 200 m, bəzən 400-500 m olur.
Fındıq bulağı – Bəzirxana kəndinin ərazisində Keyti dağının şərq və cənub ətəyində iki ədəd bulaqdır. Bulaqlar Novalar qayası olan dərənin sağ və sol tərəfində bir-birindən 2 km məsafədə eyni hündürlükdən çıxır. Bulaqlar diametri 20-30 sm olan dairəvi fındıq formasında olduğuna görə belə adlanırlar. Hər iki bulaq 1-1,5 m məsafəyə qədər axıb yerə batır, 400-500 m məsafə aşağıda yenidən gur suyu olan bulaq kimi yerin səthinə çıxırlar.
Fındıqlı bulaq – Laçın kəndinin ərazisindədir. Bulağın ətrafında fındıq kolları bitdiyinə görə belə adlanır.
Göybulaq – adı ilə 30 kəndin o, cümlədən Qılınclı, Laçın, Sarıdaş kəndlərinin ərazilərində bulaq var. Bu toponimlər bulağın mənbəyi göy rənli torpağı və ya daşı olan ərazidə yerləşdiyi ilə əlaqədardır.
Gur bulaq –adı ilə bir neçə kəndin, o cümlədən Alaqaya, Aşağı Ayrım, Başlıbel, Sarıdaş, Seyidlər kəndlərinin ərazilərində bulaqlar var. Bu toponimlər bulaq suyunun çox (gur, çox) olması ilə əlaqədar yaranmışdır. Gur toponimi bulaq suyunun çox olmasını göstərir.
Gözüaçılan bulaq – Qaragüney (Comərd sovetliyi) kəndinin ərazisindədir. Bulaq quryub bir müddətdən sonra yenidən axdığına görə gözüaçılan adlanır.
Güngörməz bulaq – Aşağı Ayrım kəndinin ərazisindədir. Bulaq olan əraziyə günün heç bir vaxtında gün düşmədiyinə görə adlanır.
Xorxor bulaq – Laçın kəndinin ərazisindədir. Bulaq yerin səthinə xorultulu səslə çıxır. Xorxor toponimi burada xorultulu səs mənasında işlədirlir.
Kor bulaq (Dal Qılışlı k.,), Korca bulaq (Günəşli (keçmiş Kilisəli) k.,), Koralı bulaq (Bəzirxana k.,) Kor bulaqlar (Xallanlı k.,) adı ilə bir neçə kəndin ərazisində bulaqlar var. Bu bulaqlar yerdən çox az, zəif çıxır, bəzən quruyur, sonra yenidən axır, bəzən də batıb bir neçə metr aralıdan çıxır. Kor sözü buradan yaranmışdır.
Qara bulaq – adı ilə 30 kəndin, o cümlədən Abdullauşağı, Alolar, Başlıbel, Seyidlər, Tatlar kəndlərinin ərazilərində bulaq var. Bu toponim bəzən bulağın suyunun qara rəngə çalması, bəzən də bulağın mənbəyi qara rəngli torpağın, daşın ətrafında olduğu üçün belə adlanır.
Qanolan bulaq – Mollabayramlı kəndinin ərazisindədir. Bulaq olan ərazidə adam ölümü ilə nəticələn bir neçə adamın davası düşdüyünə görə qanolan adlanır.
Qırmızı bulaq – Almalıq, İstibulaq, Qamışlı, Laçın, Mərcimək, Oruclu və Taxtabaşı kəndlərinin ərazilərində yerləşir. Bulaqlar çıxan ərazidə torpaq və ya daşlar qırmızı rəngə çaldığına görə adlanırlar.
Qiblə bulağı – adı ilə 20 kəndin, o cümlədən Allıkənd, Bağırlı, Dəmirçidam, Zağalar kəndlərinin ərazilərində bulaq var. Bulaqlar kəndin qiblə (cənub-şərq) tərəfində yerləşdiyinə görə belə adlanır.
Qoşa bulaqlar – Almalıq, Güneypəyə, Xöləzək, Şaplar, Qoşa bulaq - Allıkənd, Fətallar, Kərəmli (İmarət Qərvənd), Məmmədsəfi, Sarıdaş, Şahkərəm kəndəlrinin ərazilərində yerləşir. Bulaqlar yerin səthinə yan-yana (qoşa şəkildə) çıxdıqlarına görə belə adlanır. Qoşa toponimi yan-yana manasında işlədirlir.
Novlu bulaq – adı ilə 25 kəndin, o cümlədən Ağcakənd, Bəzirxana, Bağırlı, Əsrik, Cəmilli kəndlərinin ərazilərində bulaq var. Bulaqlar əl ilə düzəldiilmiş daş və ya ağac novlardan axdığını görə novlu adlanırlar.
Paltar bulağı – Zar kəndinin ərazisindədir. Bulaq kəndin altındakı qayaların cənub tərfində yerləşir. Qış aylarında bulağın suyu isti olduğuna görə qız-gəlinlər orada paltar yuyurlar. Toponim buradan yaranıb.
Pırpır bulaq – Almalıq, Pırtpırt bulaq-Alolar, Həsənlər, Portport bulaq-Ağyataq, Çəpli, Çopurlu, Keçiliqaya, Təkəqaya, Porpor bulaq-Quzeyçirkin, Lev, Portdan bulağı - Başlıbel, Qurtqurt bulaq-Ağcakənd kəndlərinin ərazilərində yerləşir. Bulaqlar yerin səthinə «qaynayan səslə» – poruldamaqla, xoruldamaqla, quruldamaqla çıxırlar. Bu toponimlər eyni məna daşıyırlar.
Sarı bulaq – adı ilə 41 kəndin, o cümlədən Bağırlı, Comərd, Zar, Zərqulu, Zülfüqarlı kəndlərinin ərazilərində bulaq var. Sarı toponimi bu bulaqların sarı rəngdə torpağı olan ərazidən çıxmasına, bəzən də həmin bulaqların ətrafında sarı rəngli ot, gül-çiçək bitdiyinə görə (məsələn Sarıyer yaylasında) yaranmışdır.
Sərp bulaq – Məmmədsəfi və Zivel kəndlərinin ərazisindədir. Bulaq sərp, yamacı həddindən artıq maili olan ərazidə yerləşdiyinə görə sərp adlanır.
Səngər bulağı – Zar kəndinin «Səngər» adlanan ərazisində qayanın dibindən çıxdığına görə adlanır.
Sünnətolan bulaq – Çorman və Qaraxançallı kəndlərinin ərazilərindədir. Bulağın yerləşdiyi ərazidə oğlan uşaqlarına sünnət toyu olduğuna görə belə adlanır.
Soyuq bulaq – adı ilə 30 kəndin, o cümlədən Təkəqaya, Quzeyçirkin, Əsrik, Keçiliqaya kəndlərinin ərazilərində bulaqlar var. Soyuq toponimi bulaqların suyunun həddindən artıq soyuq temperatura malik olmasından yaranmışdır.
Şırran bulağı – adı ilə 11 kəndin, o cümlədən Başlıbel, Bəzirxana, Şahkərəm kəndlərinin ərazilərində bulaqlar var. Bulaqlar hündür qayadan şəlalə kimi axırlar. Burada şırran toponimi şəlalə mənasını daşıyır.
Şırşır bulaq – adı ilə 11 kəndin, o cümlədən Ağqaya, Almalıq, Bağlıpəyə, Çərəkdar, Taxtabaşı, Tirkeşəvənd kəndlərinin ərazilərində bulaqlar var. Bulaqların suyu şırıltılı səslə axır. Şırşır toponimi burada səsli manasındadır.
Şor bulaq – adı ilə 12 kəndin, o cümlədən Abdullauşağı, Ağcakənd, Comərd, Baş, Orta və Aşağı Qaraçanlı, Nəbilər,(keçmiş Quşyuvası), Susuzluq, Zərqulu kəndəlrinin ərazilərində bulaqlar var. Bu bulaqların suyunun tərkibi keyfiyyətsiz olduğuna görə az istifadə edilir. Şor sözü burada keyfiyyətsiz mənasını bildirir.
Turşsu bulağı – adı ilə 20 kəndin, o cümlədən Boyaqlı, Zərqulu, Şahkərəm, Mollabayramlı kəndlərinin ərazilərində bulaqlar var. Bu bulaqların suyunun tərkibi acı dad verən minerallardan ibarətdir. Burada turşsu toponimi acı mənasını verir.
Yazılı bulaq – Sarıyer yaylasında yerləşir. Bulağın ətrafında daşların üstündə eramızdan əvvəl III minillikdə yaşayan insanlar yazı yazmışlar. Toponim buradan qaynaqlanır.
Yarpızlı bulaq – adı ilə 10 kəndin, o cümlədən Qasımlar (keçmiş Kilsə), Məmmədsəfi, Tövlədərə, Zivel kəndlərinin ərazilərində bulaqlar var. Bu bulaqların mənbəyində həddindən artıq dadlı olan yarpız bitkisi bitir. Bu toponim yarpız bitkisinin adı ilə bağlıdır.
Zimli bulaq – Ağdaban və Çayqovuşan, Zimzim bulağı - Çərəkdar kəndlərinin ərazilərindədir. Bulaqların suyunun axması həzin səslə mahnı, muğamat oxuyur, zümzümə edirmiş kimi təsəvvür yaradır. Toponim «ürəkaçan mahnı səsi» mənasında işlənir.
Çaylar
Rayonun ərazisində 60 yaxın adı olan çay var.
Çayların bəzilərinin adları axdığı kəndin, dağın, dərənin, təpənin, meşənin, ərazinin adı ilə əlaqədardır. Məsələn, Ağduzdağ çayı, Zəylik çayı, Ağdaban çayı, Meşəyerin çayı, Gözəldərələrin çayı və s. Bəzi çayların adları suyun çox və ya az olmasını göstərir. Böyük çay, Balaca çay. Bəzi çaylar suyun rənginə (çalarına) görə adlanır: Ağçay, Qaraçay, Qırmızı çay, Qonur çay. Bəziləri suyun bulanıq və ya təmiz olması ilə əlqadardır: Bulanıqsu. Bəziləri hevyan adı ilə bağlıdır: Maral çayı. Bəziləri bitki, gül-çiçək adı ilı əlaqədardı: Nərgiz çayı. Bəziləri suda balığın həddindən artıq çox olması ilə bağlıdır: Balıqlısu və s.
Bəzi çayların adlarının mənşəyi aşağıda verilir.
Quruselaf çayı – Məmmədsəfi və Zivel kəndlərinin sərhədindən axır. Yağışlı, qarlı günlərdə həmin çayın yatağından su axır. Sonra quruyur. Selaf sözü selgedən, selaxan mənasını daşıyır. Quruselaf çayın yatağının çox vaxt quru olduğuna işarədir.
Sərkər suyu – Bu çayın başqa adı Qaraarxaçdır. Mollabayramlı və Zivel kəndlərinin sərhədindən axır. Çay bu kəndlərdən 5-6 km qərbə tərəf hündürlükdə olan Sərkər adlanan ərazidən gəlir. Sərkər sözü baş tərəfdə dayanan, baş tərəfdə olan mənasını verir. Qaraarxac sözü Sərkərdən cənuba doğru 1-1,5 km məsafədə iki qoşa
qara arxacın (yay aylarında mal-qoyn saxlanılan yer) yanından axması ilə əlaqədardır.
Sarımsaqlı çayı – Zivel kəndinin ərazisindən keçir. Çay mənbəyini Sarımsaqlı dağından götürdüyünə görə belə adlanır.
Tatallar çayı – Taxtadüz-Qaraarxac yaylasından axır. Yay aylarında çayın ətrafında Ağcabədi rayonu Tatallar kəndinin fermaları yaylağa çıxarılır. Çayın adı da buradan götürülmüşdür.
Tərtər çayı – tərtər təmiz, pak, saf su dəməkdir. Həqiqətən də, bu çayın suyu həmişə göz yaşı kimi təmiz olur.
Tutxun çayı – Tutxun el arasında bulanıq olan suya deyilir. Çay axan ərazi qara torpağı olan meşələrdən
ibarətdir. Çay çox sürətlə axdığından torpağı yuyub özü ilə aparır. Buna görə də onun suyu həmişə bulanıq olur. Toponim buradan yaranıb.
Göllər
Rayonun ərazisində 50-dən çox göl var.
Aşağı göl və Yuxarı göl – Tatlar kəndinin ərazisindədir. Yuxarı və aşağı sözləri dağ zirvəsinə doğru yuxarı və aşağı mənasında işlədilir.
Balacagöl və Böyükgöl – Şurtan kəndinin ərazisindədir. Göllərin su hovzəsinin böyük və kiçik olduğuna görə belə adlanırlıar.
Böyük Alagöl, Kiçik Alagöl, Söyüdlü Alagöllərinin – adları suyun alar (müxtəlif) rənglərə çalması ilə əlaqədardır. Böyük Alagöl rayonun cənub-qərbində, Sarıyer yaylasında yerləşir və sahəsi 5,1 km2-dir. Kiçik Alagöl də həmin əraziədəir, sahəsi xeyli kiçikdir (0,9 km2).
Binənin gölləri – Zəylik kəndinin ərazisində yerləşən iki ədəd balaca göldür. Həmin ərazidə qışda mal-qoyun saxlanılan binə olduğuna görə göllərin adı buradan yaranıbdır.
Camaxlı göl – Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir. Gölün ətrafında və dibində küllü miqdarda qamış və mamırlı ot bitdiyndən göl belə adlanır.
Çınqıllı göl – rayonun cənub-qərbində Taxtadüz ərazisində yerləşir. Göl hər tərəfdən çınqılla haşiyələndiyinə görə belə adlanır.
Çöplü göl – rayonun şimalında Ağdaban kəndinin ərazisində, Murovdağ silsiləsinin cənubunda, «Çöplü» dağın dibində yerləşir. Dağda çöplü otlar bitdiyinə görə çöplü adlanır, gölün də adı buradan yaranmışdır.
Dasdı ğöl – Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir. Gölün yanları və dibi daşla (çınqılla) örtülü olduğuna görə belə adlanır.
Dib göl – Tərtərçayın sol qolu olan Lev çayının mənbəyində yerləşir. Göl dağın dibində yerləşdiyinə görə belə adlanır.
Gəlinqaya gölü – rayonun cənub-qərbində Taxtadüzdə, «Gəlinqaya» adlana qayanın ərazisində yerşəşdiyi üçün belə adlanır.
Elyaslar gölü – rayonun şimalında Elyaslar kəndinin ərazisində yerləşir. Göl kəndin adını daşıyır.
Əyrigöl – rayonun cənub-qərbində, Taxtadüz ərazisində, «Ayıçınqılının» şimal-şərqində yerləşir. Relyefi əyri formada olduğu üçün belə adlanır.
Xanların ğölü – Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir və şəxs adı ilə bağlıdır.
Xıdırlı gölü – Qaraçanlı kəndinin ərazisindədir və şəxs adı ilə bağlıdır.
İsmayıl gölü – Keştək kəndinin ərazisində yerləşir və şəxs adı ilə bağlıdır.
İyli ğöl – Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir. Göyün suyu his ediləcək dərəcədə iy, qoxu verir. Gölün adı buradan yranıb.
Keçibatan göl – rayonun cənub-qərbində, Taxtadüz ərazisində yerləşir. Gölün dibində yeraltı çay axır və su axını burulğanlıdır. Gölə düşən keçi su burulğanı nəticəsində gölün dibinə batıb. Gölün adı da buradan yaranıb.
Kərbəlayı Hüseyn ğölü – Keştək kəndinin ərazisində yerləşir və şəxs adı ilə bağlıdır.
Kiçik Göygöl – rayonun şimalında Lev kəndinin ərazisində yerləşir. Gölün suyu göy rəngdə olduğuna göl belə adlanır, kiçik sözü gölün sahəsinin az olması ilə əlaqədardır.
Qanlıgöl – adında rayonun ərazisində bir neçə göl var. Bu gölllər Keştək, Keçiliqaya, Bağırlı və Bağlıpəyə kəndlərinin ərazilərindədir. Gölün sahilləri çox sərt və uçurumdur. Gölə girmək çətin, təhlükəli olduğundan göl çox qorxulu, dəhşətli, vahiməli görünür. Qanlı sözü qorxulu, dəhşətli, vahiməli mənasındadır.
Qaragöl – adında rayonun ərazisində üç ədəd göl var. Həmin göllər Kərəmli (İmarət Qərvənd), Seyidlər və Ağdaban kəndlərinin ərazilərində yerləşir. Göllərin suyu tünd-göy rəngindədir və qaraya çalır. Göllərin adı buradan yaranıb.
Mirzənin ğölü – Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir və şəxs adı ilə bağlıdır.
Novruzdüşən (Novruzbatan) göl – Tərtərçayın sol qolu olan Söyüdlü çayının mənbəyində yerləşir. Göldə Novruz adlı şəxsin batdığına (boğulduğuna) görə bu ad verilmişdir.
Nohurgöl – Tərtərçayın sol qolu olan Söyüdlü çayının mənbəyində, Novruzdüşən göldən 100 m şimalda yerləşir. Gölün suyundan yaylağa çıxan mal-qoyuların sulanmasında istifadə edildiyinə görə belə adlanır. Nohur mal-qoyunun su içdiyi yerə deyilir.
Pəriçınqıl Qaragöl – rayonun cənub-qərbində, «Pəriçınqıl» adlanan ərazidə yerləşdiyinə görə adlanır.
Söyüdlü Alagölləri – rayonun şimal-cənubunda, Söyüdlü-Zod qızıl mədəni ərazində yerləşən 5 (beş) ədəd balaca göllərdir. Həmin göllərin suyu alar (müxtəlif) rənglərə çaldığına görə belə adlanırlar.
Tamaşalı gölləri – rayonun Keştək kəndinin Tamaşalı adlanan yaylasında yerləşir. Gölün adı bu ərazinin adı ilə bağlıdır. Tamaşalı yaylası gözəl mənzərəli, gözoxşayan ərazidir. Tamaşalı sözü tamaşa etmək, göz gəzdirmək, diqqət etmək, könül oxşayan mənasını daşıyır.
Torağaçay Qaragöl – Ağdaban kəndinin ərazisində, Murovdağ silsiləsinin cənubunda yerləşir. Gölün adı ona tökülən Torağaçayın adı ilə bağlıdır.
Yuyatgöl – rayonun cənub-qərbində, Taxtadüz ərazisində yerləşir. Yay aylarında həmin ərazidə yaylağa çıxarılan qoyunlar gölün suyunda yuyulur (çimizdirilir). Gölün adı buradan yaranıb. Yuyat toponimi yuyulmaq, çimmək mənasındadır.
Zəli ğölü – adında rayonun ərazisində üç ədəd göl var. Həmin göllər Kərəmli (İmarət Qərvənd), Lev və Ağdaban kəndlərinin ərazilərində yerləşir. Göldə zəli olduğuna görə belə adlanır.
Məzahir Təhməzov
müstəqil tədqiqatçı
II dərəcəli hüquqşunas